01 may 00:38olke

Vüqar Əsgərovdan növbəti qol

Vüqar Əsgərovdan növbəti qol
Cənubi Kipr çempionatında ikinci mərhələnin 8-ci turunun oyunları keçirilib. “Anortosis” evdə AEL-in müqavimətini qıra bilməyib - 0:0. Araz Abdullayev 63-cü dəqiqədə meydana çıxıb. 66 xalla ilk “3-lüy”ü qapayan “ağ-göylər” növbəti turda “Omoniya”nı qəbul edəcək.
Türkiyə superliqasının 31-ci turunda “Gənclərbirliyi” səfərdə “Sivasspor”a uduzub - 0:1. Dəniz Yılmaz məğlubiyyəti ehtiyat oyunçular skamyasından izləyib. 30 xalla 17-ci pillədə qərarlaşan “qırmızı-qaralar” növbəti turda Ankarada “Antalyaspor”la münasibətləri aydınlaşdıracaq.
Qardaş ölkənin 1-ci divizionunda isə 33-cü tur geridə qalıb. “Samsunspor” səfərdə “Girəsunspor”a yenilib - 1:2. Ufuk Budak sonadək ehtiyatda qalıb. 35 xalla 16-cı sırada yer alan “ağ-qırmızılar” sonuncu turda evdə “Ümraniyəspor”la qarşılaşacaq.
Sequndanın 37-ci turu çərçivəsində “Alkorkon” səfərdə “Sevilya”nın əvəzediciləriylə bacarmayıb - 0:1. Eddi İsrafilovun adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. 43 xalla 15-ci yerdə gedən “Alkorkon” növbəti turda doğma meydanda “Kultural”la üzləşəcək.
Ukrayna çempionatının ikinci mərhələsində "Aleksandriya" səfərdə “Karpatı”ya qalib gəlib - 2:1. Pavel Paşayev 90 dəqiqə oynayıb. 36 xalla ikinci “6-lıq”da liderlik edən "Aleksandriya" 8-ci turda azarkeşləri önündə “Zvyozda”nı sınağa çəkəcək.
Hollandiyanın 1-ci divizionunda sonuncu - 38-ci turun oyunları keçirilib. “Den Boş” səfərdə “Qo Ehed”i üstələyib - 2:1. Ziya Əzizov 90 dəqiqə oynayıb. “Velveyk” isə səfərdə “Helmond Sport”la heç-heçə edib - 2:2. Özancan Kökcü sonadək ehtiyatda qalıb. “Əjdahalar” 47 xalla 11-ci, “şirlər” isə 37 xalla 18-ci yeri tutub.
Latviyanın 1-ci dəstəsində 2-ci turun oyunları keçirilib. “Dauqavpils” səfərdə “Qrobinas”ı məyus edib – 4:2. Vüqar Əsgərov 90 dəqiqə oynayıb və 64-cü dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Xatırladaq ki, hücumçu ilk turda da fərqlənmişdi. 6 xalla 3 komanda ilə birgə zirvəyə şərik olan “Dauqavpils” növbəti turda “Auda”nı qəbul edəcək.
Monteneqro çempionatının 31-ci turu çərçivəsində “Deçiç” doğma meydanda “Rudar”a uduzub - 1:2. Tural Hümbətov məğlubiyyəti ehtiyat oyunçular skamyasından izləyib. 21 xalla sonuncu – 10-cu pillədə qərarlaşan “Deçiç” növbəti turda “Petrovaç”ın qonağı olacaq.
Portuqaliyanın 1-ci divizionunda 36-cı tur geridə qalıb. “Sportinq”in əvəzediciləri səfərdə “Varzim”ə yenilib – 0:2. Budaq Nəsirovun adı bu oyunun da protokoluna salınmayıb. 36 xalla 18-ci sırada yer alan “zolaqlılar” növbəti turda səfərdə “Gimaraynş”ın 2-ci komandası ilə qarşılaşacaq.
SƏRXAN

“Qarabağ” darmadağına sevindi

Avstriyanın 2-ci divizionunun Şərq zonasında 29-cu turun oyunları keçirilib. “Qarabağ” Vyanada “Şvexat”ı darmadağın edib - 3:0. Elvin Bədəlov 90 dəqiqə oynayıbsa, Dmitri Nağıyev meydana çıxmayıb. Hesabı ikinci hissənin ilk dəqiqəsində Ümit Korkmaz açıb. 83-cü dəqiqədə Kristian Tonhofer fərqi 2 topa çatdırıb. 4 dəqiqə sonra Korkmaz özünün 2-ci, komandasının 3-cü qolunun müəllifi olub. 44 xalla ilk “5-liy”i qapayan “atlar” növbəti turda “Viener” səfərinə yollanacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar