23 may 12:05olke

“Uğur” Region Liqasının qalibi olmağa köklənib

“Uğur” Region Liqasının qalibi olmağa köklənib
Sponsor AFFA-nın ayırdığı 10 min manatı futbolçulara paylamağa söz verib
Dekabrda start götürən Region Liqasının qalibinin adı bu gün müəyyənləşəcək. Saat 18.00-da “Bayıl Arena”da baş tutacaq həlledici qarşılaşmada Sumqayıt “Uğur”u ilə birvaxtlar elitada və birinci dəstədə çıxış etmiş Mingəçevir “Energetik”i üz-üzə gələcək. Bu qarşılaşmadan 4 saat öncə isə “Füzuli” ilə “Araz Naxçıvan” arasında keçiriləcək görüşdə bürünc medalların sahibinin adı müəyyələşəcək.
Xatırladaq ki, şimal zonasının qalibi kimi pley-offa vəsiqə qazanan “Uğur” bu mərhələdə “Şağan”ı böyük hesabla məğlub edərək yarımfinala adlayıb. Finalın biraddımlığında isə Qəzənfər Abbasovun yetirmələri “Füzuli”nin qapısından 3 cavabsız qol keçirməklə sumqayıtlı azarkeşləri sevindirib. “Qırmızı-qaralar”ın rəqibi olan “Energetik” seçmə mərhələdə çox çətin qrupa düşmüşdü. Şimal-qərb zonasında “Göyəzən”, “Şəmkir” və “Xəmsə” kimi komandaları qabaqlayaraq birinci olan “nur şəhəri”nin təmsilçisi pley-offda “Şəki”yə 2:0 hesabı qalib gələrək adını yarımfinala yazdırıb. “Araz Naxçıvan”la görüşün isə əsas vaxtı 1:1 başa çatdığından əlavə vaxt təyin olunub. Burda da hesab dəyişmədiyindən penaltilərə ehtiyac duyulub və “lotereya”da daha dəqiq olan mingəçevirlilər mövsümün əsas qarşılaşmasına vəsiqə qazanıb.
Final matçından öncə hər iki komandanın baş məşqçisinin fikirlərini öyrənməyi lazım bildik. Təəssüf ki, “Energetik”in çalışdırıcısı Sahib Qocayev zənglərimizi cavabsız qoydu. Sumqayıt təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov isə böyük məmnuniyyətlə fikirlərini bölüşdü: “Final oyunu ərəfəsində düşərgədə ab-hava çox yüksəkdi. Zədəli və cəzalı futbolçuların olmaması baş məşqçi kimi məni sevindirir. İnanırıq ki, sabah (bu gün) finaldan qalib ayrılıb kuboku Sumqayıta gətirməyi bacaracağıq. İki gün öncə komandanın sponsoru Vasif Maşayev kollektivlə görüşüb. Onlara finalda uğur arzulamaqla yanaşı, qalib üçün AFFA tərəfindən nəzərdə tutulan 10 min manat mükafatın futbolçular arasında bölüşdürüləcəyini bildirdi. Bu şəxs ilboyu komandaya nə lazımdısa, onu etdi. İnventar, forma və stadion problemi ilə üzləşmədik. Mükafatı da futbolçulara verməklə onlara daha bir stimul yaratdı”.
Region Liqasının Əsasnaməsinə görə, turnirin qalibi növbəti mövsümdə birinci dəstədə çıxış etmək hüququ qazanır. Heç şübhəsiz, həvəskar status daşıyan Region Liqasından fərqli, birinci dəstədə çıxış etmək üçün daha çox maliyyə lazımdı. Bəs görəsən, “Uğur” çempion olacağı halda bu məsələni necə həll edəcək? Baş məşqçi narahatlığa əsas olmadığını bildirdi: “İlk növbədə çempion olmaq lazımdı. Yalnız bundan sonra birinci divizion barədə düşünmək olar. Ancaq bu o demək deyil ki, əlimizi yanımıza salıb oturmuşuq. Bu yöndə də müəyyən işlər görülür. Bəli, yaxşı başa düşürük ki, birinci divizionda çıxış etmək üçün daha çox vəsait tələb olunur. Sponsorumuz Region Liqasında çıxışımızın xərclərini təkbaşına qarşılayırdı. Birinci dəstə bir qədər çətin olacaq. Komandanın uğurlu çıxışı bəzi iş adamlarının bizə marağını artırıb. Birinci dəstəyə vəsiqə qazanacağımız halda komandaya əlavə sponsorlar cəlb olunacaq. Onların arasında yerli şirkətlərlə yanaşı, ölkə xaricindən olanlar da var. Vasif müəllimin həmin iş adamları ilə yaxşı münasibəti var”.
Baş məşqçi bizimlə söhbətdə finalda qarşılaşacaqları “Energetik”i təhlil etdiklərini də qeyd etdi: “Komandama və futbolçularıma güvənirəm. “Energetik”in yarımfinal qarşılaşmasının videoyazısını izləyib özüm üçün müəyyən təhlillər aparmışam. Rəqibin heyətində yaxşı futbolçular var. Buna baxmayaraq, qalib gəlmək üçün əlimizdən gələni edəcək, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar