29 apr 12:11olke

Tərlan Əhmədovu Şahin Diniyev əvəzləyəcək

Tərlan Əhmədovu Şahin Diniyev əvəzləyəcək
Ceyhun Sultanovun Avropa səfəri boşuna deyil
“Neftçi”nin nəticələri qalıb bir qıraqda, son günlərin əsas söhbət mövzusu Tərlan Əhmədovun baş məşqçi postunda qalıb-qalmayacağıdı. Hər şey “Qəbələ”ylə kubokun yarımfinal qarşılaşmasından sonra başladı. Daha doğrusu, həmkarımızın “komandanız Avroliqaya vəsiqə qazanmasa, necə olacaq” sualından. Əhmədovun oyunun stressi altında səsləndirdiyi “istefa verəcəm” açıqlaması kifayət qədər sərt səslənsə də, arxasında nələrinsə durduğu sirr deyildi.
Cəmi üç gün sonra yenə “Qəbələ”ylə, lakin bu dəfə çempionat oyunundan sonra Tərlan bəy daha sərt danışdı: “Klubla müqaviləmin müddəti mayda bitir. Bilmirəm, rəhbərlik yeni müqavilə təklif edəcək, ya yox. İstefadan qorxmuram. Mən mərd insanam. İstefadan söz getmir. Dediyim kimi, onsuz da mayda müqaviləmin müddəti bitir. Kiməsə mənimlə müqavilə bağlanması ilə bağlı yalvarası deyiləm. Yeni təklif olsa, öz şərtlərimi deyəcəm”.
Yəni bu açıqlamanı oxuyan, futbolun incəliklərindən bixəbər şəxs də baş məşqçi ilə rəhbərliyin münasibətlərinin qaydasında olmadığını hiss edə bilər. Əhmədov konkret ad, konkret fakt göstərməsə də, ona yer edən klub başbilənlərinin yeni müqavilə şərtləri ilə çıxış etməməsidi. “Kiməsə yalvarası deyiləm” açıqlamasının başqa izahı yoxdu.
Əldə etdiyimiz bilgiyə görə, rəhbərliyin baş məşqçinin işinə müdaxilə etməsinə qarşı olan təcrübəli mütəxəssis komandada əsas söz sahibi olduğuna dəfələrlə işarə vurub. Bu hal isə kluba cavabdehlik daşıyanların ürəyincə deyil. Vaxtilə “Sumqayıt”da çalışan Kamran Quliyev - Ceyhun Sultanov tandeminin Samir Abasovun işinə müdaxiləsi də uğursuz sonluqla nəticələnmişdi. Ona görə də Abasov bu iki şəxsin “Sumqayıt”ı tərk etməsinə qətiyyən üzülmədi. Yəni mətbuata verdiyi açıqlamalarda “daş atıb, başını tutmadı”. Əksinə, ardıcıl uğurlu nəticələrlə mümkün zəfərin öz adına yazılmalı olduğunu göstərdi. Quliyevlə Sultanovun həmin ənənəni “Neftçi”də davam etdirmək arzusu “suya düşəndən” sonra əsas plan Tərlan Əhmədovu “oyundan çıxarıb”, onun əvəzinə sakit, sözə qulaq asan başqa mütəxəssis gətirmək olub. “Neftçi”nin çempionatda işləri elə gedir ki, indiki məqamda baş məşqçini uzaqlaşdırmaq mümkün deyil. Odu ki, öz xoşu ilə getməsi üçün mümkün variantlara əl atılır.
Ceyhun Sultanovun Avropa turuna çıxıb, siyahısında olan futbolçuları izləməsi Tərlan Əhmədovun “Neftçi”də qalmayacağına işarədi. Faktiki çalışdırıcı ilə müqavilə müddəti uzadılmayıbsa və tərəflər arasında bununla bağlı söhbət olmayıbsa, deməli, Sultanovun səfəri Əhmədovun tapşırığı əsasında baş tutmayıb. Çox güman, Avropaya səyahət nəzərdə tutulan və artıq ümumi ortaq məxrəcə gəlinən yeni baş məşqçinin razılığı ilə baş tutub. Ya da Ceyhun Sultanov istədiyi futbolçuları gətirəcək, yeni çalışdırıcı da onları oynatmağa məcbur olacaq. Deməyimiz odu ki, mövsümün sonunda “Neftçi”də baş məşqçi dəyişikliyi qaçılmazdı. Yəni bütün proseslər buna doğru aparır.
“Ağ-qaralar“ın mümkün yeni baş məşqçisi isə hər birinizə yaxşı tanışdı. Vaxtilə yığmaya cavabdehlik daşımış, 2015-in yayından 2017-nin payızına qədər “Kəpəz”i çalışdırmış Şahin Diniyev. Düzdü, Samir Abasov variantı da var. Sadəcə, Abasovun maaşı artırılacağı təqdirdə “Sumqayıt”da qalmaq istəyi və daha sərbəst çalışması üçün uyğun görünən “Zirə” söhbəti 40 yaşlı mütəxəssisin ayağını “Neftçi”dən üzür.
“Kəpəz”dən uğursuz nəticələrə görə istefa verən, adı pul yeyintisində hallandırılan Diniyevin ölkənin ən köklü klubunda peyda olması təsadüfi olmayacaq. Diniyev vaxtilə millini çalışdıranda Ceyhun Sultanovun qoluna kapitan sarğısını taxmışdı. Bu azmış kimi, yığmaya hansı futbolçuların cəlb olunması ilə bağlı məsələni təcrübəli futbolçu kimi Sultanovla məsləhətləşirdi. Digər tərəfdən, Şahin bəy başını aşağı salıb işləyən məşqçidi. Rəhbərlik hansı havanı çalsa, ona da oynayacaq. “Kəpəz” kimi imkansız, laməkan klubun problemlərini saymaqla bitməz. Lakin Diniyev orda çalışdığı iki ilyarım ərzində bir dəfə də olsun, ağzını açıb artıq söz demədi. Əsas odu ki, iş olsun, maaşlar vaxtında verilsin. Belə deyək, rəhbərliyin sözü ilə oturub-durmağa öyrəncəli məşqçidi. Sultanov hansı futbolçunu bəyənsə, “Neftçi”yə gəlişində problem olmayacaq. Sultanov nə desə, baş məşqçi qarşısına söz qoymayacaq.
Qısası, anası ağlar qalan “Neftçi”nin gözü yenə yaşlıdı. Elnur Məmmədov, Orxan Hüseynzadə kimilərin əlindən qurtulandan sonra ağ günə çıxacağına ümidlər bəslənən klub yenə şəxsi maraqlara qurban getməkdədi. Bu gedişlə “ağ-qaralar”ı yeni baş məşqçi, çox keçmədən də yeni rəhbərlik gözləyir. Çünki bu siyasətlə hazırkı rəhbərlik də uzağa getməyəcək...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:46 Hidayət Heydərov medal həsrətinə son qoysa da... Bu gün, 14:23 Bosançiç “Keşlə”ni Zaur Axundova görə tərk edib Bu gün, 14:22 Ömər Paşayev Samir Abasovun ittihamına cavab vermədi Bu gün, 14:20 “Qəbələ” Sənan Qurbanovla yola davam edəcək Bu gün, 14:19 Almeyda “Astana”da qol hesabını açdı Bu gün, 14:17 "Qarabağ" 4 milyon qazandı Bu gün, 14:14 Qurban Qurbanov: “Bundan sonra Mahiri sosial şəbəkələrdə çox az görəcəksiz” Bu gün, 14:12 “Qarabağ” “Qəbələ”ni acınacaqlı vəziyyətə saldı Bu gün, 13:58 Namiq “Qəbələ”ni siyahıdan silməyin tez olduğunu düşünür Bu gün, 13:56 “Dalğa Arena”da striptiz-şou və söyüş dalğası Bu gün, 13:51 Əfran “Keşlə”ni 20 dəqiqəyə məhv etdi Bu gün, 13:47 Sərtanın durumu qənaətbəxşdi Bu gün, 13:45 Deviçin seriyası Bayılda qırıldı Bu gün, 13:32 “Füzuli”də yetərsay olmadı, matç baş tutmadı Bu gün, 13:31 Kaka Azərbaycan üçün darıxıbmış Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:21 “Sumqayıt” yenə geridönüş etdi Dünən, 20:13 Elbrus İsmayılov çarəsizdi… Dünən, 20:10 “Sportinq”ə məğlubiyyəti şərtləndirən səbəblər Dünən, 20:08 Mahir Mədətov atmacalarına davam edir Dünən, 14:20 Pulun ola, gedib, gəzib, qayıdasan Dünən, 14:12 Təcrübə və səviyyə fərqi... Dünən, 14:10 Qara Qarayev “Qarabağ”a badalaq vurdu Dünən, 14:09 Portəgizlər məmnun, ağdamlılar məyusdu 21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar