03 may 22:23olke

“Xəmsə” “Ekol”la oyuna çıxmadı, texniki məğlubiyyət aldı

“Xəmsə” “Ekol”la oyuna çıxmadı, texniki məğlubiyyət aldı
Çempion “Neftçi”ni “kötəklədi”
Çərşənbə axşamı futzal üzrə yüksək liqada 27-ci turun oyunları keçirilib. Bəribaşdan qeyd edək ki, turun bir oyunu baş tutmayıb. Autsayder “Xəmsə” “Ekol”la oyuna gəlməyib. İntizam Komitəsi dünən keçirilən son iclasında “Xəmsə”yə texniki məğlubiyyət verib.
Digər oyunlara gəlincə, “İtaldizayn”la qarşılaşan “Yasamal” meydana itkilərlə çıxmışdı. Vladislav Vorobyov cəzalı olduğuna görə oyunu buraxırdısa, Omid Orazla Rəsul Əkbəri Gürcüstanda idi. Buna görə də yüksək liqa təmsillçisi ehtiyat komandadan iki futzalçını əsas heyətə cəlb etmişdi. İtkilərə baxmayaraq, hesabı “Yasamal” açdı. Sadiq 2-ci dəqiqədə debütantı cəzalandırdı. Ölkə kubokunda mübarizədən kənarlaşdırdığı rəqibi qarşısında yenik duruma düşən FK.İD 2 dəqiqə sonra tarazlığı bərpa etdi. Təcrübəli Ağatahir Əzimov fərqləndi. Əzimov 9-cu dəqiqədə komandasını hesabda önə keçirdi. Ancaq Mortoza baxımlı qolla buna qarşılıq verdi. Təcrübəli futzalçılardan ibarət heyətə malik FK.İD fasiləyə qədər daha 3 qol vurmağı bacardı. Ağatahirin het-trik etməsinin ardından növbə Anarla Ruzigara çatdı. İkinci hissədə də üstünlüyünü davam etdirən “dizaynçılar” fərqi 7 topa qədər artırdı – 9:2.
Günün ikinci, həm də mərkəzi oyununda “Neftçi” ilə “Araz” üz-üzə gəldi. Ötən tur mövsümdə ilk məğlubiyyətlə barışan lider cari çempionatda ilk xal itkisiylə məhz “Neftçi”ylə birinci dövrədə keçirdiyi dueldə üzləşmişdi. Bu dəfə Alesionun komandasında itkilər çox idi. Rövşən Hüseynli, Eduardo, Xətai Bağırov və İsa Atayev qırmızı vərəqə aldığına görə matçı tribunadan izləyirdi. “Neftçi”dən isə Rüfət Balakişiyev sarı vərəqə limitini doldurduğuna görə komandasına kömək edə bilmirdi. Oyunun əvvəlində “Neftçi” daha təhlükəli idi. Hətta bir epizodda top dirəkdən qayıtdı. 5-ci dəqiqədə “Araz”ın “ev tapşırığı” təhlükəli alındı. Qallonun Bolinyaya ötürməsini sonuncu “çərçivə”yə istiqamətləndirsə də, dirəyin yanında qərarlaşan Tural İsmayılov komandasını qoldan xilas etdi. Hesab 7-ci dəqiqədə açıldı. Qallo zalda adının səsləndirilməsinə nail oldu. O, 35 saniyə sonra dublunu rəsmiləşdirməklə fərqi 2 topa çatdırdı. 10-cu dəqiqədə Məhəmmədin fərqi azaltmasına son anda Anar imkan vermədi. Hissənin başa çatmasına 2 dəqiqə qalmış Tyaqo dirəyi nişan almaqla rəqibə həyəcan yaşatdı.
Ümumiyyətlə, ikinci hissədə də üstünlüyü əldən verməyən çempiondan fərqli, “Neftçi” əks-hücumlara bel bağlayırdı. Bir epizodda topun mərkəzdə itirilməsi “ağ-qaralar”ın fərqi azaltmasına şərait yaratdı. Tural İsmayılov Anar Məmmədovu toru tordan çıxarmağa məcbur etdi. Bundan sonra “Araz” təzyiqi yenə artırdı. Əvvəlcə Qallo het-trikini rəsmiləşdirdi. Son 4 dəqiqəyə təsadüf edən növbəti 3 qoldan ikisini isə çempionatın bombardiri vurdu. 39-cu dəqiqədə əla ötürmə ilə Tyaqonun dubluna şərait yaradan Adil qonqun səslənməsinə saniyələr qalmış yekun nəticəni müəyyənləşdirən qolun müəllifi oldu. Beləliklə, “Neftçi” yarımcan “Araz”la bacarmadı.
27-ci tur
Ekol - Xəmsə +:- (5:0)
FK.İD – Yasamal 9:2 (5:2)
FK.İD: 12. Ramil Həsənzadə (k), 10. Faiq Əliyev, 4. Elvin Quliyev, 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov; 1. Ümid Paşayev, 5. Ruzigar İbrahimzadə, 6. Anar Ağayev, 9. Elşən İbrahimxəlilov, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rafail Adbulov.
Yasamal: 1. Məhəmməd Roştani, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 5. Məhəmməd Şahsuvari, 14. Omid Məhəmmədnejat; 7. Həsən Camalzadə, 4. Mohammad Vəfa, 80. Tural Lətifov.
Rəhbər: Orxan Allahverdiyev.
Qollar: S.Cavid, 2 (0:1). A.Əzimov, 4 (1:1). A.Əzimov, 9 (2:1). M.Cahandost, 17 (2:2). A.Ağayev, 17 (3:2). A.Əzimov, 18 (4:2). R.İbrahimzadə, 19 (5:2). R.Fərəczadə, 23 (6:2). R.Fərəczadə, 31 (7:2). F.Əliyev, 40 (8:2). R.İbrahimzadə, 40 (9:2).
Vərəqə: M.Cahandost, 18 – sarı.
Hakimlər: Elçin Məmmədov, Ramiz Məhərrəmov, Kənan Məlikov.
Hakim-inspektor: Aydın Gözəlov.
1 may. Bakı İdman Sarayı.
Neftçi – Araz 1:6 (0:2)
Neftçi: 23. Elnur Zamanov (k), 11. Tural Qurbanov, 6. Məhəmməd Katebi, 94. Oruc Baxşəli, 13. Əjdər Əjdərov; 1. Samir Mehtiyev, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 17. Vüsal İsayev.
Baş məşqçi: İlqar Aslanov.
Araz: 19. Anar Məmmədov, 13. Qallo, 3. Tyaqo, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli; 7. Ramiz Çovdarov, 10. Reza Toloyi, 18. Adil İsmayılov.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: Qallo, 7 (0:1). Qallo, 7 (0:2). T.İsmayılov, 34 (1:2). Qallo, 35 (1:3). Tyaqo, 36 (1:4). Tyaqo, 39 (1:5). A.İsmayılov, 40 (1:6).
Vərəqə: Ə.Əjdərov, 27 – sarı.
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Anar Fərəcov.
Hakim-inspektor: Ələkbər Məmmədov.
1 may. Bakı İdman Sarayı.
1. Araz 23 20 2 1 143-34 62
2. Marafon 21 15 1 5 93-42 46
3. Ekol 22 13 2 7 96-60 41
4. FK.İD 22 8 5 9 97-74 29
5. Neftçi 22 8 5 9 67-62 29
6. Yasamal 23 5 1 17 67-147 16
7. Xəmsə 23 0 2 21 49-193 2
Bombardir: Tyaqo (Araz) – 34.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar