16 may 12:03olke

Slovakiyalı sabiq futbolçu “Sumqayıt”ı bəyənmir

Slovakiyalı sabiq futbolçu “Sumqayıt”ı bəyənmir
“14 yaşlı oğlum “Qarabağ”ı tanıyırsa...”
“Sumqayıt” – “Qəbələ” matçını media tribunasından izləyənlər arasında bir nəfər diqqətimizi cəlb etdi. İdman mediasında çalışan həmkarlarımın 90 faizini tanıdığımdan, həmin şəxsin bizim camiəyə aid olmadığını bilmək o qədər də çətin deyildi. Matçboyu meydanda yaşananlara özünəxas tərzdə reaksiya verən, bəzən əl-qolunu ölçə-ölçə yad dildə öz-özü ilə danışan şəxsin kim olduğunu bilmək, Sumqayıta hansı məqsədlə gəldiyini öyrənmək üçün oyundan sonra ona yaxınlaşdım. Və məlum oldu ki, qonağımız Slovakiyadandı. Özü də nə agentdi, nə də məşqçi. Ancaq həyatının bir hissəsi futbola bağlı olub. Qalanlarını öz dilindən eşidək.
- Əvvəlcə özünüzü təqdim edərdiz.
- Pyotr Tabaçko. Milliyyətcə slovakam və Slovakiyada yaşayıram. Ancaq ötən ilin noyabrından Azərbaycandayam.
- Sirr deyilsə, ölkəmizə gəlişinizin səbəbini söyləyərdiz.
- İxtisasca mühəndisəm. Azərbaycana glişimin səbəbi işimlə bağlıdı. Bakı - Tiflis - Qars dəmiryolunun tikintisində çalışıram.
- Dəmiryolçu və futbol. Üstəlik, “Kapital Bank Arena”da “Sumqayıt” – “Qəbələ” matçını izləməyiniz mənə bir qədər qəribə gəldi.
- Burda qəribə heç nə yoxdu. 20 ilə yaxın böyük futbol oynayan biri hara getsə, stadion və futbol axtarır. Ölkənizə gələndən sonra Sumqayıtda ev kirayələmişəm. Şəhər çox xoşuma gəldi və ilk növbədə burda stadion və futbol komandasının olub-olmadığı ilə maraqlandım. Mənə dedilər ki, şəhərin eyniadlı komandası premyer-liqada çıxış edir. Bu xəbəri eşidəndə çox sevindim. Həmin vaxtdan “Sumqayıt”ın nəinki çempionat oyunlarını, hətta vaxtım olanda məşqlərini də izləyirəm.
- Sözlərinizdən belə başa düşdüm ki, vaxtilə top qovmusuz...
- Özü də peşəkar səviyyədə. Slovakiyada “Koşitsa”nın şərəfini qorumuşam. Çexiyada isə Plzen “Viktoriya”sında çıxış etmişəm. Yuxarıda qeyd etdiyim kimi, 20 il peşəkar futbolla məşğul olmuşam. Karyeramı başa vurandan sonra isə artıq başqa yol tutdum.
- Adətən, peşəkar futbolçular karyeralarını başa vurduqdan sonra elə futbol sahəsində çalışırlar. Siz isə mühəndisliyi seçmisiz. Bunu nə ilə izah edərdiz?
- 20 ildən sonra həyatda dəyişlik etmək qərarına gəldim. Məşq, stadion, toplanışlardan bezmişdim. Düşündüm ki, artıq bəsdi. Futbol oynadığım dönəmdə təhsili də yaddan çıxarmamışdım. Universiteti mühəndis ixtisası üzrə bitirdim. Ailəmizdə də mühəndislər çox olub. Dədə-babalarımın yolunu davam etdirməyə qərar verdim ki, buna görə də heç peşman deyiləm. Birvaxtlar futbolçu kimi müxtəlif ölkələrə səfər edirdimsə, indi mühəndis kimi bunu edirəm. Bir də yol çəkmək tarixən xeyirxah iş kimi qəbul olunub.
- Ancaq yenə futboldan əl çəkmirsiz.
- İndi futbol artıq mənim üçün hobbidi.
- “Sumqayıt” – “Qəbələ” oyununun gedişində bəzən öz-özünüzə danışır, nədənsə narazılıq edirdiz. Nə olmuşdu?
- Heç nə, sadəcə, bəzi futbolçular düz oynamayanda istər-istəməz əsəbləşirdim. Elə götürək “Sumqayıt”ın “18” nömrəsini (Tural Axundovu nəzərdə tutur). Bu futbolçu bir neçə dəfə cərimə meydançasına yaxınlaşsa da, qərar verməkdə çətinlik çəkirdi. Bilmirdi asma etsin, yoxsa ötürmə. İkinci hissədə meydana çıxan “17” nömrəni (Nicat Qurbanovu nəzərdə tutur) isə deyəsən, baş məşqçi əlacsızlıqdan oyuna buraxdı. Belə futbolçu olar? Nə düz-əməlli keçid etdi, nə də ötürmə verdi. Standart vəziyyətdən qapıya vurduğu zərbə isə zorla qapıya çatdı. Hesabda geri olarkən, üstəlik, avrokuboka vəsiqənin taleyi həll olunan bir matçda yalnız özünə güvənən oyunçu topa yaxınlaşmalıdı. O isə...
- Bu gün meydana çıxan komandalardan hansını daha çox bəyəndiz?
- Açığı, heç birini. Bəlkə də fikirimlə razılaşmayacaqsız, ancaq düşündüyümü deyəcəm. Meydanda mübarizə və gərginlik olsa da, keyfiyyyət çox aşağı idi. Mənə demişdilər ki, “Qəbələ” çox güclüdü, avrokubokların daimi iştitrakçısıdı. Səhv etmirəmsə, iki dəfə də Avropa Liqasının qrupunda oynayıb. Ancaq bu gün mən onlarda Avropa səviyyəli oyun görmədim. Bir qədər oyunçuları fərdi cəhətdən “Sumqayıt”dan güclü təsir bağışladı. Sizin çempionatın ən böyük çatışmazlığı, bilirsiz, nədi?
- Nə?
- Sürətin çox aşağı olması. Slovakiya çempionatı da qitədə irəlidə gedənlərdən biri sayılmır. Buna baxmayaraq, bizim komandalar daha sürətli oyun nümayiş etdirir. Müasir futbolda isə iti düşüncə və sürət hər şeyi həll edir.
- Deyəsən, Azərbycan futbolunu heç bəyənmirsiz?
- Niyə ki? “Qarabağ”ı niyə yaddan çıxarırsız? Onların “Sumqayıt”la oyununu, çempionluğu rəsmiləşdirdikləri matçı da canlı izlədim. Bax, istədiklərimi orda gördüm. Düzdü, həmin matç o qədər də parlaq alınmadı. Lakin komandanın ümumi səviyyəsi, topla davranış, düşünülmüş hücumlar – bir sözlə, sırf müasir futbol. Təsadüfi deyil ki, “Qarabağ” bu gün Avropada da tanınır. Sizə bir maraqlı faktı deyim. Azərbaycana gələcəyim məlum olan günün axşamı evdə ailəlikcə şam edirdik. Ordan-burdan söhbət edib ölkəniz barədə danışmağa başladıq. Həmin vaxt oğlum “ata, getdiyin ölkədə darıxmayacaqsan” dedi. Səbəbini soruşanda “bu ölkənin Çempionlar Liqasının qrupunda təmsilçisi var” söylədi və ardınca “Qarabağ”ın adını çəkdi. Ona qədər mən artıq bu haqda məlumatlı idim. 14 yaşlı slovakiyalı yeniyetmə “Qarabağ”ı tanıyırsa, deməli, klub artıq qitədə özü haqda müəyyən fikir formalaşdırıb.
- “Sumqayıt”ı qarşıda doğma meydanda “Zirə” ilə oyun gözləyir. Həmin görüşdə komanda qalib gəlsə, böyük ölçüdə bu yay qitəmiqyaslı turnirdə iştirak edəcək. Necə düşünürsüz, sumqayıtlılar buna nail olacaq?
- “Zirə”nin oyununu izləməmişəm və yalandan proqnoz verə bilmərəm. Sabiq peşəkar futbolçu kimi yalnız onu deyə bilərəm ki, hamı bir yumruq kimi birləşib qarşıya qoyulan məqsəd uğrunda vuruşsa, bir oyunda istənilən nəticəni əldə etmək olar. Ümid edirəm ki, “Sumqayıt” bu çətin işin öhdəsindən gəlməyi bacaracaq və mən komandanın Avroliqadakı matçlarını canlı izləyəcəm. İş müqaviləmin başa çatmasına hələ 5 ay var. Odu ki, daha böyük futbol ab-havası hiss etmək istəyirəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar