30 apr 14:18olke

PFL son iki turda komandaların durumuna baxacaq

PFL son iki turda komandaların durumuna baxacaq
Şahgəldiyev: “Sonuncu yer məsələsini də unutmamalıyıq”
Mövsümün bitməsinə sayılı günlər qalıb. Artıq dünən 25-ci tura start verildi. Düzdü, çempionun kimliyinə aydınlıq gəlib. “Qarabağ” sona 4 tur qalmış “qızıl”ı özü üçün təmin edib. Bununla da Ağdam təmsilçisi aqrdıəcıl 5-ci, ümumilikdə isə 6-cı dəfə ölkənin ən güclüsü adını qazandı. Deməli, çempionatda cavabı maraqla gözlənilən iki sual qalıb. Bunlar kimlərin Avroliqaya vəsiqə qazanacağı və elitanı kimin tərk edəcəyidi.
Əslində “elitanı tərk edəcək” sözünü qətiyyətlə söyləmək olmur. Doğrudu, reqalmentə görə sonuncu pilləni tutan komanda güclülər dəstəsi ilə vidalaşır. Ancaq komanda sayının artırılmasına qərar verilsə və birinci diviziondan tələblərə cavab verən komandalar tapılmasa, premyer-liqanın sonuncusu olan iştirakçının elitada qalacağı şübhəsizdi. Yeri gəlmişkən, “Kəpəz”in 8-ci pillədən qurtulacağı çətin görünür. Hazırda 13 xala malik olan Gəncə təmsilçisi 7-ci yerdən 7 xal geridədi. Qarşıdakı turlarda Yunis Hüseynovun yetirmələrinin həmin fərqi aradan qaldıracağı real deyil. Nəzərə alaq ki, “sarı-göylər” səfərdə “Qəbələ” ilə “Zirə”ə, evdə isə “Sumqayıt” və “Neftçi”ylə üz-üzə gələcək. Bütün adı çəkilənlər Avroliqa şansını saxladığından gəncəlilərin işi asan olmayacaq. Çox güman, sona iki tur qalmış “Kəpəz”in premyer-liqanı sonuncu pillədə başa vuracağı rəsmiləşəcək.
Deməli, çempionatla bağlı əsas intriqa nöqtəsi Avroliqa uğrunda mübarizədi. Məlum olduğu kimi, premyer-liqadakı sıralama baxımından 4 komanda beynəlxalq arenaya çıxış şansını saxlayır. Ancaq kuboku da nəzərə alsaq, “Keşlə” də AL-də çıxış edə bilər. Yuri Maksimovun komandası finala vəsiqə qazandığından paytaxt təmsilçisini siyahıdan silmək olmaz. Onu da qeyd edək ki, “Keşlə” ikinci “cəbhə”nin qalibi olsa, çempionatda 4-cü yer əhəmiyyətini itirəcək. Bir sözlə, turnir cədvəlinin 2-5-ci yerləri sıxlıqdı. Komandalar bir-birindən 2-3 xallıq məsafədədi. Odu ki, dünən start götürən turu da nəzərə alsaq, qalan oyunlar gərgin mübarizə şəraitində gedəcək.
Məlum olduğu kimi, belə vəziyyət yarananda son bir neçə turun oyunu eyni vaxtda başlayır. Bu isə idman prinsiplərinin qorunmasına xidmət edir. Elə PFL də cari mövsümdə bunu nəzərə alıb. Premyer-liqanın son iki turunun bütün oyunları eyni günə planlaşdırlıb. Belə ki, 27-ci turun qarşılaşmaları mayın 12-nə, 28-ci turun matçları isə 20-nə nəzərdə tutulub. Həmçinin nəticəsi bir-biri üçün əhəmiyyət daşıyan qarşılaşmalar eyni saatda başlayacaq. Ancaq son iki tura qədər mənəzərə dəyişə və kimlərsə şansını itirə bilər? Görəsən, belə durumda matçların vaxtı dəyişdiriləcək?
Məsələylə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departmanetinin rəhbəri Aslan Şahgəldiyevin fikirlərini öyrəndik: “Düzdü, təqvimdə oyunlar eyni gündə nəzərdə tutulub. Bu da idman prinsiplərinin pozulmaması üçündü. Adətən, son iki, hətta bir turun oyunları eyni vaxtda olub. Nə vaxtsa 4 turun oyunlarının eyni vaxtda keçirildiyini xatırlamıram. Ancaq ehtiyac olmazsa, hansısa oyunun saatı dəyişdirilə bilər. Tutaq ki, 27-ci turda “Keşlə” – “Qarabağ” matçı var. Oyunun günü yox, amma saatı dəyişdirilə bilər. İki oyunun canlı yayınlanması üçün həmin qarşılaşmanın saatı irəli çəkilə bilər. Çünki həmin matç ciddi mənada nəyisə dəyişməyəcək. Lakin sonuncu yer məsələsini də unutmamalıyıq. Çünki 8-ci yerin sahibi hələ müəyyənləşməyib. Belə deyim, son iki turda hansısa matçın nəticəsi idman prisniplərinə təsir etmədiyi halda saatı irəli çəkilə bilər. Əks halda hamısı eyni vaxtda başlayacaq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar