26 apr 01:04olke

“Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı

“Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı
Uilyams: “Narahat olduğum məqam azarkeşlərimizin səbirsiz davranması, tez özündən çıxmasıdı”
“Zirə” “Keşlə” ilə qarşılaşmada növbəti məğlubiyyətini almaqla qələbəsiz görüşlərin sayını 10-a çatdırdı. Çempionatın ilk yarısında olduqca inamlı təsir bağışlayan, aşkar şəkildə yalnız “Qarabağ”dan geri qalan “qartallar” 2018-də heç cür özünə bənzəmir. Zədəlilərin say çoxluğu azmış kimi, az qala hər oyunda aparıcı futbolçular cəza səbəbindən komandasına kömək edə bilmir. Görünən odu ki, Ayxan Abbasov meydana heç cür ideal “11-lik” buraxa bilmir.
Hazırkı durum futbolçuların da ürəyincə deyil. Əlbəttə, onlar da Avroliqaya vəsiqə qazanmaq, yayda özlərini Avropa təmsilçiləri ilə oyunlarda göstərmək istəyir. Ona görə də “Keşlə”ylə qarşılaşmadan sonra hər birinin qaş-qabağı “yerlə gedirdi”. Qol vurmaq üçün çox çalışan, lakin komandaya uyğunlaşmadığı hiss olunan Comal Uilyams isə gözlərini bir nöqtəyə dikmişdi, sanki nələrin baş verdiyini anlaya bilmirdi. Fürsətdən istifadə edib “Zirə”nin qaradərilisinə yaxınlaşdım, həm məlum durum, həm də ölkəmizdəki vəziyyəti haqda suallara cavab tapmağa çalışdım.
- Onsuz da kefin yoxdu. Müsahibəyə “Zirə”nin durumu ilə sualdan başlayıb bir də mən “yükləməyim” səni. Azərbaycanda yaşamaq necədi, xoşuna gəlir?
- Narazılıq edəcəyim elə bir şey yoxdu. Burda yeniyəm, hələ ki ümumi ab-havaya, yerli mühitə uyğunlaşmağa çalışıram. Ölkəmdən uzaqda legioner həyatı yaşamağı seçmişəmsə, peşəkar futbolçu kimi əlimdən gələnin ən yaxşını etməliyəm.
- Fərqli din, fərqli mentallıq, fərqli düşüncədə olan insanlar – bütün bunlar narahatlıq yaratmır?
- Düzdü, müəyyən fərqliliklər var. Amma bunu qlobal çətinlik saymıram. Hər bir insan üz tutduğu ölkənin qayda-qanunlarına tabe olmalı, tələblərə əməl etməlidi. Sabah siz də ABŞ-a getsəz, məcburən ordakı mühitə uyğun addım atacaqsız. Yeganə narahat olduğum məqam azarkeşlərimizin səbirsiz davranması, tez özündən çıxmasıdı. Halbuki hazırkı mövqeyimiz elə də pis deyil, Avroliqa şansını itirməmişik. Fikrimcə, belə durumda bizə dəstək olmaları vacibdi, nəinki bu cür təzyiq göstərmələri. Ümid edirəm ki, sona qədər yanımızda olub, bizə inandıqlarını göstərəcəklər. Futbolçuyuq, qələbə qazanmağı hamıdan çox biz istəyirik. Ancaq alınmayanda alınmır. Belədə onların üstümüzə gəlməsi istər-istəməz pis təsir edir.
- Boş vaxtını kiminlə, necə keçirirsən?
- “Kəpəz”də həmyerlim var, Şadon Vinçester. Onunla uzun illərin dostuyuq. Şadonla bir evdə qalırıq, vaxtımı, demək olar, onunla keçirirəm.
- Azərbaycanda oynamaqla bağlı təklif alanda ölkəmiz, futbolumuz haqda nəsə bilirdin?
- Düzünü desəm, xeyr. Azərbaycan haqda məlumatlı deyildim. Lakin təklif alandan sonra internet qaynaqlarından bir çox məlumat əldə etdim. Xüsusilə futbolla bağlı oxuduqlarım məni yaxşı mənada təəccübləndirdi. Azərbaycan klublarının avrokuboklardakı çıxışını, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində oynadığını öyrənəndən sonra düşünmədən bura gəlməyə razılıq verdim.
- Səhv etmirəmsə, Avropada ilk dəfə legioner həyatı yaşayırsan.
- Meksikada oynamışdım, amma Avropada, bəli, ilk dəfədi.
- Burda səni təəccübləndirən nə oldu?
- Bakının inanılmaz gözəlliyi. Etiraf edirəm, bu cür mənzərə ilə rastlaşacağımı gözləmirdim. İnsanın rahatlığı üçün hər cür şərait var.
- Şadon Vinçesterə belə bir sual vermişdim: “sən güclü futbolçusan, yoxsa Comal Uilyams”? Eyni sualı sənə də ünvanlayıram.
- (gülümsəyir) Biz fərqli oyun üslubuna malik futbolçularıq. Şadon döyüşkəndi, rəqib müdafiəçiləri təzyiq altında saxlamağı bacarır. Burda göstərə bilməsə də, yaxşı qol duyumu var. Mən isə daha çox topla rəftarı sevirəm, texnikalıyam. Ona görə də müqayisə aparmaq çətindi.
- Bakıda taksi xidmətindən istifadə edirsən, yoxsa avtomobil kirayələmisən?
- Daha çox klubun avtobusundan istifadə edirik. Lakin lazım olanda taksilərə müraciət edirik. Niyə soruşduz ki?
- Əcnəbi futbolçuların əksəriyyəti avtomobil kirayələyir...
- Yox-yox, belə fikrim yoxdu. Həm şəhəri yaxşı tanımıram, həm də Bakıda maşın sürmək çox çətindi. Burdakı sürücülər maşını başqa üslubda idarə edir.
- Azərbaycan mətbəxi ilə aran necədi?
- Yemək barədə kaprizli deyiləm. Dadı xoşuma gələn nə varsa, yeyirəm.
- Ən çox bəyəndiyin yerli təam hansıdı?
- Kabab.
- Lülə, yoxsa tikə?
- Kotletə oxşayan yox, o biri. Sümüklü olan (tikəni nəzərdə tutur – H.).
- “Mançester Yunayted”in unudulmaz isimlərindən olan Duayt York Trinidad və Tobaqondandı, həmyerlindi. Şəxsi tanışlığınız var?
- Yaxın dost olmasaq da, bir neçə dəfə söhbətimiz olub.
- Harda?
- Yığmada oynadığım vaxtlarda tez-tez millinin düşərgəsinə baş çəkər, bizə dəstək və məsləhətlərini verirdi. Bir-iki dəfə orda söhbətləşmişik.
- “Zirə”dən danışaq. Yenə məğlub olduz...
- Güclü futbolçulara sahib komandamız var. Qələbə qazanmaq üçün hamı əlindən gələni edir. Sadəcə, alınmır. Məsələn, bugünkü oyunda yenə yüzfaizlik qol imkanlarımız oldu. İçi mən qarışıq “çərçivə”yə düşə bilmədik. Zəif oynasaq, rəqiblərdən geri qalsaq, adama təsir etməz.
- Səbəb nədi?
- Səbəbi heç kim anlaya bilmir. Hamı üzgündü, amma nə baş verdiyini başa düşmək çətindi. Əsas çətinliyimiz qol vura bilməməkdi. Sanki top qapıya daxil olmaq istəmir. Qışdan sonrakı oyunlarımıza baxın. Hər birində azı 2-3 real qol fürsətini boşa vermişik.
- Maliyyə ilə bağlı problem var?
- Xeyr, qətiyyən.
- Baş məşqçi oyundan sonra futbolçulara nə dedi?
- Ciddi mənada heç nə. Özü də məyus idi. Çox yaxşı məşqçidi, soyuqqanlıdı, futbolçuların psixologiyasını yaxşı bilir. Sabah yenə bir araya gəlib, təhlillər aparacağıq. Yəqin ki, lazım olan sözlərini orda deyəcək.
- Bundan sonra məğlub olmaq haqqınız yoxdu. Əks halda Avroliqaya vəsiqə şansını itirəcəksiz...
- Hansı məsuliyyətin altına girdiyimizin fərqindəyik. Nəinki bundan sonra, buna qədər da uduzmaq haqqımız yox idi. Sadəcə, zədəli və cəzalı futbolçuların çoxluğu, üstəgəl, bəzi oyunçuların komandada yeni olması müəyyən mənada özünü göstərirdi. Avroliqaya vəsiqə qazanmaq üçün sona qədər döyüşəcəyik.
- Yeni futbolçular demişkən, onlardan biri də sənsən. Açıq-aşkar hiss olunur ki, komandanın oyun üslubunu tam mənimsəməmisən. Xüsusilə hücumlar zamanı anlaşılmazlıq yaranır. Problem səndədi, yoxsa komanda yoldaşların səni anlamaqda çətinlik çəkir?
- Heyətdəkilərin 70-80 faizi neçə vaxtdı bir yerdə oynayan uşaqlardı. Onlar bir-birini çox yaxşı başa düşür. Mənim onlara uyğunlaşmağım üçün isə bir az vaxt lazımdı. “Zirə”nin oyun fəlsəfəsini mənimsəməliyəm. Meydanda ötürmə səhvləri edirəmsə, yaxud qol vurub, ötürmə verə bilmirəmsə, bu, mənim problemimdi. Günahı özümdə axtarmalıyam.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar