23 may 12:19olke

“Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi

“Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi
Vurğun Hüseynov: “Heç kimdən zəif futbol sərgiləmirdik”
“Sumqayıt” Avroliqaya vəsiqə qazana bilmədi. Çempionatın son turunda “Zirə”yə doğma meydanda uduzan (1:2) “kimyaçılar” tarixi fürsəti əldən verdi. Halbuki komanda uğurlu traektoriya cızaraq əla şans yaxalamışdı. Lakin Samir Abasovun yetirmələri bunun davamını gətirə bilmədi. Son 5 oyunda qələbə qazana bilməyən “gənclik şəhəri” təmsilçisi azarekşlərini üzdü. “Zirə” ilə oyundan sonra Abasov istefa verdiyini açıqladı. O, bu komanda ilə hazırkı nəticədən artığını etməyin mümkünsüzlüyünü dilə gətirdi. Bundan başqa, Abasov “Sumqayıt”ı “reabilitasiya mərkəzinə çevrilmiş komanda” adlandırdı.
Dünən “kimyaçılar”ın bir neçə üzvü ilə əlaqə saxlayıb, həm uğursuzluğun səbəbləri haqda danışdıq, həm də baş məşqçinin fikirlərinə münasibət öyrəndik.
Vurğun Hüseynov: “Deyərdim ki, şansımız gətirmədi. Çünki bu qədər qol imkanları yaradırdıq. “Səbail”lə matçda rəqib qapımıza iki zərbə endirdi, ikisi də qol oldu. “Zirə” ilə matçda da eyni ssenari yaşandı. Odu ki, bunu bəxtsizliklə bağlayardım. Allah istəmədi ki, hədəfə çatmadıq. Qismət belə imiş. Psixoloji amillə də bağlamaq istəməzdim. Özünüz də gördüz ki, 3:0, 4:0 qazanmalı olduğumuz oyunlarda uduzduq. Deməzdim ki, hücumçularımız qol vura bilmir. Sadəcə, şansımız gətirmədi. Vallah, Samir Abasovun işi göz qabağındadı. Açığı, onun istefa verəcəyini gözləmirdim. Lakin bunlar futbolun içində olan şeylərdi. Qərar onundu və səbəbini özü daha yaxşı bilir. Samir müəllimə ancaq uğurlar arzulaya bilərəm. Mətbuat konfransında səsləndirdiyi fikirlərə gəlincə, “Sumqayıt” yaranandan bəri yerli uşaqlara güvənib. Əsasən də burda gənclərə şans verilir. Həmin futbolçular oynadıqca yığmalara dəvət alıb, digər iddialı klubların diqqətini çəkib. Yerlilər gəlib “Sumqayıt”da özünü göstərə bilir. Çünki burda əcnəbi futbolçular yoxdu. Başqa klublarda isə legionerlərə daha çox şans verilir. Baş məşqçinin fikirləri də bu deməkdi. Komanda olaraq heç kimdən zəif futbol sərgiləmirdik. Bunda da baş məşqçinin əməyi danılmazdı. Təbii, futbolçularda da potensial var. Ancaq o potensialı üzə çıxarmaq baş məşqçinin əməyidi”.
Tural Axundov: “Uğursuzluğa xüsusi səbəb göstərə bilmərəm. Bilirdik ki, üçüncülüyü qorumaq çətin olacaq. Qorxduğumuz başımıza gəldi. Halbuki Avroliqaya getmək istəyirdik. Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq. “Zirə” ilə oyun həlledici idi. Özü də hesabda öndəydik. Bilmirəm, arxayınlıq oldu, yoxsa başqa nəsə baş verdi. Gözlənilmədən uduzduq. Heç kim istəməzdi ki, belə olsun. İstəyirdik qalib gələk və adımızı Avroliqaya yazdıraq. Ancaq alınmadı. Uduzduğumuz hər oyunda 5-6 qol epizodumuz olub. Lakin istifadə edə bilməmişik. Sanki top qapıya girmək istəmirdi. Bunu ustalıq səviyyəsi ilə əlaqələndirməzdim. Bəlkə də həyəcan təsir edirdi. Hər şey ola bilər. Hansısa komanda bu qədər imkan yaxalasaydı, ola bilsin, 3-4 qol vurardı. Bəxtsizlik sözünü dedi. Nəticədə Avroliqadan kənarda qaldıq. Açığı, Samir Abasovun istefasını gözləmirdim. Paltardəyişmə otağına girdi, söhbət etdi və bildirdi ki, qalmaq istəmirəm. O da istəməzdi ki, belə olsun. Baş məşqçinin fikirlərinə gəlincə, bu onun düşüncələridi. Söylədiklərinə hörmətlə yanaşmaq lazımdı. Komandamı zəif saymıram. Oyunlara da baxsaq, xeyli sayda qol vəziyyətimiz oldu, lakin dəyərləndirə bilmədik. Bəlkə də həmin imkanları dəyərləndirsəydik, indi 2-ci yerdəydik. O ki qaldı futbolçuların başqa klublar haqda düşünməsinə, mən bu fikirlə razı deyiləm. Mövsümün sonuna qədər müqaviləm vardı. Şəxsən məndə belə bir şey yox idi. Gözləyirdik ki, Avroliqaya vəsiqə qazanacağıq. Amma bunu reallaşdıra bilmədik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar