10 may 19:15olke

“Ekol” intriqanı saxladı

“Ekol” intriqanı saxladı
Dünən futzal üzrə yüksək liqada əvvəlki turlardan təxirə salınmış iki oyun keçirildi. Əvvəlcə meydana “Ekol” və “Marafon” komandaları çıxdı. İkinci və üçüncü pillələrdə qərarlaşan komandaları cəmi 5 xal ayrırırdı ki, “Ekol” qələbə qazanacağı təqdirdə intriqanı son tura daşıyacaqdı. Bu baş verməyəcəyi halda “Marafon” “gümüş”ü təmin edəcəkdi. “Şirkət təmsilçisi”ndən Fərid Ələkbərov cəzalı olduğuna, Samir Həmzəyev isə şəxsi işlərinə görə oyunda iştirak edə bilmirdi. Debütant da itkilərdən “sığortalanmamışdı”. Majid Morovati zədə üzündən oynamırdısa, Rüstəm Bağırzadə bir gün əvvəl subaylığın daşını atdığından meydanda yox idi.
Oyunda hesab erkən açıldı. Əvvəlcə “Marafon” rəqib torunu silkələdi. Ancaq 1 dəqiqə keçmişdi ki, “Ekol” qarşılıq verdi. Heç-heçə uzun müddət davam etmədi. 6-cı dəqiqədə yenə debütant hesabı öz xeyrinə dəyişdi. Hissənin ortasında “Ekol” yenidən “status-kvo”nu bərpa etdi. Bu dəfə qapıçı meydançasında əllə oyuna görə təyin olunan penaltini Məmmədkərimov dəqiq yerinə yetirdi.
İkinci hissədə də ilk fərqlənən Elşad Quliyevin komandası oldu. Növbəti dəfə tablodakı rəqəmlər 35-ci dəqiqədə bərabərləşdi. Oyundan qopmayan və üç dəfə hesabda geri düşməsinə rəğmən, bərabərliyi təmin edən “Ekol” mübarizliyinin mükafatını sona 3 dəqiqə qalmış aldı. Hesabda önə keçən Radik Əhmədovun yetirmələri üstünlüyünü sona qədər qorumaqla xal fərqini 2-yə endirdi.
Günün digər qarşılaşmasında da qonşular – mükafatçılardan sonrakı iki yeri tutan “Neftçi” və FK.İD münasibətlərinə aydınlıq gətirdi. “Neftçi”dən zədəli Mehrandan başqa, cəzalı Əjdər Əjdərov da turu buraxırdı. FK.İD-də isə vəziyyət nisbətən düzəlmişdi. Cəza, sonra zədə üzündən oyunları buraxan Asif Zeynalov bu dəfə köməyə gəlmişdi. İlk yarıda qapılara qol vurulmadı. Baxmayaraq ki, sürətli alınan oyunda güzəştsiz mübarizəyə şahid olmaq mümkün idi. Nəhayət, 25-ci dəqiqədə debütant hesabı açdı. 36-cı dəqiqədə “Neftçi” meydanda azlıqda qaldı. Katebi ikinci sarı-qırmızı vərəqədən sonra komandasını azlıqda qoydu. Debütant rəqibin azlıqda qalmasından 30 saniyə sonra istifadə edərək, fərqi artırdı. Asif Zeynalovun sona 1 dəqiqə qalmış vurduğu qol isə FK.İD-in yüksək liqadakı 100-cü qolu oldu.
24-cü turun oyunu
Ekol – Marafon 4:3 (2:2)
Ekol: 99. Emin Kürdov, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Marafon: 12. Kəsra Mehdipur, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 10. Seymur Məmmədov (k), 20. Elyas Barati; 2. Kamran Hacıyev, 11. Həmid Xodaçi, 22. Tofik Əliyev, 77. Səid Çodarzi.
Baş məşqçi: Elşad Quliyev.
Qollar: E.Barati, 2 (0:1). Ə.Abasov, 3 (1:1). O.Talebi, 6 (1:2). N.Məmmədkərimov, 11-p. (2:2). S.Çodarzi, 26 (2:3). N.Məmmədkərimov, 35 (3:3). Ə.Abasov, 37 (4:3).
Vərəqələr: K.Hacıyev, 10. S.Məmmədov, 11. E.Kürdov, 36 – sarı.
Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Azad Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
7 may. Bakı İdman Sarayı.
17-ci turun oyunu
FK.İD – Neftçi 3:0 (0:0)
FK.İD: 12. Ramil Həsənzadə (k), 10. Faiq Əliyev, 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 5. Asif Zeynalov; 1. Ümid Paşayev, 3. Ruzigar İbrahimzadə, 4. Elvin Quliyev, 6. Anar Ağayev, 9. Elşən İbrahimxəlilov, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rafail Adbulov.
Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 6. Məhəmməd Katebi, 94. Oruc Baxşəli; 1. Samir Mehtiyev, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 17. Vüsal İsayev.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: N.İsmayılov, 25 (1:0). E.İbrahimzəlilzadə, 36 (2:0). A.Zeynalov, 39 (3:0).
Vərəqələr: M.Katebi, 27. O.Baxşəli, 35. F.Əliyev, 36 - sarı. M.Katebi, 36 - qırmızı (ikinci sarı).
Hakimlər: Yusif Nurullayev, İnqilab Məmmədov, Kənan Məlikov
Hakim-inspektor: Ədilxan Hünbətov.
7 may. Bakı İdman Sarayı.
1. Araz 23 20 2 1 143-34 62
2. Marafon 22 15 1 6 96-46 46
3. Ekol 23 14 2 7 100-63 44
4. FK.İD 23 9 5 9 100-74 32
5. Neftçi 23 8 5 10 67-65 29
6. Yasamal 23 5 1 17 67-147 16
7. Xəmsə 23 0 2 21 49-193 2
Bombardir: Tyaqo (Araz) – 34.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar