03 may 22:15olke

Lisenziya almaq üçün 4 yaş qrupunun olması kifayətdi

Lisenziya almaq üçün 4 yaş qrupunun olması kifayətdi
Mövsümün sonu yaxınlaşdıqca yenə eyni suallar ortaya çıxır. Belə ki, elitada növbəti “futbol ili”ndə neçə komandanın olacağı, birinci diviziondan güclülər dəstəsinə kiminsə yüksəlib-yüksəlməyəcəyi maraq doğurur. Bu üzdən müxtəlif proqnozlar irəli sürülür, yekun qərarlar açıqlanmasa belə, tənqidlərə rast gəlmək olur. Əslində nəticə bilinmədən reaksiya göstərmək doğru deyil. Ancaq məsələyə fərqli prizmadan yanaşaq. Axı, normal ölkələrdə hər mövsümün sonunda bu cür söz-söhbətlər ortaya çıxmır. Reqlamentindən asılı olaraq, bir və ya bir neçə komanda elitanı tərk edir, sayca 2-ci liqada yüksək yerləri tutanlar elitaya yüksəlir. Beləcə, idman prinsipləri pozulmur, mövsümün əvvəlində qəbul olunan Əsasnamə mənasız kağız parçasına çevrilmir. Lakin bizdə əksinədi. Hər şey AFFA rəhbərliyinin verəcəyi qərardan asılıdı. Bu isə hər iki birincilikdəki mübarizənin gözəlliyinə zərbədi. Hansısa komanda mövsüm boyunca müsbət nəticə üçün çalışır, başqa biri isə “papağını günə yandırır”. Sonda hər ikisi elitada qalır. Yaxud da birinci divizionun qalibi növbəti mövsüm yenə də aşağı dəstədə çıxış edir, aşağı pillələrdə qərarlaşanlar isə güclülər dəstəsinə yüksəlir. Adı isə belə olur ki, filan komanda lisenziyalaşmanın tələblərinə cavab vermir.
Lizenziyalaşmadan söz düşmüşkən, burda maraqlı bir detal var. Məlum olduğu kimi, elitaya yüksəlmək istəyən komanda bir sıra tələblərə cavab verməlidi. Bunlardan biri də aşağı yaş qrupları ilə bağlıdı. Birinci divizion klubları tez-tez tələblərin ağır olduğundan şikayətlənir, başqa ölkələri nümunə gətirirlər. Tutaq ki, Gürcüstanda 3 yaş qrupu oldusa, tələb yerinə yetirilmiş sayılır. Bəs bizdə necədi? Birinci divizion klublarında 9 yaş qrupu olmasa, lisenziya tələblərinə cavab vermiş sayılmır?
Sualları Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyevə ünvanladıq: “Bildiyiniz kimi, klublar iki cür lisenziya üçün müraciət edir: UEFA və milli çempionat. UEFA lisenziyası almaq istəyən klublarda 9 yaş qrupunun hamısı olmalıdı. Ancaq birinci diviziondan elitaya yüksəlmək istəyənlər üçün tələb fərqlidi. Bu klublarda 9 yaş qrupunun hamısının olması vacib deyil. Bunun üçün 4 yaş qrupunun olması kifayətdi. Bu yaş qruplarından ikisi U-14 və aşağı, ikisi isə yuxarı olmalıdı. Hansısa birinci divizion klubu premyer-liqada oynamaq istəyirsə, 4 yaş qrupu olmalıdı. Bu əsas meyar sayılır. UEFA lisenziyası üçün tələb bütün ölkələrdə eynidi. Ancaq milli çempionatlarda şərtləri hərə özü müəyyənləşdirə bilər. Bizdə əvvəldən bu cür olub. Lisenziya tələblərinin əks olunduğu kitab var və payızda klublara təqdim olunub”.
Sərxan bəydən Lisenziyalaşdıra Qrupunun nəticələri nə vaxt açıqlayacağını da soruşduq. O dəqiq tarix söyləməsə də, bunun mayın ortalarında baş verəcəyini söylədi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar