23 apr 21:45olke

“Şövkət Orduxanov”da yenidənqurmaya start verildi

“Şövkət Orduxanov”da yenidənqurmaya start verildi
“Şahdağ” üçün bazanın tikilməsi də nəzərdə tutulub
Srağagündən etibarən daha bir arenada yenidənqurma və əsaslı təmir işlərinə start verlib. Söhbət Şövkət Orduxanov adına Qusar şəhər mərkəzi stadionundan gedir. Belə ki, “Şahdağ”ın sponsoru olan AZENCO-nun vəsaiti hesabına başlayan yenidənqurma işlərinin ilkin mərhələsində mövcud olan oturacaqların çox hissəsi sökülüb. Aprelin 22-dən isə meydan və arenanın ərazisində olan digər tikililərin söküntüsünə başlanılacaq. Buna səbəb qeyd olunan tarixdə Region Liqasının 11-ci turu çərçivəsində Qusar təmsilçisinin Quba "Şahdağ"ına qarşı mövsümün son ev oyununa çıxmasıdı.Təbii örtüklü meydan, komandanın məskunlaşması üçün otel, klubun inzibati binası və başqa tikililər yeni mövsümdə birinci divizonu hədəfləyən komandanın ixtiyarına veriləcək. Bütün işlərin 4 aya yekunlaşması planlaşdırılır.
Qeyd edək ki,Qusar Rayon İcra Hakimiyyəti görülən işlərə dəstək verir.
Yeniliklərlə bağlı “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevin fikirlərini öyrəndik: “Ötən yay stadionun durumu qənaətbəxş olmadığına görə “Şahdağ”ın birinci divizionda iştirakına icazə vermədilər və komanda Region Liqasında çıxış etməli oldu. Yenidən birinci dəstəyə qayıtmaq, peşəkar komandaların arasında yer almaq üçün infrastruktura əl gəzdirilməliydi ki, klubun sponsoru bu addımı atdı. Artıq bir neçə gündü ki, arenada söküntü işlərinə start verilib. Öncə tribunadakı yararsız oturacaqlar sökülüb. Bazar günü komandamız mövsümdə son ev oyununu keçirəcək. Ondan sonra isə yenidənqurma və tikinti işləri daha böyük miqyasda aparılacaq. Meydanımız əvvəlki kimi təbii örtüklü olacaq. Paltardəyişmə və hakimlər üçün nəzərdə tutulan otaqlar, tribuna və başqa yardımçı binalar da uzun illərdən sonra təmir olunacaq. Bütün bunlarla yanaşı, “Şahdağ” üçün bazanın tikilməsi də nəzərdə tutulub. Rayonun İcra Hakimiyyəti də stadionun yenidən qurulmasında kömək göstərir. Plana görə bütün işlər sentyabr-oktyabr ayılarına kimi başa çatdırılmalıdı”.
Kamran bəy təmir işləri ilə yanaşı, “Şahdağ”ın klub olaraq yenidən formalaşmasına da xüsusi diqqət ayırdıqlarını bildirdi: “Bu gün əsas komanda ilə yanaşı, aşağı yaş qruplarının fəaliyyət göstərməsinə də çalışırıq. Hazırda 3 yaş qrupu üzrə məşqlər keçirilir. Bundan başqa kəndlərdə də futbol bölmələri açmışıq ki, ordan uşaqlar seçə bilək. Bütün bunlar mərhələli şəkildə görülür. İstəyimiz yenidən birinci dəstəyə dönmək, peşəkar klub kimi fəaliyyətimizi davam etdirməkdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar