10 fev 00:19olke

Futzal Federasiyası Elçin Məmmədovu təkzib etdi

Futzal Federasiyası Elçin Məmmədovu təkzib etdi
“Ceyhunspor”a texniki məğlubiyyət verilib!

Qəzetimizin bazar ertəsi işıq üzü görən sayında futzal premier-liqasının son turu çərçivəsində baş tutan qarşılaşmaların nəticələrini təqdim etmiş, “Xəmsə” ilə oyuna çıxmayan “Ceyhunspor”a texniki məğlubiyyət verildiyini oxucuların nəzərinə çatdırmışdıq. Bir gün sonrakı sayımızda isə komandanın rəhbəri Elçin Məmmədovun fikirlərini öyrənmişdik. Sabiq referi məsələyə özünəməxsus rəy bildirməyə çalışaraq, meydana çıxmamalarının günahını Futzal Federasiyasının ayağına yazmışdı: “Ceyhunspor”a texniki məğlubiyyət verilməyib. Bu gün Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovla danışdım, o belə bir halın baş vermədiyini bildirdi. Çünki texniki məğlubiyyətə layiq deyilik. Yəni meydana çıxmamağımız bizim günahımız deyildi. Niyə? Ona görə ki, komanda Şamaxıda - təlim-məşq toplanışında idi. Həm toplanış keçdik, həm də yeni futzalçıları yoxladıq. “Xəmsə” ilə qarşılaşma fevralın 3-nə nəzərdə tutulmuşdu, yəni cümə gününə. Biz də planımızı buna görə qurub, Bakıya ayın 2-də qayıtmalıydıq. Lakin sonradan Bakı İdman Sarayında kikboksinq yarışlarının keçiriləcəyi bilindiyindən, federasiyadan oyunların fevralın 2-nə keçirildiyini dedilər. Mahmud müəllim ayın 1-də zəng vurub sabah oyuna çıxmalı olduğumuzu deyəndə, çatdırmayacağımızı bildirdim. Həm plan pozulacaqdı, həm də hava qarlı, şaxtalı idi. Tələsik gəlmək alınmadı. Ayın 3-də hazır idik. Həmin gün isə oynamağımız məqsədəuyğun sayılmadı. Yəni bu iş qarşılıqlı razılıq əsasında olub. Burda hansısa texniki məğlubiyyətdən söhbət gedə bilməz. İndi də “Ekol”la matça hazırlaşırıq. “Xəmsə” ilə təxirə salınmış görüşün nə vaxt keçiriləcəyini isə bilmirəm”.
Təbii ki, məsələni belə qoya bilməzdik və qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün yenidən federasiya ilə dəqiqləşdirmə apardıq. Qurum rəsmi olaraq bildiriş verdi ki, “Ceyhunspor”a texniki məğlubiyyət verilib və qərar dəyişməyəcək.
MİRAĞA
P.S. Əslində məsələyə sonradan dönməyə ehtiyac yox idi, Elçin Məmmədov bazar günü ona etdiyimiz zəngləri və mesajları cavabsız qoymasaydı. Yalnız xəbər qəzetdə çıxandan sonra bizi arayıb özünü təmizə çıxarmaq istədi. Artıq qatar getmişdi... O ki qaldı “Ceyhunspor”un peşəkarlar kimi təlim-məşq toplanışına getməsinə, Elçin Məmmədovun bu açıqlamasına “guya” bağlayıcısı əlavə etmək lazım gəlir. Şəxsən mən Məmmədova inanmıram. Yaxın çevrəsindən sızan bilgilər tam əksini iddia etməyə əsas verir. Yəni komandanın durumu ürəkaçan deyil. Təki çıxışını yarıda dayandırmasın...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi” 13:45“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim” 13:42Sabiqlər mərkəzi oyuna Fariz Yusifovu “təyin etdi” 13:33“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu 13:29SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi 13:27Ermənistana sığınan Şahin Mirzəyev “Caspian Ultras”ın üzvüdü 13:25Günay Məmmədzadə vahid lider oldu 13:22Bilet satışında artım var 13:20PFL-dən Bəhmən Həsənova cavab gəldi 13:17Hakimlər Komitəsi üçün çıxış yolu: yenə otellərə yığın! 13:14“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı 16:37Nizami Hacıyev Prosineçkiyə səsləndi 16:34Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi 16:30Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər” 16:27Heç-heçəsiz tur və 2000 şəmkirli 16:26“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram” 16:21AFFA rəhbərliyi Almeyda ilə görüşməyə tələsmir 15:46“Toplantıda iştirakı əlavə vaxt itkisi saydıq” 15:45Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi 15:42PFL-in qəribə standartları... 15:41Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür 15:39Karateyə 3 milyon lazımdı 15:37İslamiada üçün “İncə” və “Cəsur” 15:33“Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq” 15:32Çox, çox, çox maraqlı! 14:03Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı 15:30Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır” 15:26Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək 15:24Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları 15:21“Kəpəz” Gəncədə də uduzdu 15:17Samir Abasov şübhəsi olanlara mesaj göndərdi 15:14“Xəmsə” rəhbərliklə görüşə qatılmayıb 15:11Ufuk Budak debütünü qolla qeyd etdi 15:08Fransadan üç medalla 15:04 Bütün xəbərlər
Ən çox oxunanlar