23 may 10:54olke

“Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu

“Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu
Abdulla Məmmədov: “İllik təqvim-planı hazırlayanda belə nüansları nəzərə almağa çalışırıq”
Maya “tədbirlər ayı” desək, yanılmarıq. Çünki bu ərəfədə istər paytaxtda, istərsə də ölkənin müxtəlif bölgələrində çoxlu idman tədbiri keçirilir. Belə tədbirlərdən biri də ötən həftə Sumqayıtda baş tutub. Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı, AFFA-nın dəstəyi ilə “gənclik şəhəri”ndə Cümhuriyyətin 100 illiyi ilə əlaqədar 11-12 yaşlı futbolçular arasında turnir təşkil olunub. Yarışda 12 komanda – “Qarabağ”, “Zirə”, “Leon”, “Vətən”, “Neftçi” İSM, “Sumqayıt”, UGİM-1, UGİM-2, “Polad” (Sumqayıt), “Sunami”, Quba və Qusar - 4 qrupda dairəvi sistemlə mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən qrup oyunlarından sonra “Zirə”, UGİM-1, “Qarabağ” və “Leon” yarımfinala vəsiqə qazanıb. Yarışın 3-cü günündə keçirilən oyunlarda “Zirə” ilə UGİM-1, “Qarabağ”la isə “Leon” üz-üzə gəlib. UGİM-1-in qapısına 4 qol vurub, öz qapısında 3 top görən “Zirə” adını finala yazdıran ilk komanda olub. Digər cütdə isə “Qarabağ” “Leon”dan üstün olub - 3:1.
Üçüncü yer uğrunda görüşdə “Leon” UGİM-1-i 4:2 hesabıyla məğlub edərək bürünc medallara sahib çıxıb. Xeyli azarkeşin izlədiyi final qarşılaşmasında isə əsas vaxt 1:1 hesabı ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burda da azarkeşlər başabaş mübarizəyə şahidlik ediblər. Nəhayət, son vuruşu daha dəqiq yerinə yetirən ağdamlılar çempion olmağı bacarıblar. Onların 6 vuruşu dəqiq olduğu halda, “qartallar”ın aşağı yaş qrupu 5 dəfə “çərçivə”ni dəqiq nişan alıb.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirə dəvət olunan Sumqayıtın tanınmış simaları, veteran futbolçular qalibə kubok və medallar, digər mükafatçılara isə diplom və xatirə hədiyyələri təqim ediblər. Turnirboyu özünü yaxşı tərəfdən göstərən futbolçular da təşkilatçılar tərəfindən unudulmayıb. ”Leon”un qolkiperi Ziya Nuriyev “ən yaxşı qapıçı”, “Qarabağ”ın üzvü Nihad Hüseynzadə “ən yaxşı oyunçu”, “Zirə”li Fuad Həziyev isə “ən məhsuldar oyunçu” nominasiyasında qalib olublar. Onlara da hədiyyələr təqdim olunub.
Tədbir başa çatdıqdan sonra Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədova yaxınlaşıb, fikirlərini öyrəndik: “Rəhbərlik etdiyim federasiya ilboyu müxtəlif turnirlər keçirir. Xatırlayırsızsa, bir neçə ay öncə aşağı yaş qrupları arasında daha bir yarış təşkil etmişdik. Bu işləri görməkdə daim bizə dəstək verən AFFA rəhbərliyinə təşəkkür etmək istəyirəm. Oyunları idarə etmək üçün hakimlər briqadasını ezam edirlər, kubok və medalların hazırlanmasında bizə yardımçı olurlar. Turnirə azarkeş marağı da böyük idi. Yüzə yaxın valideyn övladının oyununu izləmək üçün stadiona gəlmişdi. Çalışırıq ki, təşkil etdiyimiz turnirlər AFFA-nın bayrağı altında keçirilən çempionatlarla üst-üstə düşməsin. Əsas məqsədimiz tariximizi , futbolda iz qoymuş veteranlarımızı xatırlamaq və uşaqlara tanıtdırmaqdı. Bundan başqa, fasilə dönəmində komandalara oyun təcrübəsi qazandırmaq baxımından da belə tunirlərin faydası çoxdu. İllik təqvim-planı hazırlayanda bütün nüansları nəzərə almağa çalışırıq. Yay aylarında və payızda daha bir neçə turnir təşkil etməyi planlaşdırmışıq”.
RƏŞAD
Приветствую)

Хочу рассказать вам о кризис ни при чем — любую работу можно получить, следуя простым правилам единая топливная карта положительных отзыва. Бесплатная консультация

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar