04 may 23:21olke

Premyer-liqan təmsilçiləri fərqli düşünür

Premyer-liqan təmsilçiləri fərqli düşünür
Səfiyarlı: “AFFA kömək edirsə, bunu asılılıq kimi qiymətləndirmək düzgün olmaz”
Klublar Komitəsinin (KK) son iclasında müzakirə edilən məsələlər birmənalı qarşılanmadı. Daha doğrusu, AFFA-nın klubları “qanadı altına alması” elə də xoş görünmür. Tutaq ki, KK avrokuboklarla bağlı viza məsələsində AFFA-ya müraciət edərək, dəstək istəyib. Bundan başqa, federasiya “İnStat”la 80 min avroluq müqavilə imzalayıb, şirkət bütün klublara statistik məlumatları ötürəcək. Premyer-liqa iştirakçıları isə buna görə xərcə düşməyəcək. Həm viza məsələsində, həm də “İnStat”la əldə olunan anlaşma AFFA-nın klublara görə sinəsini irəli verməsi deməkdi. Başqa sözlə, bu məqamlarda klubların işi federasiyadan keçəcək. Görəsən, elita iştirakçıları bütün bunları AFFA-dan asılılıq kimi qəbul etmir?
Asif Əsgərov (Qarabağ): “Qarabağ” olaraq, komanda üzvlərinə illik viza alırıq. Şengen ölkələrinə getdiyimiz zaman heç bir problem olmur. Ekstra bir ölkə - tutaq ki, İngiltərə olanda isə ona ayrıca viza alınır. İndidən komandanın viza məsələsini həll etməyə başlamışıq. Sadəcə, söhbət ondan getmir. Ola bilər, Kamran müəllimin fikri bir qədər düzgün anlaşılmayıb. Bəzi komandalar var ki, hansı ölkə ilə düşəcəklərini bilmirlər. Deyək ki, birinci mərhələ ilə ikinci arasında bir həftə vaxt olur. Hər səfirliyin də müxtəlif yanaşmaları var. Bəzi səfirliklərdə həmin an sıxlıq ola bilər. “Qarabağ”ın yetərincə təcrübəsi var. Ancaq elə komandalar da var ki, ya təcrübəsi yoxdu, ya azdı, ya uzun müddət avrokuboklarda oynamır, ya da rəhbərlikləri yenidi. AFFA ölkəmizin ali futbol qurumudu. Assosiasiyanın dəstək məktubu əsasında hansısa səfirlikdən komandaya daha tez viza almaq olar. Bu sırf təşkilati məsələylə bağlı müzakirələr idi. Əvvəllər - bizim də təcrübəmiz olmayanda, gedəcəyimiz ölkə bəlli olduqdan sonra viza alırdıq. Bəzi hallarda problemlə qarşılaşırdıq. O ki qaldı “İnStat”a, bu şirkətlə illərdi işləyirik və hazırda da müqaviləmiz var. Əlbəttə, bütün çempionat komandalarının da bundan istifadə etməsini çoxdan arzulayırdıq. Bu sanki bir addım öndə olmaq deməkdi. Texniki təhlilin hamısı orda əksini tapıb. Bütün klublarda onun olması isə, şübhəsiz, xeyirdi. Məşqçilər üçün gözəl bir məlumat bazasıdı. AFFA-nın həmin şirkətlə anlaşması isə klubların xeyrinədi. Yəni bu məsələlərdə problem görmürəm”.
Səbuhi Səfiyarlı (Qəbələ): “Düzü, viza məsələsinin hansı səviyyədə müzakirə olunduğunu deyə bilmərəm. Doğrudu, bəzən gecikmə olur, hansısa futbolçunun sənədində problem çıxır. Bu cür çatışmazlıqlar yaranır. Odu ki, birillik viza almağa çalışırıq. Hər dəfə ayrıca viza almaq əlavə əziyyətdi. Hansısa çətinlik olanda klub olaraq Xarici İşlər Nazirliyinə müraciət edirik. Həmçinin öz əlaqələrimizi işə salıb bizə güzəşt olunmasını xahiş edirik. Federasiya kömək edəcəksə, lap yaxşı. Ancaq bizdə olmayıb ki, kiməsə viza ala bilməyək. Problem olsa da, klub olaraq müvafiq qurumlara müraciət edib həll etmişik. İndi ola bilər, federasiyanın hansısa səfirliklərlə razılaşması var. Bunu deyə bilmərəm. AFFA-nın viza məsələlərinin yüngülləşdirilməsi ilə bağlı hər hansı səfirliklə razılığa gəlməsi mümkündü. Çünki onlar klubdan daha üst qurumdu. Hər halda, kömək edirlərsə, buna müsbət baxmaq lazımdı. Onu asılılıq kimi qəbul etmirik. Viza almağa görə nə asılılıq? “İnStat”la razılığın əldə olunması da çox böyük addımdı. Çünki o şirkətin qiymətləri elə də ucuz deyil. Biz bir mövsüm ondan tam paket istifadə etmişik. Qiyməti çox bahadı. İndiki halda yalnız həmin şirkətin skaut servisindən istifadə edirik. Bildiyimə görə, oyunların təhlili bütün klublara təqdim olunacaq. Halbuki hamının onu almağa imkanı yox idi. Çox böyük addımdı. Bir çox federasiyalarda toplu şəkildə belə təcrübədən yararlanırlar. Belə çıxır, federasiya kluba heç bir kömək etməməlidi? Dünyanın bir çox ölkəsində çempiona, mükafatçılara assosiasiya pul ödəyir. Bizdə də bu kimi məqamlarda AFFA kömək edirsə, bunu asılılıq kimi qiymətləndirmək düzgün olmaz”.
Natiq İsmayılov (Zirə): “AFFA ölkədə ali futbol qurumudu və klublar da məhz onun bayrağı altında keçirilən yarışlarda iştirak edir. Müəyyən məsələlərdə assosiasiyanın klublara hüquq müstəvisində yardım etməsi normaldı. Konkret viza yox, ümumiyyətlə, AFFA-nın hər hansı başqa məsələlərdə klublara köməyi dəyə bilər və buna görə ancaq minnətdar ola bilərik. Hansısa asılılıqdan söhbət gedə bilməz. Bu baxımdan bir çox ölkələrdə oxşar vəziyyətdi. Məsələn, avrokuboklar vaxtı qarşılaşdığımız klubların təmsil etdiyi yerli federasiyalar bununla bağlı müraciətlər edirlər”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar