23 may 10:52olke

“Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb

“Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb
Orxan Hüseynov: “Heç kim düşünməsin ki, orda 3-5 qram qızıl olacaq”
Ötən saylarımızın birində mayın sonlarında Bakıda daha bir turnirə start veriləcəyini xəbər vermişdik. Söhbət Mini Futbol Federasiyasının təşkil etdiyi, “Bakcell”in sponsor olduğu “Alfa Liqa”dan gedir. Bugünlərdə federasiyanın layihə üzrə meneceri, “Futbol +”in sabiq əməkdaşı Orxan Hüseynovla görüşüb, yeni turnirlə bağlı söhbətləşdik.
- “Alfa Liqa”nın start götürəcəyi tarix artıq bəllidi?
- Hansısa fors-major hadisə yaşanmasa, turnir mayın 26-da başalayacaq.
- Yəqin ki, ilk dəfə keçiriləcək çempionatın açılış mərasimini təmtəraqlı təşkil etmək fikrindəsiz?
- Xeyr. Düşündük ki, püşkatmanı və bağlanışı yaddaqalan edək. Açıllış turunda iki oyun baş tutacaq. Həmin qarşılaşmalar da paralel şəkildə keçiriləcək.
- Çempionat nə qədər davam edəcək?
- “Alfa Liqa”, demək olar ki, dünya çempionatı formatında keçiriləcək. 32 komanda 8 qrupa bölünəcək. Hər qrupda 4 komanda yer alacaq. Çempionat 7 həftə davam edəcək. Qarşılaşmalar həftəsonu keçiriləcək.
- Kimlər bu liqada çıxış edə bilər? Komandalar iştirak ərizəsinə neçə oyunçunun adını yaza bilər?
- “Alfa Liqa”da həvəskarlar çıxış edəcək.Bu yaxınlarda AFFA ilə əməkdaşlıq memorandumu imzalamışıq. İştirak üçün bizə müraciət edən komandaların tərkibi assosiasiya tərəfindən yoxlanılacaq. Onların informasiya bazasında peşəkar futbolçular haqda məlumat olduğundan, hansısa saxtakarlığa yol verilə bilməz. Bizim tələblərimizə cavab verməyən komandalara səhvlərini aradan qaldırmaq üçün müəyyən vaxt veriləcək. Növbəti dəfə heyətdə “lipa” tapılarsa, artıq həmin komandaya dəyişikliyə imkan verilməyəcək. Minimum 10, maksimum 15 futbolçunun adı iştirak ərizəsində göstərilə bilər. Çempionatın gedişində heç bir komanda heyətə əl gəzdirə bilməz. Hər oyunun protokoluna isə 11 futbolçunun adı yazılacaq.
- Qarşılaşmalar harda keçiriləcək?
- Bu layihəni araya-ərsəyə gətirəndə məkan olaraq yeni tikilmiş Bakı Olimpiya Stadionunu seçdik. Arenanın yeri, həm də bizim Böyük Şordakı meydanlar turnirin keçirilməsinə imkan verir. AZFAR-ın başqa meydanlarından fərqli, BOS-un yanındakı arenalarda azarkeşlər üçün də tribuna quraşdırılıb. 275 nəfər normal şəraitdə görüşləri izləyə bilər. Onu da nəzərə aldıq ki, yol qovşağı baxımından ora həm şəhər istiqamətindən, həm də başqa səmtlərdən gəlib-getmək daha münasibdi.
- İştirakçı komandaların qarşısına başqa hansı tələblər qoyulub?
- Biz əvvəlcədən iştirakı təsdiqlənməmiş komandalara belə reqlamenti göndərmişdik. Komandalar arasında elələri oldu ki, reqlamenlə tanış olduqdan sonra iştirakını təsdiqlədi. Reqlamentdə forma ilə bağlı konkret bəndlər var. Hər komandanın minimum hamısı eyni rəngdə olan bir geyim dəsti olmalıdı. Bu şort, üst geyim və getrdən ibarətdi. Hər formanın arxasında və şortda mütləq nömrə olmalıdı. Sual yarana bilər ki, meydana çıxan hər iki komandanın istifadə etdiyi geyimlər eyni rəngdə olarsa, hansı addım atılacaq? Bildiyiniz kimi, bizdə üzvlük haqqı iki cür idi. Formasında hansısa sponsorun və ya şirkətin reklam loqosu olan komandalar 1000, heç nə olmayanlar isə 800 manat ödəyiblər. Formalar eyni olduqda üstünlük daha çox üzvlük haqqı ödəyən komandaya veriləcək. 200 manat böyük fərq olmasa da, kommersiya baxımından bu önəmlidi. Onu da qeyd edim ki, Bakıda təşkil olunan başqa oxşar yarışlarla müqayisədə bizdə üzvlük haqqı çox aşağıdı.
- Turnirin rəsmi saytı olacaq? Qarşılaşmalar yayınlanacaq?
- Ötən dəfə qəzetinizə açıqlama verən Mini Futbol Federasiyasının baş katibi Azər Hüseynov bütün oyunların çəkiləcəyini bildirmişdi. Ancaq canlı yayın olmayacaq. Bütün komandalara videoyazılar təqdim olunacaq. Bundan başqa, Mini Futbol Federasiyasının rəsmi saytında hər oyunun qısa icmalı yerləşdiriləcək. Artıq saytın üzərində iş gedir və yaxın günlərdə fəaliyyətə başlayacaq. “Alfa Liqa” üçün ayrıca bölmə açacağıq.
- Əldə etdiyimiz məlumata görə, Mini Futbol Federasiyasının “Alfa Liqa”nın qalibinə təqdim edəcəyi kubok xüsusi hazırlanıb. Həmin kubokun özəllikləri barədə də məlumat verməyinizi istərdik.
- Biz çempionatın təşkili barədə düşünəndə, Bakıda təşkil olunan başqa oxşar yarışları da yaxından izləyirdik. Bir növ onlarda olan çatışmazlıqları özümüz üçün götür-qoy edirdik. Hər bir komanda, iştirakçı, kapitan çempion olduqdan sonra başı üzərinə dəyərli kubok qaldırmağı istəyir. Məsələn, sizə bir nümunə göstərim. Bildiyiniz kimi, vaxtilə futzal çempionatında iştirak edən və çempion olan “Xəzər adaları”nın mətbuat katibi olmuşam. Bizim mükafatlandırma mərasimində mən gedib medalımı götürmədim. Çünki bizə təqdim olunan medalı istənilən vaxt dükandan alıb, evimə apara bilərdim. Hətta ispan legionerlərimiz medalı dişləmək istəyəndə gördülər ki, çox keyfiyyətsizdi. Buna görə xəcalət çəkdim. Bu hissi özüm də keçirdiyimdən baş katiblə düşündük ki, təqdim edəcəyimiz kubok eksklüziv və fərqli formada olmalıdı. Kubok ölkə xaricində, İtaliyada hazırlanıb. Üzərində xalis qızldan və gümüşdən xüsusi işləmə var. Heç kim düşünməsin ki, orda 3-5 qram qızıl olacaq. Qiymətli metalın yetərincə çəkisi var. Onu ancaq PFL-in ölkə kubokunun qalibinə təqdim etdiyi kubokla müqayisə etmək olar. Kubokdan başqa mükafatçılara xüsusi medallar da təqdim olunacaq ki, onlar da keyfiyyətinə görə seçilir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar