18 may 22:45olke

Yarımfinala yaraşmayan darmadağınlar

Yarımfinala yaraşmayan darmadağınlar
Dünən futzal üzrə ölkə kubokunda yarımfinal oyunları keçirildi. Bakı İdman Sarayında meydana əvvəlcə “Hell Energy” və “Marafon” komandaları çıxdı. Yüksək liqanın gümüş medalçısının birinci liqanın qalibi ilə dueldə favorit olması şübhə doğurmurdu. Əslində bu duel həm də “Hell Energy” üçün yüksək liqanın səviyyəsini müəyyənləşdirmək baxımından ciddi sınaq idi.
Oyunun əvvəlində aşağı dəstə təmsilçi bir-iki epizodda təhlükə yaratmağa çalışdı. Ancaq tədricən “yuxudan ayılan” “Marafon” 3-cü dəqiqədə Arifin fərdi ustalığı hesabına qol vurdu. Üstünlüyünü davam etdirən yüksək liqa təmsilçisi 10-cü dəqiqədə rəqib torunu ikinci dəfə silkələdi. Bu dəfə Renatın ara ötürməsini Səid tora qovuşdurmaqla kapitanın əziyyətini boşa vermədi. Cəmi 1 dəqiqə sonra Seymur Məmmədov təcrübəsindən faydalanmaqla fərqi artırdı. Bundan sonra müdafiə olunmaqla fərqin böyüməməsinə çalışan “Hell Energy” təhlükəli hücumları izləməklə məşğul idi. Xüsusilə də Elvinin işinin həm də hədən artıq olduğunu vurğulamamaq insafsızlıq olardı. Ancaq “Marafon” fərqi artırmaqda davam etdi. Əvvəlcə Omid het-trik etdi, İlkin Hacıyev də adını qol vuranlar siyahısına yazdırdı.
İkinci hissənin ilk dəqiqəsində “Hell Energy” təsəlli qolunu vurmağa yaxın olsa da, rəqib qapıçını məyus etmək mümkün olmadı. Əvəzində iranlı legioner Majid 21-ci dəqiqədə 8-ci qolu vurdu. Üstünlüyünü davam etdirən yüksək dəstə təmsilçisi növbəti dəfə rəqib torunu 30-cu dəqiqədə silkələdi. Bu dəfə Həmid rəqib qapısına yol tapan oyunçu oldu. Sonrakı dəqiqələrdə Majidlə Elyas hərəyə bir dəfə fərqlənməklə yekun hesabı müəyyənləşdirdilər. Beləliklə, yüksək liqanın ikincisi ilə birinci liqanın qalibinin duelində səviyyə fərqi özünü acınacaqlı şəkildə göstərdi.
İkinci oyunda da aşkar favorit bəlli idi. Heyətini iranlı futzalçılarla gücləndirən “Uğur”un finala daha yaxın olduğu aydın idi. Düzdü, “Yasamal-2” yolüstü “Araz”ı mübarizədən kənarlaşdırmaqla qürrələnə bilər. Ancaq ölkə çempionunu son illərdə kubokda mübarizə aparmadığını nəzərə alsaq, nəticə gözlənilən idi. “Uğur” “qol şousu”na 3-cü dəqiqədə iranlı Əlirzayla başladı. Növbəti qol da onun həmyerlisindən gəldi. Ümumiyyətlə, 11-i ilk yarıya təsadüf edən 15 qoldan 14-nə iranlılar imza atdı. Beləliklə, tər tökmədən qələbə qazanan “Uğur” finala yüksəldi və həlledici oyunda “Marafon”a rəqib oldu.
Hell Energy – Marafon 0:11 (0:7)
Hell Energy: 44. Elvin Zeynalov (k), 11. Turxan Quliyev, 4. Fuad Cəfərov, 9. Abbas Qasımov, 14. Sahib Namazov; 1. Rəşad Səttarzadə, 7. Vüqar Həsənov, 10. Hikmət Bağırov, 13. Rafael Nağıyev, 17. Orxan Məmmədov, 20.İlqar Abdulov.
Məşqçi: Hikmət Bağırov.
Marafon: 12. Kəsra Mehdipur, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 10. Seymur Məmmədov, 20. Elyas Barati; 2. Kamran Hacıyev, 4. Majid Hacıbandeh, 8. Renat Sultanov (k), 11. Hamid Xodoçi, 22. Arif Bolouri, 77. Səid Çodarzi, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Qollar: A.Bolouri, 3 (0:1). S.Çodarzi, 10 (0:2). S.Məmmədov, 11 (0:3). O.Talebi, 19 (0:4). İ.Hacıyev, 19 (0:5). O.Talebi, 19 (0:6). O.Talebi, 20 (0:7). M.Hacıbandeh, 21 (0:8). H.Xodoçi, 31 (0:9). E.Barati, 34 (0:10). M.Hacıbandeh, 36 (0:11).
Vərəqə: T.Quliyev, 37 – sarı.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.
Hakim-inspektor: Aydın Gözəlov.
17 may. Bakı İdman Sarayı.

Uğur – Yasamal-2 15:0 (11:0).
Uğur: 16. Seyfan Vahid, 2. Əbülfəz Hüseyni, 8. Əlirza Şeyxlər, 9. Mohsin Geşoni, 10. Əli İbrahimi; 1. Aydın Bəyişli, 5. Fəyyar Hüseynov, 6. Amin Nasrollah, 7. Behroz Cəfəri, 22. Yadulla Əmrəliyev (k), 4. Həmid Solari, 15. Rza Amoni.
Baş məşqçi: Fuad Rzayev.
Yasamal-2: 1. Ceyhun Nağıyev, 9. Rüfət Hüseynov (k), 12. Həsən Camalzadə, 7. Vüqar Rəcəbov, 14. Anar İsayev; 23. Tural Lətifov, 3. Əmir Teolezi, 8. Parsa Kakavand, 76. Əmin Rəncbər.
Rəhbər: Orxan Allahverdiyev.
Qollar: Ə.Şeyxlər, 3 (1:0). B.Cəfəri, 5 (2:0). F.Hüseynov, 6 (3:0). A.Nasrullah, 8 (4:0). A.Şeyxlər, 9 (5:0). M.Geşoni, 14 (6:0). H.Solari, 16 (7:0). H.Solari, 18 (8:0). Ə.Hüseyni, 19 (9:0). M.Geşoni, 19 (10:0). Ə.İbrahimi, 19 (11:0). Ə.Hüseyni, 23 (12:0). A.Şeyxlər, 26 (13:0). M.Geşoni, 26 (14:0). M.Geşoni, 36 (15:0).
Vərəqə: V.Rəcəbov, 11 – sarı.
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Anar Fərəcov.
Hakim-inspektor: Tofiq Şükürov.
17 may. Bakı İdman Sarayı.
MİRAĞA
---
Yeri gəlmişkən...
Kubokun qalibi ilk dəfə bu uğura imza atacaq. Azərbaycanın ən titullu klubu “Araz”ın da mübarizəni dayandırmasından sonra yarımfinalda heç vaxt kubok qazanmayan komandalar qarşılaşdı və “Marafon”la “Uğur” finala adladı. Onlar heç vaxt ölkə kubokuna sahib çıxmayıb. Əvvəlki 23 kubok mövsümündə 9 komanda yarışın qalibi olub. Bu isə o deməkdi ki, cari mövsümün mükafatını başı üzərinə qaldıracaq komanda bu siyahıya kubokun 10-cu sahibi kimi düşəcək.
“Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) mükafata sahib olub. Digər kubok sahiblərindən "Ekol" üç (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə iki dəfə kubokun qalibi adına yiyələnib. Üç komanda isə bir dəfə belə uğura nail olub.
1994/95 Neftçi
1995/96 Neftçi
1996/97 Avtomobilçi
1997/98 Avtomobilçi
1998/99 Nabspor
1999/00 Azərneftyanacaq
2000/01 Azərneftyanacaq
2001/02 Gömrükçü
2002/03 Gömrükçü
2003/04 Turan AİR
2004/05 Araz
2005/06 Araz
2006/07 Araz
2007/08 Araz
2008/09 Araz
2009/10 Neftçi
2010/11 Ekol
2011/12 Ekol
2012/13 Neftçi
2013/14 Neftçi
2014/15 Fənər
2015/16 Ekol
2016/17 Neftçi
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar