17 may 23:16olke

Çempionata yekun vuruldu

Çempionata yekun vuruldu
Çərşənbə axşamı futzal üzrə yüksək liqada sonuncu – 28-ci turun qarşılaşmaları keçirilib. “Xəmsə” “Araz”la oyuna gəlmədiyi üçün İntizam Komitəsi Naxçıvan təmsilçisinə texniki qələbə verib. Baş tutan görüşlərə gəlincə, günün ilk matçında “Ekol” “Yasamal” üzərində qələbə qazanıb. Çempionatın son oyunu – “Neftçi” – “Marafon” qarşılaşması isə dramatik alınıb. “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanan görüşdə “Marafon” fasiləyə 3 top fərqi ilə üstün yollansa da, “Neftçi” ruhdan düşməyib. Yekunda hərəyə 8 qol vuran komandalar çempionatı “sülh”lə qapayıb.
Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Emin Kürdov (Ekol) çempionatın ən yaxşı qapıçısı, Seymur Məmmədov (Marafon) ən yaxşı oyunçusu seçilib. Mövsüm ərzində 34 qol vuran Tyaqo (Araz) yüksək liqanın bombardiri olub. Debüt ilində “Marafon”a gümüş medallar qazandıran Elşad Quliyev isə ən yaxşı məşqçi seçilib. Daha sonra “Ekol”a bürünc, “Marafon”a gümüş medallar, həmçinin “Araz”a çempionluq kuboku təqdim olunub. Onu da qeyd edək ki, mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, qurumun baş katibinin müavini Sərxan Hacıyev, Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.
28-ci tur
Ekol - Yasamal 7:5 (3:1)
Ekol: 1. İntiqam Babayev, 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k); 99. Emin Kürdov, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Yasamal: 1. Məhəmməd Roştani, 47. Rəsul Akbari (k), 9. Vladislav Vorobyov, 80. Omid Oraz, 5. Məhəmməd Şahsuvari; 2. Mohsan Dinari, 8. Tural Lətifov, 14. Omid Məhəmmədnejat.
Rəhbər: Orxan Allahverdiyev.
Qollar: O.Oraz, 11 (0:1). Ə.Ələsgərli,11 (1:1). N.Məmmədkərimov, 15 (2:1). S.Məstiyev, 19 (3:1). O.Oraz, 25 (3:2). T.Lətifov, 27 (3:3). N.Məmmədkərimov, 27 (4:3). S.Həmzəyev, 28 (5:3). V.Vorobyov, 32 (5:4). N.Məmmədkərimov, 37 (6:4). Z.Fərziyev, 37 (7:4). V.Vorobyov, 38 (7:5).
Vərəqə: M.Şahsuvari, 10. T.Lətifov, 27 – sarı.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov.
Hakim-inspektor: Aslan Həsənov.
15 may. Bakı İdman Sarayı.

Neftçi – Marafon 8:8 (0:3)
Neftçi: 23. Elnur Zamanov (k), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 94. Oruc Baxşəli, 13. Əjdər Əjdərov; 1. Samir Mehtiyev, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 17. Vüsal İsayev .
Baş məşqçi: İlqar Aslanov.
Marafon: 2. Kamran Hacıyev, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 10. Seymur Məmmədov, 20. Elyas Barati; 12. Kesra Mehdipur, 8. Renat Sultanov (k), 11. Hamed Xodaçi, 22. Tofik Əliyev, 77. Səid Çodarzi, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Qollar: R.Sultanov, 8 (0:1). O.Talebi, 10 (0:2). S.Məmmədov, 16 (0:3). V.İsayev, 26 (1:3). O.Talebi, 27 (1:4). T.İsmayılov, 27 (2:4). İ.Hacıyev, 29 (2:5). R.Balakişiyev, 29 (3:5). R.Balakişiyev, 31 (4:5). E.Barati, 34 (4:6). İ.Hacıyev, 33 (4:7). T.İsmayılov, 34 (5:7). R.Soltanov, 36 (5:8). R.Balakişiyev, 36 (6:8). T.İsmayılov, 38 (7:8). T.Qurbanov, 39 (8:8).
Vərəqə: S.Məmmədov, 40 – sarı.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Yusif Nurullayev.
Hakim-inspektor: Ələkbər Məmmədov.
15 may. Bakı İdman Sarayı.
Yekun cədvəl
1. Araz 24 21 2 1 148-34 65
2. Marafon 24 15 3 6 109-59 48
3. Ekol 24 15 2 7 107-68 47
4. FK.İD 24 9 6 9 105-79 33
5. Neftçi 24 8 6 10 75-73 30
6. Yasamal 24 5 1 18 72-154 16
7. Xəmsə 24 0 2 22 49-198 2
Bombardir: Tyaqo (Araz) – 34.

Yarımfinal oyunları keçiriləcək
Fuzal üzrə ölkə kubokunun yarımfinal oyunlarının vaxtı müəyyənləşib. Finala vəsiqə uğrunda görüşlər bu gün Bakı İdman Sarayında keçiriləcək.
18.00 Hell Energy – Marafon
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.
Hakim-inspektor: Aydın Gözəlov.
19.30 Uğur – Yasamal-2
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Anar Fərəcov.
Hakim-inspektor: Tofiq Şükürov.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar