13 may 12:58olke

“Təcrübə” “Funksionerlər”i üstələdi

“Təcrübə” “Funksionerlər”i üstələdi
Ruslar Bakıya gələcək, Tofiq Bəhramov yad olunacaq
AFFA-nın dəstəyi, Veteranlar İttifaqının təşkilatçılığı ilə mayın 9-da Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Ələkbər Məmmədovun dünyaya gəlişinin 88-ci ildönümü ilə bağlı turnir təşkil olundu.
Günün ilk yarısında, “Neftçi”nin köhnə bazasında aşağı yaş qrupları arasında yarış keçirildi. 4 komandanın qatıldığı turnirdə püşaktamaya əsasən “Vətən”lə İsgəndər Cavadov Futbol Akademiyası, digər cütdə isə “Keşlə” ilə BFİM üz-üzə gəldi. Gözləntilərin əksinə, “Vətən”meydanı məğlub tərk etdi. Veteran futbolçunun adını daşıyan akademiyanın futbolçuları rəqibi 3:1 hesabı ilə yenəməyi bacardı. “Keşlə” isə BFİM-in qapısından 2 cavabsız top keçirməklə adını finala yazdırdı. 3-cü yer uğrunda matçda BFİM “Vətən”dən üstün oldu - 3:0. Gərgin idman mübarizəsi şəraitində keçən finalda azarkeşlər məhsuldar oyuna tamaşa etdi. “Keşlə” İsgəndər Cavadov Bakı Futbol Akademiyasının komandasını 5 dəfə meydanın mərkəzinə dəvət etdi. Nominal qonaqların bunlardan yalnız ikisinin əvəzini çıxmağa gücü çatdı.
Günün ikinci yarısında isə Ələkbər Məmmədovun ad günü ilə bağlı “Bayıl Arena”da veteranlardan ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən (AFFA, PFL, premyer-liqa klubları) formalaşmış “Futbol funksionerləri” üz-üzə gəldi. “Təcrübə”nin baş məşqçisi Ağasəlim Mircavadov ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaratmışdı: Camaləddin Əliyev, Arif Əsədov, Tərlan Əhmədov, Ədahim Niftəliyev, Oqtay Abdullayev, Nazim Süleymanov, Maşallah Əhmədov, Musa Qurbanov, Mahmud Qurbanov, Elxan Abdullayev, İqor Getman.
Ehtiyat oyunçular: Elmir Xankişiyev, Zaur İsmayılov, Vasif Haqverdiyev, Samir Əliyev, Araz Qulamov, Alim Qurbanov.
Rəqibin baş məşqçisi Vaqif Sadıqovun start heyəti isə belə idi: Faiq Əzizov, Dmitri Kramarenko, Şahin Cəfərov, Bəxtiyar Osmanov, Cavid Cəlilov, Firuz Abdulla, Kamran Quliyev, Yunis Hüseynov, Sənan Qurbanov, Müşfiq Hüseynov, Elxan Məmmədov.
Ehtiyat oyunçular: Əfqan Kərimov, Emin Cəfərov, Əliyar Ağayev, Aslan Şahgəldiyev, Ramin Həsənov, Rəmiş Malıyev, Fərhad Həsənov, Yaşar Hüseynov.
Hər biri 35 dəqiqədən ibarət ikihissəli qarşılaşmanı Tahir Süleymanov idarə edirdi. Onun köməkçiləri isə Ramiz Əsədovla Eldar Nağıbəyov idi.
Adətən, bu cür qarşılaşmalar şou xarakteri daşıyır və bir çox hallarda “sülh”lə bitir. Ancaq bu dəfə tribunalara toplaşanlar fərqli mənzərəyə şahidlik etdi. Yeri gəlmişkən onu da bildirək ki, matçı izləyənlər arasında Kazbek Tuayev, İsgəndər Cavadov, Rüstəm Rəhimov, Asim Xudiyev, Vadim Vasilyev, Əbdülqəni Nurməmmədov kimi dövrünün tanınmış futbolçuları və hakimləri yer almışdı. AFFA-nın texniki departamentinin direktoru Bernard Lippert də qarşılaşmaya biganə qalmamışdı.
Artıq 3-cü dəqiqədə Musa Qurbanov adını tabloya yazdırmağı bacardı. Veteran forvard hələ də qol duyumunu itirmədiyini, sürətinin də yerində olduğunu görüşün qalan dəqiqələrində də nümayiş etdirdi. 16-cı dəqiqədə Qurbanov dublunu rəsmiləşdirdi. Hesabda geri düşən rəqib komanda hər nə yolla olur-olsun, qol vurmağa çalışırdı. “Funksionerlər”in əsas silahı olan Yunis Hüseynov bunun üçün hakimi də aldatmaqdan çəkinmədi. “Solaxay” “Təcrübə”nin cərimə meydançasının daxilində özünü yer atsa da, təcrübəli Tahir Süleymanovu aldada bilmədi və hətta simulyasiyaya görə qarşısında sarı vərəqə gördü. 22-ci dəqiqədə, nəhayət, “göylər” istəklərinə çatdılar. Bəxtiyar Osmanov fərqi minimuma endirdi. Ancaq onların sevinci çox çəkmədi. Əvəzetmədən meydana daxil olan Alim Qurbanov ilk yarının sonuna 3 dəqiqə qalmış, daha dəqiq desək, 32-ci dəqiqədə yenidən hesab arasındakı fərqi ikiyə çatdırdı. Bu həm də birinci hissədə vurulan son qol oldu.
Komandalar fasilədən geri dönər-dönməz Yunis bəy bir çox gənc futbolçulara dərs olacaq qolun müəllifi oldu. Hüseynov təxminən 25 metrdən, sol ayaqla topu Camaləddin Əliyevin qoruduğu qapının “9-luğ”una sancdı. Artıq “göylər”in hesabı bərabərləşdirəcəyinə inananların sayı yetərincə çox idi. Lakin “qırmızılar”ın əsas “qol silah”ı olan Musa bəy dayanmaq fikrində deyildi. Yaşına uyğun olmayan sürətlə cərimə meydançasına daxil olan veteran hücumçu Mahmud Qurbanovun ideal ara ötürməsini bir toxunuşla yaxın küncə göndərdi. 45-ci dəqiqədə isə Maşallah Əhmədov hələ də qol vurmağı unutmadığını ortaya qoydu. “10 nömrə” qapı qarşısındakı qarışıqlıqdan istifadə edib zəif, ancaq hiyləgər zərbə ilə rəqibi 5-ci dəfə meydanın mərkəzinə dəvət etdi. Müşfiq Hüseynov 3-cü qolu vurub komandasını ümidləndirsə də, Elxan Məmmədovun avtoqolu heç yerinə düşmədi. Qalan dəqiqələrdə həm “Təcrübə”, həm də rəqib hərəyə iki dəfə fərqləndi. “Qırmızlar”dan Oqtay Abdullayev dublla yadda qaldısa, rəqibin heyətində Yunis Hüseynov və Elxan Məmmədov adını tabloya yazdırdı. Onu da qeyd edək ki, həm Hüseynov, həm də Məmmədov penaltidən fərqləndi. Hər onbirmetrənin səbəbkarı isə Oqtay Abdullayev oldu. Gərgin idman mübarizəsində keçən 70 dəqiqə “Təcrübə”nin 7:5 hesablı qələbəsiylə başa çatdı.
Oyundan sonra Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimova yaxınlaşıb, turnirlə bağlı fikirlərini öyrəndik: “Bu gün istər aşağı yaş qrupları arasında keçirilən turnir, istərsə də veteranlar və funksionerlər arasında baş tutan görüş çox maraqlı alındı. Belə yarışlar veteranlarımıza verilən ən yüksək dəyərdi. Dünyasını dəyişənlər bir daha yad olunur, onların ölkə futbolu üçün etdikləri yada salınır. Gənc nəsil də belə yarışlarda iştirak etməklə tanınmış futbolçularımız barədə məlumat əldə edir. Bu il təqvim planımıza Anatoli Banişevski, Ələkbər Məmmədov və Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş turnirlərin keçirilməsi daxil olunub. Artıq bunlardan ikisi geridə qalıb. Qarşıdakı aylarda dünyaca məşhur hakimimizin də xatirəsinə turnir təşkil edəcəyik. Bu insanlar Azərbaycan futbolunun qaymaqları olub. Bütün dünyada belə yarışlar təşkil olunur. Növbəti illər üçün artıq bu turnirlərin beynəlxalq səviyyədə təşkil olunmasına çalışacağıq. Yaxın qonşularımız olan Rusiya, Gürcüstan və İran komandalarına dəvət göndərmək istəyirik. Bu həm uşaq, həm də veteran komandalara aid olunur. Özünüz də gördüz ki, yaşları artsa da, veteranlarımızın ustalıq səviyyəsi hələ də yerindədi. Yunisin vurduğu qol, Mahmudun ötürmələri, Nazimin texnikası, Oqtayın əzmkarlığı yenə özünü göstərdi. Veteranların beynəlxalq oyunlarına gəlincə, rusiyalı həmkarlarımız bununla bağlı bizə müraciət ediblər. Sentyabr - oktyabr aylarında onların Bakıya səfəri planlaşdırılır. Artıq bununla bağlı danışıqlar gedir. Onu da bildirim ki, onların heyətində vaxtilə Rusiyada top qovmuş azərbaycanlılar – Rasim Abışov, Ramiz Məmmədov, Aleksandr Jidkov, Vyeçaslav Lıçkin və başqalarının da yer alacağı gözlənilir”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar