25 apr 12:40olke

Qriqorçuk yenə hakimlikdən gileyləndi

Qriqorçuk yenə hakimlikdən gileyləndi
Tərlan Əhmədov: “Rəqib 75 dəqiqə qol vura bilmirsə, hakim nə etməli idi?”
Oyundan sonra hər iki baş məşqçinin mətbuat konfransı keçirildi. Jurnalistlər önünə əvvəlcə əvvəlcə “Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk çıxdı.
- Bu gün yaxşı oyun izlədik. Təəssüf ki, məğlub olduq. Futbol belədi. Komandamın oyunundan razı qaldım. Futbolçularım kombinasiyalı, sürətli oyun sərgilədilər. Cərimə zərbəsindən erkən qol buraxdıq. Rəqib bizim qapının önündə az qol fürsəti yaratdı. Demək olar, onların yüfzaizlik qol imkanı yadıma gəlmir. Qol buraxdığımız vəziyyətdə, məncə, cərimə yox idi. Bu, birinci dəfə deyil.
- Ümumiyyətlə, hakimliyi necə dəyərləndirərdiz? Referi tez-tez oyunu saxlayaraq xırda follar verirdi. Siz də buna tez-tez etiraz edirdiz...
- Dediyim kimi, qol buraxdığımız cərimə zərbəsi, məncə, düzgün verilməmişdi. Komandam yaxşı mübarizə apardı. Lakin 3-cü dəqiqədə verilən cərimə zərbəsi hər şeyi tam dəyişdi. Etiraz edəndə deyir ki, rəqibə də sarı vərəqə göstərdim. Əlbəttə, göstərməlisən. Hətta daha artıq göstərməli idi. Hakim meydanda düzgün idarəçilik etməlidi. Düzdü, biz hakimliyi yox, öz oyunumuzu müzakirə etməliyik. Məhəmməd Mirzəbəyov bir neçə dəfə simulyasiya etsə də, hakimin fiti susurdu. O, ilk hissədə simulyasiya etdi, bunun da nəticəsində təyin edilmiş cərimə zərbəsindən rəqib hesabı açdı. Daha sonra da bunu təkrarladı. Biz isə futbolçularımıza həmişə simulyasiya etməməyi tapşırırıq. Məhəmməd dindar insandı, yalan danışa bilmir. İndi onun özündən soruşacam, görək həmin epizodda simulyasiya etmişdi, ya yox? Hakim buna niyə göz yumurdu? Mən bundan yorulmuşam. Artıq neçənci dəfədi eyni hal təkrarlanır. “Qəbələ” bundan artıq nə etməlidi? Biz döyüşürük, əlimizdən gələni edirik, oyunlara yaxşı hazırlaşırıq. Lakin belə qərarlar hər şeyi məhv edir. Artıq oyunçuların üzünə baxa bilmirəm. Rəqib də yaxşı təsir bağışladı. Ümumilikdə bu gün meydanda sərgilənən futbol mənim xoşuma gəldi.
- Rəqib azlıqda qalsa da, yenə qalib gələ bilmədiz. Buna hakimlər nə etsin?
- Bununla razılaşmıram. Rəqibə qırmızı vərəqə verilməli idi. Bunu etməklə bizə kömək etmədi. O ki qaldı oyuna, bayaq da dediyim kimi, futbolçularımın oyunundan razı qaldım.
- Bu gün Ruslan Qurbanovu müdafiədə oynadırdız. Bu, ona bir qədər yad mövqedi.
- O artıq bundan öncəki 6-7 oyunda da bu mövqedə çıxış edib. Bu, onda yaxşı alınır. Ruslan həm hücumda, həm də arxa xətdə yaxşı çıxış edir.
- Bu gün hamı qapıda Dmitri Bezotosnının olacağını gözləsə də, siz Aqil Məmmədova şans verdiz.
- Aqilin start heyətində yer almasına səbəb Dmitrinin zədəli olması idi. O, kubok oyununa da zədəli çıxmışdı, odu ki istirahət imkanı yaratdıq.
- “Qarabağ” artıq çempion oldu. Sizin əsas hədəf isə kubokdu. Bu, komandanı növbəti çempionat oyunlara kökləməkdə çətinlik yaratmayacaq?
- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bu komanda artıq bir neçə tur idi çempionluğa çox yaxın idi. Onlar buna layiq idilər. Bu komanda başqalarını aşkar üstələyirdi. “Qarabağ” ilk pilləni təmin etdi. Lakin biz hələ 2-ci pilləni təmin etməmişik. Biz çempionatda da sona kimi mübarizə aparmalıyıq. Düzdü, kubok bizim üçün vacibdi, lakin bu o demək deyil ki, çempionatda var qüvvəmizlə mübarizə aparmayacağıq.
Ukraynalının ardınca zala "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov daxil oldu və bunları dilə gətirdi:
- İki komandanın ifasında maraqlı, məzmunlu oyun izlədik. Gərgin matç idi. Son 30 dəqiqədə daha çox həyəcan keçirdik. Çalışdığımız qədər yaxşı futbol nümayiş etdirdik. Bizə dəstək olan hamıya təşəkkür edirəm. Turnir cədvəlində mövqeyimizi bir qədər də yaxşılaşdırdıq. Çalışacağıq bundan sonra da yaxşı nəticələr qazanaq.
- Son vaxtlar əsas müzakirə mövzusu sizin istefa verəcəyinizlə bağlıdı. Komandanı bu səviyyəyə gətirdikdən sonra postunuzu tərk etmək istəyirsizsə, əməyinizə heyfiniz gəlmir?
- Səhvsiz insan yoxdu. Bəlkə də kubokun cavab görüşündə mənim taktiki səhvimdən uduzduq. İlk dəfə idi ki, müdafiədən oyun qurdum. Buna görə heyətdə bir neçə dəyişiklik etdim. Bunun da bədəlini ödədim. Mən bu komandaya gələndə cəmi 1 xalı var idi. Qarşıma qoyulan əsas məqsəd komandanın daha yaxşı oyun sərgiləməsi, daha yaxşı yer tutmaq idi. Mən gəldikdən sonra daha yaxşı oyun göstərməyə başadıq. Bundan sonra çoxlarının iştahı artdı. Avrokubokları tələb etdilər. Ancaq mənim qarşıma belə məqsəd qoyulmamışdı. Qoyulsaydı, fərqli strategiya seçərdim. Mənim klubla müqaviləmin müddəti mayda bitir. Bilmirəm, rəhbərlik yeni müqavilə təklif edəcək, ya yox. İstefadan qorxmuram. Mən mərd insanam. İstefadan söz getmir. Dediyim kimi, onsuz da mayda müqaviləm bitir. Kiməsə mənimlə müqavilə bağlanması ilə bağlı yalvarası deyiləm. Yeni təklif olsa, öz şərtlərimi deyəcəm.
- Avrokuboklara gedə bilməsəz, necə olacaq?
- Nə qərar qəbul olunacaqsa, biz də onunla barışmalı olacağıq.
- Qriqorçuk komandasının daha yaxşı oyun sərgilədiyini dedi. O, həmçinin qol buraxdıqları zaman cərimə zərbəsinin düzgün verilmədiyini də bildirdi.
- Bu, onun subyektiv fikridi. Onda mən də deyim ki, hər mübarizədə mənim komandama sarı vərəqə verilirdi. Rəqib 75 dəqiqə qol vura bilmirsə, hakim nə etməli idi? Əlbəttə, meydanda azlıqda qaldıqdan sonra rəqib üstün futbol sərgilədi.
- Demək olarmı ki, Ruslan Abışov bu gün kubokdakı səhvini “yudu”?
- Belə deməzdim. Kubokdakı Ruslanın yox, mənim səhvim idi. O, komandanın lideri, kapitanıdı. Tək bu gün yox, o, dəfələrlə komandanı xilas edib. O oyunçu səhv etmir ki, meydanda yox, ehtiyat oyunçular skamyasında, mənim yanımda oturur. Meydana çıxan futbolçunun səhv etməsi normaldı.
- Bu gün “Forza Neftçi” yox idi. Bu fanklub komandanı ən çətin dövrlərində dəstəkləyib. Ancaq indi oyuna gəlməmişdilər...
- Bu gün sıravi azarkeşlər komandanı çox yaxşı dəstəklədilər. “Forza”ya da bu günə qədər verdikləri dəstəyə görə təşəkkür edirəm. Çalışacağıq ki, bundan sonrakı nəticələrimizlə onların ümidini yenidən doğruldaq. Hər halda, yaxşı gündə olduğu kimi, pis gündə də komandanın yanında olmaq lazımdı.
- Lukas Qomesin sanki meydanda varlığı ilə yoxluğu bilinmirdi... Ümumiyyətlə, o, arzuladığınız hücumçudu?
- Bilmirəm, Qomesin əvvəlki oyunlarına baxmısız, ya yox. Onun öz oyun tərzi var. Məncə, pis oyun sərgiləmir. Mirabdullanın öz yeri var, Qomesin öz. Hər halda, bir hücumçunu da çox yükləmək olmaz.
- Hakimlikdən razı qaldız? Matçın gedişində tez-tez hakimin qərarlarına etiraz edirdiz...
- Mən mübarizənin tərəfdarıyam. Etirazımın səbəbi hakimin tez-tez sarı vərəqə verməsi idi. Hətta qırmızı vərəqə də göstərdi. Belə olanda özümü saxlaya bilmirəm.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar