06 may 14:16olke

“Azərsun Arena”da 500-ə yaxın “forzalı” olacaq

“Azərsun Arena”da 500-ə yaxın “forzalı” olacaq
Sübhan Əliyev: “Qarabağ”la oyunda bizi ancaq qələbə maraqlandırır”
Turun mərkəzi oyunu sabah “Azərsun Arena”da keçiriləcək. Çempionlar Liqasında iştirakı təmin edən “Qarabağ”ın rəqibi Avroliqaya vəsiqəni hədəfləyən “Neftçi”di. Meydan sahibləri çempion adının əbəs olmadığını sübut etməyə çalışacaqsa, qonaqlar həm turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmalı, həm də 25-ci turda “Keşlə”yə məğlubiyyətdən sonra qəzəblənən azarkeşlərin könlünü oxşamalıdı.
Bu oyunda əsas yük futbolçular kimi, azarkeşlərin çiyinlərinə düşəcək. Hazırda ölkədə sayılıb-seçilən iki fanat qrupunun – “Forza Neftçi” ilə “İmarət”in mübarizəsində sonda kimin üzünün güləcəyi maraq doğurur. Qeyd edək ki, “Qarabağ”la “Neftçi” arasındakı oyunlarda əks tribunalarda maraqlı mənzərəyə şahidlik edirik. Qarşılıqlı atmacalar, maraqlı bəstələr, bir çox hallarda təhqir və söyüşlər...
Maraqlıdı, “Forza Neftçi” matça necə hazırlaşıb? “Keşlə”yə yenilgidən sonra fanklubun daxilində ruh düşkünlüyü müşahidə olunurmu? “Azərsun Arena”da sayları neçə olacaq? “Forza”nın rəhbəri Sübhan Əliyevi dinləyək: “Düzdü, “Keşlə”yə uduzandan sonra qanımız qaralmışdı. Həmin oyunda “Neftçi” qələbə qazansaydı, 3-cü pilləyə yüksələ bilərdi. Lakin bacarmadılar. Amma eybi yoxdu, biz pis günün dostlarıyıq. “Qarabağ”la oyunda da tribunadakı yerimizi tutub, ən yaxşı şəkildə dəstək verəcəyik. Dəqiq say deyə bilmərəm, hardasa 400-500 nəfər olacağıq. Uşaqlarla danışmışıq, hamı stadionda olacaq. “Qarabağ”ı təzyiq altında saxlamaq üçün müəyyən bəstələr hazırlamışıq. Bilirik ki, “İmarət” də matça ciddi yanaşacaq. Nə qədər olmasa da, rəqibin adı “Neftçi”di. İmkan olsa, bəzi pankartlar da hazırlamalıyıq”.
Bu gün “Qarabağ”ın ölkənin ən güclü komandası olduğuna şübhə ilə yanaşmaq, istəsək də, mümkün deyil. “Köhlən atlar”ın çempionluğu mövsümün sonuna 4 tur qalmış təmin etməsi bundan xəbər verir. Odu ki, “Neftçi”nin bu rəqibə məğlub olması sensasiya sayılmayacaq. Bəs belə olacağı təqdirdə “forzalılar”ın buna münasibəti necə olacaq? Sonrakı iki oyunda yenə tribunadakı yerlərini tutacaqlar? Əliyevin suala cavabı belə oldu: “Qarabağ”la oyunda bizi ancaq qələbə maraqlandırır. Heç-heçəni ağlımızdan keçirmirik. Bu gün “Neftçi”yə ancaq və ancaq qələbə lazımdı. Rəqib kim olur-olsun, bu komandanın adı “Neftçi”di. Komandamızı Avroliqada görmək istəyirik. Allah eləməmiş, bu baş verməsə də, son tura qədər komandanın yanında olacağıq. Gəncə səfərinə gedib, dəstəyimizi verəcəyik. Bizim işimiz “Neftçi”nin yanında olmaq, dəstək verməkdi. Sabah hansısa uğursuzluq olsa, onda hesabat tələb edəcəyik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar