08 may 14:22olke

“Alfa Liqa”ya qatılanlar fərqli ödənişlər edib

“Alfa Liqa”ya qatılanlar fərqli ödənişlər edib
Azər Hüseynov: “Gələcəkdə hansısa “milliləşdirilmiş” futbolçunun xidmətindən yararlana bilərik”
Yaxın günlərdə Azərbycan Mini Futbol Assosiasiyası, “Bakcell”in baş sponsorluğu və “Azfar”ın təşkilatı dəstəyi ilə “Alfa Liqa” adlı turnirə start veriləcəyini ötən sayımızda bildirmişdik. Onu da qeyd etmişdik ki, 32 komanda 8 qrupda mübarizə aparacaq. 3 turdan sonra qrupda ilk iki yeri tutan komandalar 1/8 finala vəsiqə qazanacaq. “Alfa Liqa”nın qalibi adını qazanan komanda isə sentyabrda Sloveniyada keçiriləcək mini futbol üzrə Çempionlar Liqasında ölkəmizi təmsil edəcək.
Son vaxtlar Azərbaycanda həvəskarlar arasında keçirilən bu cür turnirlərin sayı durmadan artır. Hamısı da kommersiya xarakterlidi. Yarışa qatılmaq istəyən komandalar mütləq ödəniş etməlidi. Bəs görəsən, Mini Futbol Assosiasiyanın təşkil etdiyi turnirdə şərtlər nədən ibarətdi? Federasiyanın baş katibi Azər Hüseynovla söhbətdə məlum oldu ki, onlar da eyni şərtlər irəli sürüblər: “Fərdi qaydada yarışa qatılan komandalar 800 manat ödəniş edib. Sponsor və ya hansısa qurum tərəfindən maliyyələşən, sinəsində reklam loqosu olanlar isə daha artıq, dəqiq desəm, 1000 manat ödəməklə yarışa qatılıblar. Çempionatın qalibləri üçün heç bir maddi mükafat nəzərdə tutulmayıb. Çempion komanda ölkəmizi Sloveniyada keçiriləcək Çempionlar Liqasında təmsil edəcək. Toplanan pullar isə təşkilati işlərə sərf olunacaq. Yarışın təşkilinə sərf olunan maliyyənin qarşılığında ödəniş kimi komandalardan alınan məbləğ rəmzi xarakter daşıyır. Çünki xərclər çox böyükdü. Bura hakimlərin qonorarı, meydançaların icarəsi, foto və video çəkilişlər və başqa xərclər aiddi. “Alfa Liqa” çox yüksək səviyyədə təşkil olunacaq və düşünürəm ki, növbəti turnirlərə qatılmaq istəyən komandaların sayı artacaq”.
Elşad Xudadatovun yeni yaradılacaq mini futbol yığmasına baş məşqçi təyin olunduğunu da diqqətinizə çatdırmışdıq. Amma Azər bəy səhvə yol verdiyimizi, komandanı Elşad Quliyevə tapşırdıqlarını bildirdi. Seçim zamanı niyə Quliyevə üstünlük verildiklərini isə federasiyanın baş katibi belə əsaslandırdı: “Mini futbolun həm böyük futbola, həm də futzala yaxınlığı var. Miliiyə baş məşqçi seçərkən bəzi mütəxəssislərin namizədliyini gözdən keçirdik. Sonda Quliyevin üzərində dayandıq. Səbəb isə Elşad müəllimin həm futbolda, həm də futzalda iş təcrübəsinə malik olmasıdı. Yığmanın çalışdırıcısı “İnter”in əvəzedcilərini çempion edib, futzal çempionatının güclülər dəstəsində çıxış edən “Marafon”dakı işi də göz qabağındadı”.
Görəsən, digər yığmalar kimi mini futbol millisində də gələcəkdə leginerlər olacaqmı? Azər bəyi dinləyək: “Bu gün əsas məqsədimiz yığmanı sırf yerli oyunçulardan formalaşdırmaqdı. Məşqçilər korpusunun qarşısına da belə tələb qoyulub. Ancaq gələcəkdə hansısa “milliləşdirilmiş” futbolçunun xidmətindən yararlana bilərik. Həmin oyunçu yığmanın gücünə güc qatmağı bacaracaqsa, niyə onun xidmətində istifadə etməyək?”
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar