14 may 00:53olke

Pərvazlana bilməyən Tərlan bəyənmədiyi futbolçulara və potensial xələfinə qarşı

Pərvazlana bilməyən Tərlan bəyənmədiyi futbolçulara və potensial xələfinə qarşı
Hər şey "məni bu vəzifəyə Ramin Musayev gətirib" açıqlamasından sonra başladı. "Neftçi"nin baş məşqçisi bununla flaqmanın kənardan idarə edildiyini göstərdiyinin və 81 illik "xalq komandası"nın adına tarixində bəlkə də ən böyük utanc gətirən sözləri dediyinin fərqinə varmırdı. Həmçinin bu sözlərlə həm özünü, həm PFL prezidentini, həm də ölkənin ən köklü futbol klubunu necə böyük zərbə altında qoyduğunu dərk etmirdi. "Neftçi" azarkeşlərinin böyük ümid bəslədiyi Əhmədov bu ümidləri də çox qoruya bilmədi. "Neftçi”sevərlər ölkənin ən yaxşı futbolçularının transfer ediləcəyini gözləsə də, Tərlan Əhmədovun Nizami Hacıyevlə maraqlandığını deməsi soyuq duş effekti verdi. Amma bu hələ harası idi?! Qalmaqallı "Keşlə" - "Neftçi" oyunu Nizami Hacıyevlə yanaşı, Mirhüseyn Seyidovun və "Neftçi"nin gənc məşqçisi Ağakişi Mehdizadənin də futbol karyerasını bitirdi. Tərlan Əhmədov isə yola davam edirdi. Sadəlövh azarkeşlər onun "indiki heyətin hər üzvündən daha güclü oyunçu transfer edəcəm" vədinə inanıb gözləyirdi. Amma bilmirdilər ki, Nizami Hacıyevə şükür oxudacaq yerli transferlər hələ qabaqdadı. Elnur Süleymanov, İlkin Qırtımov və diviziondan gələn Fərid Abbaslı "Neftçi"yə kubok qazandırmalı idi... Rahil Məmmədovla Pavel Dreksanı göndərib müdafiənin mərkəzinə diviziondan Fərid Abbaslını, Məqsəd İsayevi göndərib müdafiənin sağ cinahına İlkin Qırtımovu, Tərzin Cahangirovu göndərib yarımmüdafiənin mərkəzinə Elnur Süleymanovu, Fəhmin Muradbəylini göndərib yarımmüdafiənin cinahına Fransisko Qarsianı, Uqo Barqas və Daniel Seqoviyanı göndərib Lukas Qomesi gətirməklə "gücləndi" Tərlan müəllim. Analoqu olmayan daha bir "güclənməni" Mayk Kampasın timsalında gördük. Tərlan müəllim "göndərilənlərdən daha güclü transfer edəcəm" deməmişdi, "komandada olanlardan daha güclüləri alacam" ümidini vermişdi... Yeni transferlər isə hətta göndərilənlərdən qat-qat zəif idi və bunu yəqin ki, o özü də yaxşı bilirdi. Sol cinah müdafiəçisi Mateo Mujeki göndərib onun mövqeyinə heç bir transfer etməməklə mövsüm bitənəcən ustalığı və məktəbi axsayan gənc Anton Krivotsyuku daşıya bilməyəcəyi bir yükün altında qoydu. Müdafiənin mərkəzinə də futbolçu alınmaması Ruslan Abışovla Kirill Petrovu çətin vəziyyətə salırdı. Əvəzində Rəşad Sadiqov və Derlis Meza Kolli kimi "qoca", Elnur Cəfərov, Elvin Sərkərov, Elçin Əsədov kimi gənc "istedadlardan” bərk-bərk yapışmaqla "Neftçi"yə böyük uğurlar qazandıracağını düşünürdü.
Bu transferlərdən sonra "ağ-qaralar"ın aqibəti öncədən bilinirdi. Nəticə də çox gözlətmədi. Rusiya premyer-liqasının autsayderi “SKA Xabarovsk”la yoldaşlıq görüşündə alınan 1:8 hesablı məğlubiyyət ilk siqnal idi. Vitse-prezident Elnur Eyvazovun müdaxiləsindən sonra komandada baş verən rəhbərlik dəyişikliyi ab-havanı bir qədər düzəltsə də, futbolçu karyerasında avtoqollarla yadda qalan Tərlan Əhmədov baş məşqçi kimi də xasiyyətini dəyişmədi. Ölkə kubokunun yarımfinalında "Qəbələ"ni səfərdə 2:1 məğlub etdikdən və Bakıda hesabda 1:0 önə keçdikdən sonra Əhmədovun komandası əyalət klubunu finala buraxdı. Bununla həm Ramin Musayevi SOCAR rəhbərliyi yanında pis vəziyyətə saldı, həm də klubda əməyi keçən hər kəsin əziyyətini yerə vurdu, haqqını yedi.
Tərlan müəllimin sayəsində rəhbərliyin də işi çətindi. Özündən fərqli gətirdiyi yararsız futbolçuların müqavilələri mayda bitmir. Rəhbərlik üçün klub büdcəsinə zərər vurmadan onları göndərməyin yollarını tapmaq əsl başağrısıdı...
Ramin Musayevin sayəsində Avroliqa və medal perspektivləri yüksək olan "ağ-qaralar" bu gün keçmiş baş məşqçiləri Samir Əliyevin çalışdırdığı kluba qarşı vacib oyuna çıxacaq. Tərlan Əhmədovun bəyənmədiyi gənc futbolçulardan yetərincə mübariz kollektiv formalaşdıran Əliyevin "Neftçi"yə qayıdacağı haqda söz-söhbətlər gəzir. Baş məşqçilərin prinsipial qarşılaşmasına pərədarxası oyunlar təsir etməsə, yetərincə maraqlı oyunun şahidi olacağıq.
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar