13 may 12:40olke

İK iki həftə ərzində İnqilab Məmmədovun ikinci vərəqəsini ləğv etdi

İK iki həftə ərzində İnqilab Məmmədovun ikinci vərəqəsini ləğv etdi
AFFA-nın İntizam Komitəsi mayın 8-də Topaz premyer-liqası, əvəzedicilərin çempionatı və birinci divizionun son turundakı qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. 26-cı tur çərçivəsində “Qəbələ”nin qonağı olan “Keşlə” sarı vərəqələrin sayının 4-ə çatması səbəbindən 800 manat cərimələnib.
“Neftçi”yə uduzan “Qarabağ”ı həm də azarkeşləri geri salıb. Pirotexniki vasitələrdən istifadə kluba 800 manat bahasına başa gəlib. Komitə həmçinin bir yanlışı düzəldib. “Səbail” – “Zirə” matçının 33-cü dəqiqəsində qonaqların hücumçusu Riçard Qadzeyə “hakimi aldatmağa cəhd”ə görə göstərilən sarı vərəqə ləğv olunub. Epizodun videoyazısına baxan qurum hakimin vəziyyəti düzgün qiymətləndirmədiyi qənaətinə gəlib. Bu o deməkdi ki, İnqilab Məmmədov qısa müddətdə iki eyni səhvə yol verib. Xatırladaq ki, o, “Neftçi” – “Qəbələ” matçında səhvən Emin Mahmudovu cəzalandırmış, sonradan İK vərəqəni ləğv etmişdi. Fərq ondadı ki, budəfəki səhv daha ciddidi. Çünki Qadzeyə cərimə meydançasında kobudluq edilmişdi ki, belədə “Zirə”nin lehinə penalti verilməliydi.
“Səbail”lə “Zirə”nin əvəzedici heyətlərinin qarşılaşmasında isə qonaq komandanın 4 üzvü sarı vərəqə alıb ki, bu da 400 manat cərimə deməkdi. “Kəpəz” – “Sumqayıt” matçında hər iki tərəf ziyana düşüb. Oyunun 13-cu dəqiqəsində qonaq komandanın üzvü Məhərrəm Məmmədli, 73-cü dəqiqədə isə meydan sahiblərindən Elcan Rəhimov “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən hər ikisi 1 oyun cəza və 100 manat cərimə ilə üzləşib.
Diviziona gəlincə, “Binə” və “Turan Tovuz” “vərəqə planı”na görə hərəyə 80 manat “tərləyib”. Hər ikisinin son turdakı rəqibləri də cəza və cəriməyə məruz qalıblar. Qəsəbə təmsilçisinə qalib gələn “Ağsu” son dəqiqələrdə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Qalib Əmrahovun intizamsızlığının güdazına gedib. Klub 240 manat cərimələnib. Üçoyunluq cəzalanan futbolçu üçün isə mövsüm bitib, o növbəti mövsümün açılışını da kənardan izləyəcək. Son turda “Turan Tovuz”la qarşılaşan “Qaradağ Lökbatan”ın kapitanı Sabir Allahquliyev də Qalib Əmrahovun aqibəti ilə üzləşib. Maraqlıdı ki, o da eyni intizamsızlığa görə analoji sanksiyaya (3 oyun, 240 manat) məruz qalıb.
Son turda “qırmızı” alan daha iki futbolçunun cəzası eyni olub. “Xəzər” – “Zaqatala” matçının 82-ci dəqiqəsində qonaq komandanın oyunçusu Roini İsmayılovla Tural Qürbətov bir-birini təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. İK hər ikisini 3 oyunluq diskvalifikasiya edib, klublarını 160 manat (cəmi 320) cərimələyib. “Mil-Muğan”ı isə Elnur Məmmədov 20 manat “tərlədib”. “Şüvəlan”la matçın 89-cu dəqiqəsində ikinci sarı, avtomatik olaraq, qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan futbolçu 1 oyun cəza və 20 manat cərimə ilə canını qurtara biləcək.
Beləliklə, İntizam Komitəsi son iclasında klubları 3200 manat cərimə edib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 118720 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar