21 may 01:25olke

Rauf Cabbarov Samir Əliyevin cavabını verdi

Rauf Cabbarov Samir Əliyevin cavabını verdi
“Sağ olsun, özü hər şeyi qeyd edib”
27-ci turun “Neftçi” – “Səbail” qarşılaşması təkcə birincilərin qələbə qazanması ilə yadda qalmadı. Həyə qarşılaşmanın gedişində saytların bəzəyinə çevrilən və ən çox oxunan xəbər Samir Əliyevin texniki zonadan qovulmasıydı. Təxminən həmyaşıdları sayılan Samir Abasovla Ayxan Abbasovdan biri olsaydı, təəccüblənməzdik. Lakin Samir Əliyev...
Məlum oldu ki, “Səbail”in çalışdırıcısı yan xətt hakimi Knyaz Əmiraslanovu təhqir edib və buna görə də baş hakim Rauf Cabbarov onu texniki zonadan uzaqlaşdırıb. Məlum məsələ İntizam Komitəsinin son iclasında müzakirəyə çıxarıldı və Əliyevin cəzası məlum oldu: 5 oyun diskvalifikasiya və 4000 manat cərimə.
Günahkarın hər zaman özünə bəraət qazandırması normal haldı. Hətta qətl hadisəsi törədən cinayətkar da özünə haqq qazandırmağa çalışır. Necə ki, qəzetimizin ötən sayına açıqlama verən Samir bəy özünümüdafiə planlalı fikirlərlə yadda qalıb: “Adi səhvlərdən ardıcıl 2 qol buraxdıq. Bu ərəfədə hakimlər də əleyhimizə qərarlar verməyə başladı. Gözünün qarşısında top rəqibin oyunçusundan auta çıxdı, qərar bizim əleyhimizə oldu. Bunu Rauf Cabbarovun özü də gördü, yan xətt hakimi də. Hətta “Neftçi”nin futbolçusu topu bizim uşaqlara verdi ki, alın, autu başlayın. Belədə özümü saxlaya bilməyib yan xətt hakimini təhqir etdim. Rauf bunu eşitdi, mənə də “qırmızı” verdi, bu zaman onunla da sözləşdik. Onun nə vaxtsa məni texniki zonadan qovacağını bilirdim. Açığını deyim, Cabbarovun mənə, mənim də ona antipatiyam var. Onu heç vaxt bəyənməmişəm. Onunla məsələm birinci dəfə deyil. Yəni birdən-birə “partlamadı”. Neçə vaxt idi ki, yığılırdı. Dördüncü hakim olanda da bir-iki dəfə mənə yerli-yersiz xəbərdarlıq etmişdi. Açıq şəkildə demişdi ki, səni nə vaxtsa texniki zonadan qovacam”.
Samir Əliyevin dediklərinin üstündən su içib keçmək olmazdı. Çünki ortada iki məqam var. Birincisi, tərəflərin bir-birinə antipatiya bəsləməsi, digəri Rauf Cabbarovun “Səbail”in çalışdırıcısına “səni nə vaxtsa qovacam” deməsi. Odu ki, Əliyevin dediklərinin məntiqi əsasının olub-olmadığını öyrənmək üçün Cabbarovla əlaqə saxladıq: “Həmin açıqlama ilə tanışam. Mənim nəsə deməyimə ehtiyac yoxdu. Sağ olsun, özü hər şeyi qeyd edib. Dediyi kimi, yan xətt hakimini təhqir edib, bu isə istənilən halda qəbulolunmazdı. Dediyi kimi, daha öncə davranışı ilə bağlı ona xəbərdarlıq etmişəm, bu da mənim borcumdu. Yəni qaydalara zidd hərəkət edib ki, texniki zonadan uzaqlaşdırmışam. O ki qaldı digər məsələyə, hansısa antipatiyadan söhbət gedə bilməz. Hamıya eyni münasibət bəsləyirik. Kim qaydanı pozursa, qaydalara uyğun olaraq onları cəzalandırırıq ki, bu da bizim vəzifə borcumuzdu. Ümumiyyətlə, son vaxtlar məşqçilər texniki zona qaydalarını tez-tez pozmaqla diqqəti çəkirlər. Bu azmış kimi, heç bir əsas olmadan hakimlərə etiraz edirlər. Və bu səbəbdən məşqçilərin cəzalanması halları baş verir. Sonda həmin cəzanı hakimlərin onlarla ədavət aparması kimi təqdim edirlər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:30 Şəhriyar övladları ilə bir arada Dünən, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb Dünən, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır Dünən, 12:19 Yunis Hüseynov Antalyaya gedir Dünən, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub Dünən, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Dünən, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu Dünən, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi Dünən, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib Dünən, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib Dünən, 12:04 U-19 hər ay toplanış keçəcək Dünən, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər Dünən, 11:59 Bakı metrosunda əcaib irqçilik Dünən, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” 30-12-2019, 10:58 Elvin Yunuszadə yerli klublarla danışıq aparır 30-12-2019, 10:55 Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir 27-12-2019, 12:41 Güləş ailəsi bir araya gəldi 27-12-2019, 12:39 Riçard “Qarabağ”dan 1 milyon tələb edir 27-12-2019, 12:37 “Neftçi” rəhbərliyi Bordini yola salmağın planlarını cızır 27-12-2019, 12:35 “Forza Neftçi”nin rəhbəri üsyan edir 27-12-2019, 12:31 Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür 27-12-2019, 12:29 “Azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik” 27-12-2019, 12:26 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 27-12-2019, 12:24 Milli Olimpiya Komitəsində 2019-a yekun vuruldu 27-12-2019, 12:20 AFFA, “Neftçi” və “Qəbələ”… 27-12-2019, 12:19 Region Liqası qış fasiləsinə yollandı 24-12-2019, 23:26 Səməd Qurbanov günahı Bordində görür 24-12-2019, 23:23 “Səbail” AFFA-dan haqqını tələb etməkdə acizdi 24-12-2019, 23:16 Volkovla Ağabala rəsmən “Zirə”də! 24-12-2019, 23:10 “Keşlə” rəhbərliyinin “açılış oyunu” 24-12-2019, 23:06 “Mehdi Hüseynzadə”yə ağır texnika yeridildi 24-12-2019, 23:05 “Qəbələ” tələsik qərar vermək istəmir 24-12-2019, 23:03 Slavçev “Levski”yə keçdi 24-12-2019, 23:02 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 24-12-2019, 22:55 “Dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq” Bütün xəbərlər
Ən çox oxunanlar