01 may 00:36olke

“Araz”ı “Olimpik Star”da “döydülər”

“Araz”ı “Olimpik Star”da “döydülər”
Elçin Məmmədov naxçıvanlıların 4 futbolçusunu meydandan qovdu
Həftəsonu futzal üzrə yüksək liqada 26-cı turun oyunları keçirildi. “Formula-1”ə görə mərkəzi yollar bağlı olduğu üçün turun oyunları “Olimpik Star”da baş tutdu. Bəribaşdan qeyd edək ki, gərgin mübarizə şəraitində keçən tur maraqlı nəticələrlə yadda qaldı. Açılış oyununda əzəli rəqiblər – “Neftçi” və “Ekol” üz-üzə gəldi. Turnir cədvəlində qonşu pillələrdə yer alan rəqiblərin dueli “bürünc” uğrunda mübarizə baxımından prinsipial sayılırdı. Kubokda mübarizəni elə startda dayandıran İlqar Aslanovun komandası qələbə qazanacağı halda çempionatı mükafatçı kimi başa vurmaq şansını artıracaqdı. Belədə “Ekol”la xal fərqi 3-ə enəcəkdi. Ancaq derbidən “şirkət təmsilçisi” qalib ayrıldı. Hərçənd 23-cü dəqiqəyə kimi meydanda başabaş mübarizə getdi. Oyunun əvvəli qarşılıqlı hücumlarla keçdi. Əvvəlcə “Neftçi” hesabı açmaq üçün şans əldə etdi. Ancaq Oruc Baxşəli qapıçının irəli çıxdığı epizodda topu aşırma zərbə ilə tora qovuşdura bilmədi. “Ekol” isə ilk ciddi hücumunda qol vurdu. 8-ci dəqiqədə künc zərbəsindən göndərilən topu oynayan məşqçi Radik Əhmədov yaxın küncə “sancdı”. “Neftçi” 4 dəqiqə sonra rəqibin cavabını verdi. Məhəmmədin ideal ötürməsini Oruc qapıdan keçirdi. Buna qədər Namiq Məmmədkərimov yaxın məsafədən “çərçivə”yə düşə bilməmişdi. Artıq 10-cu dəqiqədə 5 cərimə limitini dolduran “Ekol” xüsusilə də hesab bərabərləşdikdən sonra ehtiyatlı oynamağa başladı ki, bu müddətdə üstünlüyün rəqibə keçməsinə mane ola bilmədi. Bununla belə, komandalar fasiləyə “sülh”lə yollandı.
İkinci hissədə fərqlənən tərəf yenə “Ekol” oldu. Komandasının bərabərlik qolunun vurulmasında əsas pay sahiblərindən olan Məhəmməd bu dəfə topu müdafiədən çıxararkən səhvə yol verdi. Nəticədə təcrübəli Namiq Məmmədkərimov hesabı komandasının xeyrinə dəyişdi. 30-cu dəqiqədə Məhəmməd qapıya gedən topu geri qaytardı. Məmmədkərimovun dönən topu boş qapıdan keçirə bilməməsi isə komanda yoldaşlarını təəssüfləndirməyə bilməzdi. Ancaq 34-cü dəqiqədə Atakişiyev komandasını rahatladan qolu vurdu. Bundan sonra “Neftçi” qapıçını meydan oyunçusu ilə əvəzlədi ki, bu da rəqibin işinə yaradı. Sona 2 dəqiqə qalmış yenə Məhəmməddən topu oğurlayan Samir boş qapını nişan aldı. Beləliklə, 3-cü yerdə möhkəmlənən “Ekol” əsas izləyicisi ilə xal fərqini 9-a çatdırdı.
Turun ikinci oyunu isə gərginliyi ilə yadda qaldı. “Araz” çempionluğu təmin etsə də, ən yaxın izləyicisi olan “Marafon”a yenilmək niyyətində deyildi. Qarşılaşmanı prinsipiallaşdıran səbəblər vardı. Braziliya və İrandan olan futzalçıların amansız intriqası əsas nüansdı. Cari mövsümdəki 3 dueldə qələbə qazanan Alesionun komandası üçün budəfəki oyun uğursuz alındı. Birinci dəqiqənin tamamında “Marafon”dan Majid əlverişli şansı qaçırsa da, 3-cü dəqiqədə həmyerlisi Omid toru silkələdi. Talebi cəmi 1 dəqiqə sonra dublunu rəsmiləşdirdi. Əslində həmin qolda Qallonun da “xidməti” az olmadı. Belə ki, cinahdan qapıya paralel ötürmə zamanı top onun ayağına dəyib dirəyin dibinə istiqamətləndi. “Araz”ın 18-ci dəqiqəyədək olan ərazi üstünlüyü nəticəsiz qaldı. Bu azmış kimi, 18-ci dəqiqədə Eduardo kobud oyuna, Xətai isə hakimə qarşı nalayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldı. Üç nəfərlə qalan “Araz” üçüncü qolu buraxdı. Ancaq hissənin başa çatmasına 45 saniyə qalmış Çovdarovun ötürməsindən sonra İsa topu qapıdan keçirdi - 1:3. Tyaqo isə fasiləyə 10 saniyə qalmış 10 metrlik zərbədən istifadə edə bilmədi.
Mövsümü məğlubiyyətsiz başa vurmaq istəyən “Araz” ikinci hissədə də təzyiqi artırdı. Ancaq əks-hücumlarda rəqibini yaxalayan debütant 23-cü dəqiqədə Omidin zərbəsi ilə fərqi 3-ə çatdırdı. Bu qolun memarı Majid oldu desək, haqqını vermiş olarıq. 4:1-dən sonra Alesionun qapıçını meydan oyunçusu ilə əvəzləməsi fərqin artmasına işlədi. Belə ki, Elyas öz cərimə meydançasından boş qalmış qapını nişan almaqla komandasının 5-ci qolunun müəllifi oldu. Düzdü, çempion dərhal qollardan birinin əvəzini çıxmağı bacardı. Yenə İsa komandasının “vuran ayağı” oldu. Bombardir də nəhayət, 35-ci dəqiqədə adını tabloya yazdırdı və beləliklə, fərq 2-yə endi. Ancaq “Araz” növbəti qolu da qapıçısız oynadığına görə buraxdı. Omid 36-cı dəqiqədə oyunda 4-cü, mövsümdə 16-cı qolunu vurdu. Sona 3 dəqiqə qalmış əsəbləri tarıma çəkilən İsa Atayev rəqibi aşkar vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu. Majid isə təyin edilən 10 metrlik zərbəni qapıdan keçirə bilmədi. Rövşən topu kornerə çıxardı. Qolkiper bir də sonuncu dəqiqədə diqqət mərkəzinə düşdü. Rəqibə qarşı kobud oyuna görə ikinci sarı, dərhal da qırmızı vərəqə alan Hüseynli də digər 3 komanda yoldaşı kimi meydanı məcburi tərk etdi. Kəsra isə 10 metrlik zərbəni dirəyin dibinə vurdu. Oyunda “qol pərdəsi”ni Tyaqo endirdi. Ancaq bu, məğlubiyyətdən xilas olmağa yetmədi. Beləliklə, 4:2, 2:0 və 6:1 hesablı qələbələrin davamı gəlmədi. Çempion mövsümdə ilk məğlubiyyətini ən yaxın izləyicisindən aldı.
Cari mövsümdə ilk dəfə meydanı məğlub tərk etməsi azmış kimi, matçın gedişində çempionun 4 oyunçusu qırmızı vərəqə alaraq qovuldu.
Tura autsayderlə debütantın dueli ilə yekun vuruldu. Zədəli oyunçuların çoxluq təşkil etməsinə rəğmən, FK.İD “Xəmsə” ilə matçda rahat qələbə qazandı – 9:1.
26-cı tur
Neftçi - Ekol 1:4 (1:1)
Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 6. Məhəmməd Katebi, 94. Oruc Baxşəli; 1. Samir Mehtiyev, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Vüsal İsayev.
Baş məşqçi: İlqar Aslanov.
Ekol: 99. Emin Kürdov, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: R.Əhmədov, 8 (0:1). O.Baxşəli, 12 (1:1). N.Məmmədkərimov, 23 (1:2). F.Atakişiyev, 34 (1:3). S.Həmzəyev, 38 (1:4).
Vərəqələr: R.Balakişiyev, 14. F.Ələkbərov, 29. V.Xocayev, 40 – sarı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Hakim-inspektor: Ələkbər Məmmədov.
28 aprel. Olimpik Star.

Marafon – Araz 6:4 (3:1)
Marafon: 12. Kəsra Mehdipur, 7. İlkin Hacıyev, 10. Seymur Məmmədov (k), 20. Elyas Barati, 13. Majid Morovati; 2. Kamran Hacıyev, 9. Omid Talebi, 22. Tofiq Əliyev, 77. Saeid Goodarzi, 99. Rüstəm Bağırzadə .
Baş məşqçi: Elşad Quliyev.
Araz: 1. Rövşən Hüseynli, 4. Qallo, 6. Eduardo, 5. İsa Atayev, 10. Tyaqo; 19. Anar Məmmədov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Oktay Rüstəmli, 15. Reza Toloyi.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: O.Talebi, 3 (1:0). O.Talebi, 4 (2:0). M.Morovati, 19 (3:0). İ.Atayev, 20 (3:1). O.Talebi, 23 (4:1). E.Barati, 32 (5:1). İ.Atayev, 32 (5:2). Tyaqo, 35 (5:3). O.Talebi, 36 (6:3). Tyaqo, 40 (6:4).
Vərəqələr: R.Çovdarov, 18. Tyaqo, 19. E.Barati, 19. S.Məmmədov, 19. R.Hüseynli, 23 - sarı. Eduardo, 18. X.Bağırov, 18. İ.Atayev, 38. R.Hüseynli, 40 – qırmızı (ikinci sarı).
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Arif Ağayev.
28 aprel. Olimpik Star.

FK.İD – Xəmsə 9:1 (5:0)
FK.İD: 12. Ramil Həsənzadə (k), 10. Faiq Əliyev, 4. Elvin Quliyev, 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov; 1. Ümid Paşayev, 3. Ruzigar İbrahimzadə, 5. Əsəd Əbdülov, 6. Anar Ağayev, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rafail Adbulov.
Xəmsə: 1. Rəşad Zeynallı, 10. Əli Həsənov (k), 8. Novruz İbrahimov, 5. Ceyhun Yusifov, 14. Yamin Ağakərimov; 2. Elçin Zeynalov, 6. Şamo Talıbov, 11. Rüfət Cəlilov.
Baş məşqçi: Arif Vəliyev.
Qollar: R.Fərəczadə, 2 (1:0). R.Fərəczadə, 11 (2:0). F.Əliyev, 11 (3:0). A.Ağayev, 13 (4:0). N.İsmayılov, 14 (5:0). E.Zeynalov, 24 (5:1). N.İsmayılov, 26 (6:1). R.İbrahimzadə, 31 (7:1). A.Ağayev, 36 (8:1). E.Quliyev, 40 (9:1).
Vərəqə: yoxdu.
Hakimlər: Yusif Nurullayev, Ramiz Məhərrəmov, Kənan Məlikov.
Hakim-inspektor: Aslan Həsənov.
28 aprel. Olimpik Star.
Onu da əlavə edək ki, yüksək liqada növbəti tur sabah baş tutacaq. 27-ci turun oyunları Bakı İdman Sarayında keçiriləcək. Turun mərkəzi qarşılaşması - “Neftçi”– “Araz” oyunu “CBC Sport” telekanalında canlı yayınlacaq. Oyun cədvəlini nəzərinizə çatdırırq:
FK.İD – Yasamal
1 may. Bakı İdman Sarayı. Saat 12.30
Neftçi – Araz
1 may. Bakı İdman Sarayı. Saat 14.30
Ekol - Xəmsə
1 may. Bakı İdman Sarayı. Saat 16.30
1. Araz 22 19 2 1 137-33 59
2. Marafon 21 15 1 5 93-42 46
3. Ekol 21 12 2 7 91-60 38
4. Neftçi 21 8 5 8 66-56 29
5. FK.İD 21 7 5 9 88-72 26
6. Yasamal 22 5 1 16 65-138 16
7. Xəmsə 22 0 2 20 49-188 2
Bombardir: Tyaqo (Araz) – 32.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar