25 may 00:51olke

“Marafon” “Uğur”a yerini göstərdi

“Marafon” “Uğur”a yerini göstərdi
Polissiz final, 3 “qırmızı”, 3 penalti, nokaut olan hakim…
Marafon – Uğur 9:6 (5:3)
Marafon: 12. Kəsra Mehdipur, 4. Majid Hacıbandeh, 7. İlkin Hacıyev, 10. Seymur Məmmədov, 20. Elyas Barati; 2. Kamran Hacıyev, 8. Renat Sultanov (k), 9. Omid Talebi, 11. Həmid Xodaçi, 13. Tofik Əliyev, 22. Arif Bolouki, 77. Səid Çodarzi, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Uğur: 1. Aydın Bəyişli, 2. Əbülfəz Hüseyni, 4. Həmid Salari, 10. Əli İbrahimi, 6. Amin Nasrulla; 16. Seyfan Vahid, 5. Fəyyar Hüseynov, 7. Bəhrüz Cəfəri, 8. Əlirza Şeyxlər, 9. Mohsin Geşani, 11. İlqar Abbasov, 15. Reza Amoni, 22. Yadulla Əmrəliyev (k).
Baş məşqçi: Fuad Rzayev.
Qollar: A.Nəsrulla, 1 (0:1). Ə.İbrahimi, 4 (0:2). A.Bolouki, 5 (1:2). O.Talebi, 15 (2:2). R.Sultanov, 17-p. (3:2). R.Sultanov, 18-p. (4:2). A.Nəsrulla, 18-p. (4:3). A.Bolouki, 19 (5:3). S.Məmmədov, 28 (6:3). Ə.İbrahimi, 35 (6:4). R.Amoni, 36 (6:5). E.Barati, 38 (7:5). S.Məmmədov, 38 (8:5). O.Talebi, 40 (9:5). H.Salari, 40 (9:6).
Vərəqələr: S.Məmmədov, 4. B.Cəfəri, 10. A.Bolouki, 11. K.Mehdipur, 12. R.Sultanov, 12. M.Geşani, 12. Ə.İbrahimi, 13. M.Hacıbandeh, 17. Ə.Hüseyni, 30. R.Amoni, 31 – sarı. M.Geşani, 37. A.Nəsrolla, 37. A.Bolouki, 38 - qırmızı (ikinci sarı).
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov.
Hakim-inspektor: Şahin Cəfərov.
22 may. Bakı İdman Sarayı. Saat 15.00
Çərşənbə axşamı Bakı İdman Sarayında futzal üzrə ölkə kubokunun final oyunu keçirildi. Maraqlı, gərgin və dramatik alınan qarşılaşmanın axarı və qanqaraldıcı sonluğu ilə bağlı reportajı təqdim etməzdən öncə təşkilatçılıqla bağlı diqqəti çəkən bir qüsura toxunaq. Axı, söhbət çox ciddi problemdən gedir. Məsələ burasındadı ki, çox vaxt olduğu kimi, final oyununda da təhlükəsizlik qaydasında deyildi. Bakı İdman Sarayında bir nəfər də olsun, polis yox idi. Qapıda dayanan mühafizə də azarkeşləri yoxlamadan içəri buraxırdı. Təsəvvür edin, futzalçının hansınınsa qohumu və ya ümumiyyətlə, şuluq bir adam içəri bıçaq və ya digər soyuq (hələ mən betərini demirəm) silahla keçib rəqibə, yaxud hakimə xəsarət yetirə bilər. Allah rəhm etdi, bu dəfə belə hadisə yaşanmadı. Ancaq polis olsaydı, hakimin var-yoxunu söyən, qız-gəlin bilmədən “qatı açılmamış söyüş” söyən intizamsız azarkeşi “qulağından tutub” bayıra atmalıydı. Atan olmadı və hər kəs Elçin Səmədlinin orientasiyasına ilişən həmin şəxsin ərköyünlüyünə dözməli oldu. Yeri gəlmişkən, Futzal Federasiyasından bildirdilər ki, növbəti mövsümdən həm təhlükəsizlik, həm də reqlamentlə bağlı bir çox nüanslar Əsasnamədə əksini tapacaq.
Qayıdaq oyuna. Hansı ki, adına “İran derbisi” də deyə bilərik. “Marafon”un iştirak ərizəsinə 7, “Uğur”da isə 9 iranlının adını görən hər kəs belə düşünə bilər. Düzdü, ikinci liqa təmsilçisi Seyfan Vahidin xidmətindən məhrum idi və məğlubiyyətdə bu itkinin rolu danılmazdı. Təcrübəli qapıçı öyunöncəsi son məşqdə dizinin çarpaz bağlarını qırmışdı. Yeri gəlmişkən, onu arenada “Marafon”un rəsmisi, ixtisasca fizioterapevt olan Samir Məmmədovun müayinə etməsi, oyuna hazırlamaq istəməsi xoş görüntü idi. Ancaq İran azərbaycanlısı olan xanımı vasitəsilə dialoq quran fars oyunçu ayağını yerə basa bilmədiyini, komandaya faydasının toxunmayacağını bildirdi və belədə Fuad Rzayev artıq çəkisi olan, təcrübəsiz gənc qapıçı Aydın Bəyişliyə güvənmək məcburiyyətində qaldı.
“Marafon” oyunun favoriti olsa da, finala qədər “Neftçi” və “Ekol” kimi yüksək liqa təmsilçilərini rahat keçən “Uğur”dan ciddi müqavimət gözlənilən idi. Amma oyunun əvvəlində ikinci liqa təmsilçisinin 2 top fərqi ilə önə keçəcəyini heç kim gözləmirdi. Hesab artıq 18-ci saniyədə açıldı. Pressinq tətbiq edən Rzayevin yetirmələri istəyinə çatdı. Amin qol şousunu açıq elan etdi. 4-cü dəqiqədə isə Əbülfəz “Marafon”u yenidən mərkəzə dəvət etdi. Ancaq “Uğur” üstünlüyünü qoruya bilmədi. 5-ci dəqiqədə Bolouki, 15-də isə Talebi fərqlənməklə tarazlığı bərpa etdilər. Fasiləyə 3-4 dəqiqə qalmış hər iki komanda 5 cərimə həddinə çatdı. İki dəfə “Uğur”, bir dəfə “Marafon” qayda pozuntusuna yol verməklə 10 metrlik zərbələrə şərait yaratdı. Belədə yüksək liqa təmsilçisi hesabda önə keçdi. Bu yerdə hakimlərin bir məqamı gözdən qçırdığını vurğulayaq. Renat Sultanov standart vəziyyətdən vurduğu ilk qolla komandasını hesabda önə keçirdikdən sonra tribunaya qaçdı və sevincini oyunu izləməyə gələn qızlarına sarılmaqla bölüşdü. Fikrimizcə, bu epizodda təcrübəli futzalçı sarı vərəqəni haqq edirdi. Hansı ki, buna qədər artıq bir xəbərdarlığı var idi. Hissənin sonlarında “Uğur” daha bir zərbə aldı. Bəyişli də zədələnib oyunu tərk etdi və belədə daha bir qol vuran yüksək liqanın gümüş medalçısı fasiləyə qədər 2 top fərqi ilə üstünlük qazandı. Onu da qeyd edək ki, qapıçını meydan oyunçusu ilə əvəz etmək istəyən “Uğur” çətinliklə üzləşdi. Qaydalara görə “çərçivə”yə keçən meydan oyunçusunun iki forması olmalıdı, yəni qapıçıdan seçilməməlidi. Belədə Bəyişlinin maykasını əynindən çıxarıb “skoç”la “1”-i “7” elədilər. Bu isə xeyli vaxt apardı. Ümumiyyətlə, matçın ilk yarısı kifayət qədər uzun – 55 dəqiqə çəkdi.
İkinci hissədə də təzyiqi artıran “Marafon” qapıçını meydan oyunçusu ilə əvəzləyən “Uğur”u cəzalandırmağı bacardı. Düzdü, bir məqamda Fuad Rzayevin komandası fərqi minimuma endirdi, hesabı 6:3-dən 6:5-ə çatdırdı. Ancaq qapının tez-tez boş qalması “Marafon”a qol vurmaq imkanı verirdi. Matçın sonuna 3 dəqiqə qalmış gərginlik pik həddə çatdı. “Uğur”dan 2, “Marafon”dan 1 futzalçı qırmızı vərəqə alaraq, meydandan qovuldu. Bir epizodda isə Səmədli nokautla üzləşdi. Qəfil üzünə tuş gələn top FİFA referisinin müvazinətini itirməsiylə nəticələndi. Bir neçə addım səndələyə-səndələyə hərəkət edən hakimi yıxılmaqdan yaxınlıqdakı futzalçılar qorudular. Oyunun sonuna kimi gözündən su axan referini isə top zərbəsindən çox ünvanına səslənən təhqirlər “yandırdı”. Yeri gəlmişkən, o, oyunun protokoluna şikayətini qeyd etmək istəsə də, finalı izləməyə gələn Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Səmədlini fikrindən daşındırdı. Hakimin final fitindən sonra isə aləm bir-birinə dəydi. Bir-birinin üstünə hücum çəkən tərəfləri federasiya nümayəndələrinin köməyi ilə aralamaq mümkün oldu. Maraqlıdı ki, mübahisə zəminində hətta iranlılar da bir-birinə hücum çəkirdi. Ən diqqətçəkən məqam “Uğur”un zədəli qapıçısının tək ayaqla hoppana-hoppana meydana girib davaya qatılmasıydı.
Beləliklə, dava-dalaşla sonuclanan matçda 9:6 hesabı ilə qələbə qazanan “Marafon” debüt ilində ölkə kubokunu qazanmağı bacardı. Oyundan sonra qalib komandaya medallar və ölkə kuboku təqdim edildi. Mükafatlandırma mərasimində Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev iştirak etdi. Məğlubiyyəti həzm edə bilməyən “Uğur” isə mükafatlandırmaya qatılmadı. Növbəti mövsüm yüksək liqada çıxış etmək istəyən komanda üzvlərinin saymazyana davranışı Futzal Federasiyasını düşündürməlidi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar