04 may 23:17olke

Qurban Qurbanov kubokun finalında oynayanlara da güvənəcək

Qurban Qurbanov kubokun finalında oynayanlara da güvənəcək
“Yığmanın onurğa sütununu düşünmüşəm, ancaq bu hələ tam heyət demək deyil”
Mükafatlandırma mərasimi başa çatandan sonra jurnalistlərin əhatəsinə düşən Qurban Qurban sualları cavabladı.
- Oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- Öncə “Qəbələ”ni çempionluq münasibəti ilə təbrik edirəm. Hər iki komanda sona qədər mübarizə apardı. Gərginlik və üzərlərində təzyiq olduğu istər-istəməz hiss olunurdu. Bu da başadüşüləndi. Hər bir futbolçu çempion olmağı, qızıl medal qazanmağı arzulayır. Bu onların futbolçu kimi inkişafına da müsbət təsir göstərə bilər. Hər iki komandaya gələcəkdə uğurlar arzulayıram.
- Millinin qarşıdakı yoxlama görüşləri üçün heyəti, yəqin ki, çempionat başa çatandan sonra açıqlanacaq...
- Ola bilsin, heyəti bir qədər erkən açıqladıq.
- Bu dəfə də düşərgədə yeni simalar görə biləcəyik?
- Hələ ki bu haqda heç nə deyə bilmərəm. Ancaq bundan əvvəl də bildirmişdim ki, millinin qapıları hamının üzünə açıqdı. Özünü yaxşı tərəfdən göstərən futbolçu diqqətimizdə olacaq. Hansısa oyunçu bir dəfə yığmaya dəvət alıbsa, bu o demək deyil ki, o hər dəfə düşərgədə olacaq. Rotasiya həmişə olacaq. Bütün görüşləri izləyirik. Son tura qədər bütün matçlara baxıb qərarımızı verəcəyik.
- Ötən toplanışda Ufuq Budakı sərəncamınızda görmək istəyirdiz. Hətta köməkçinizi onun oyununu canlı izləmək üçün səfərə yollamışdız. Bu dəfə necə, ona dəvət göndərəcəksiz?
- Belə ehtimal var.
- Mayın 28-də kubokun finalında meydana çıxan futbolçular yığmanın iyunda keçirəcəyi sınaq matçlarında iştirak edəcəklər?
- Bəli, onlara da şans verəcəyik. Qeyd etdiyim kimi, hamıya, özünü yaxşı tərəfdən göstərən oyunçulara dəvət göndərəcəyik.
- Təxminən 3 aydan sonra Millətlər Liqası start götürür. Buna baxmayaraq, hələ də millinin optimal heyəti formalaşmayıb. Düşünmürsüz ki, artıq bunun vaxtı çatıb?
- Klubdan fərqli, yığmada optimal heyəti formalaşdırmaq bir qədər çətindi. Buna baxmayaraq, hər bir məşqçinin, o cümlədən də mənim fikrimdə müəyyən heyət olur. Onurğa sütununu düşünmüşəm, ancaq bu hələ tam heyət demək deyil. Heç şübhəsiz, sentyabra kimi bəzi dəyişikliklər olacaq. Çox istərdim ki, qısa vaxtda bu məsələni yoluna qoyum. Millinin qarşıdakı üç yoxlama oyunundan sonra 100 faiz olmasa da, böyük ölçüdə bu suala aydınlıq gələcək.
- İzlədiyiniz qarşılaşmanın 75-ci dəqiqəsində oğlunuz Musa Qurbanov meydana çıxdı. Həm məşqçi, həm də valideyn kimi hansı hissələri keçirdiyinizi bilmək istərdik.
- Məşqçi kimi oyunu izləmək daha asan idi, nəinki bir valideyn kimi baxmaq.
- Son günlər mətbuatda Dmitri Bezotosnının “milliləşdiriləcəyi” ilə bağlı xəbərlər yayılıb. Bu məsələ nə dərəcədə ciddidi?
- Məndə bu haqda heç bir məlumat yoxdu.
- Rəşad Sadıqov “Qarabağ”ın U-19 komandasından ayrılacaq?
- İnşallah, mövsüm başa çatandan sonra oturub, müzakirə aparıb qərar verəcəyik.
- Maraq dairənizdə olan Billiatın meneceri məbuata açıqlamasında müştərisinin artıq “Qarabağ”la anlaşdığını bildirib. Artıq bu transferin reallaşdığını söyləmək mümkündü?
- Müəyyən qrup futbolçu var ki, ilboyu onların çıxışını diqqət mərkəzində saxlayırıq. Ancaq bu o demək deyil ki, onların hamısı mütləq növbəti mövsümdə “Qarabağ”da olacaq. Bəzən bizdən asılı olmayan nüanslar meydana çıxır. Bu gün Billiatın karyerasını “Qarabağ”da davam etdirəcəyi ilə bağlı konkret qərar verilməyib.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar