23 apr 20:06olke

İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır

İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır
“Oyundan əvvəl “premiya” haqda bir kəlmə də söz deyilməmişdi”
“Qəbələ” bu futbol həftəsinə imzasını atdı. İstər “Neftçi”nin meydanında sərgilədiyi futbol, istər göstərdiyi əzmkarlıq, istərsə də yaratdığı saysız-hesabsız qol vəziyyətlərinə görə. Nəticədə ilk oyunda doğma meydanında məğlub olduğu rəqibini səfərdə yenib, adını finala yazdırdı. Halbuki aprelin 12-də qeydə alınan yenilgidən sonra çoxları “Qəbələ”ni siyahıdan silmişdi. Roman Qriqorçukun isə mövsümün sonunda komandadan ayrılacağı deyilirdi. Bir qələbə hər şeyi kökündən dəyişdi.
“Neftçi”ylə qarşılaşmada sevindirici məqam Voislav Stankoviç Rasim Ramaldanovla əvəzlənəndən sonra bölgə təmsilçisinin müdafiə xəttinin sırf azərbaycanlılardan təşkil olunmasıydı. Taleyüklü matçlarda bu cür hadisəyə rast gələ bilməzsiz. Əcnəbi mütəxəssislər arxa xətdə daim gəlmələrə şans verib. Bu dəfə isə İlqar – Ürfan – Rasim - Təmkin “dördlüy”ü inamlı çıxışla rəğbət qazandı. İlqar demişkən, oyunun sonlarına yaxın zədələnərək, meydanı vaxtından əvvəl tərk edən təcrübəli müdafiəçi olduqca inamlı görünürdü. Hətta ilk hissənin sonunda rəqib qapısına yol tapa bilərdi. Qısası, müsahib kimi “18 nömrə”ni seçdik.
- Səmimi danışaq, səfərdə “Neftçi”nin qapısından 3 qol keçirəcəyinizə inanırdız?
- Desəm ki, 3, yaxud 4-5 top vuracağımızı gözləyirdim, yalan olar. Çünki bu cür matçların necə keçəcəyini, hansı hesabla başa çatacağını heç kim bilmir. Bəli, qalib gəlib finala adlayacağımıza inanırdım. İlk görüşdə uduzmağımıza baxmayaraq, son bir neçə gündə uşaqlar nikbin görünürdü. Öz aramızda danışırdıq, nələrisə müzakirə edirdik. Açıq-aşkar görürdüm ki, hamı aprelin 18-ni gözləyir.
- İki fərqli oyun, fərqli nəticələr. Bir həftə ərzində nə dəyişdi?
- Heç nə dəyişmədi. Həmin komandadı, həmin məşqçi və futbolçulardı. Sizə deyim ki, Qəbələdəki oyun da bu axarda gedəcəkdi. Orda da lazım olan qələbəni qazana bilərdik. Sadəcə, həmin gün bizim günümüz deyildi. İlk hissədə buraxılan ardıcıl iki qol uşaqlara pis təsir etdi. Öz səhvimizdən vurulan ilk qol olmasaydı, “Neftçi” o cür rahat oynaya bilməyəcəkdi. Birinci qarşılaşmadakı səhvlərimizi təhlil edib, müəyyən nəticələr çıxardıq. Çalışdıq ki, daha az səhvə yol verək.
- “Qəbələ” 0:2 uduzurdu və sənin ötürməndən sonra Stiven Jozef-Monroz hesab arasındakı fərqi azaltdı. Düşünmürsən ki, cavab matçı ərəfəsində hesabın 0:2 yox, 1:2 olması komanda yoldaşlarına əlavə ruh yüksəkliyi verdi?
- Belə deməzdim. Uduzmaq uduzmaqdı, fərqi yoxdu, 0:2, yaxud 1:2. Lap 2 top fərqi ilə məğlub olsaydıq da, Bakıda bunun əvəzini çıxmalıydıq. Çünki hamı buna köklənmişdi.
- Sanki xüsusi motivasiya vardı komandada. Çox güman, klubun gələcək taleyinin məhz bu oyundan asılı olduğunu bilirdiz.
- Bu haqda yazırlar, danışırlar. Amma sizi inandırım ki, bununla bağlı söhbətimiz olmamışdı. Hadisələrin sonrakı axarını bilmək olmazdı. Çünki heç kimə rəsmən nəsə deyilməmişdi. Sadəcə, “Qəbələ” neçə ildi iddialılardan sayılsa da, Avroliqanın qrup mərhələsində oynasa da, titula həsrətdi. Çalışırdıq ki, bu şansı əldən verməyək. Titul qazanmağımız həm klub, həm də öz adımıza faydalıdı. Bu cür imkan varkən, niyə əldən verək ki?
- Razılaşaq ki, oyundan əvvəl söz verilən pul mükafatının da xüsusi rolu vardı. Xüsusilə legionerlər üçün.
- Açıq deyirəm, qarşılaşmadan əvvəl “premiya” haqda bir kəlmə də söz deyilməmişdi. Birinci görüşdəki məğlubiyyətdən sonra heç kim ağzını açıb pul adı çəkmirdi. “Qəbələ”də mükafat sistemi var və bunun necə tətbiq olunduğunu futbolçular bilir. Heç vaxt oyundan əvvəl gəlib konkret məbləğ söyləmirlər. Bilirdik ki, qazanılacaq uğurun qarşılığında rəhbərlik öz səxavətini göstərəcək. Həmin an bir şey düşünürdük: nə olur-olsun, səfərdə “Neftçi”ni udmalıyıq! O an pul-zad gözə görünmürdü. Bu cür kollektivlə finaldan kənara qalmağı özümüzə bağışlaya bilməzdik.
- Yeri gəlmişkən, oyunun sonlarında zədələnib meydanı xərəkdə tərk etdin. Özünü necə hiss edirsən?
- Düzdü, matçdan sonra müəyyən ağrılar vardı. İndi şükürlər olsun, yaxşıyam, ciddi problem yoxdu.
- Bundan sonra əsas gücü finala saxlamağa dəyər? Yoxsa premyer-liqaya əvvəki kimi köklənəcəksiz?
- Kubok ayrıdı, çempionat ayrı. Çempionata önəm verməsək, bir də baxarıq 3-4-cü pillələrə enmişik. Özünüz də bilirsiz ki, qonşu komandalarla xal fərqi elə də çox deyil. Ona görə də premyer-liqa matçlarında qətiyyən “boşalmaq” olmaz. Diqqətsizliyin sonu yaxşı nəticələnməz. Həm də finala çıxmağımız kuboku qazanacağımız anlamına gəlməməlidi. Hər iki “cəbhə”də mübarizəni sona qədər davam etdirəcəyik.
- 24-cü turda rəqibiniz yenə “Neftçi”di, oyun yenə “Bakcel Arena”da baş tutacaq…
- Çətin qarşılaşma olacaq. Rəqib kubok şansını itirdiyindən, bütün gücünü çempionata qoyacaq. Üstəlik, meydana əvəz çıxmaq üçün çıxacaqlar. Aprelin 18-də baş tutan oyunu ortaya qoya bilsək, problem omayacaq. Məqsəd həmişəki kimi qələbə qazanmaqdı.
- Qriqorçuk zədəli legionerlərin yoxluğunda yerlilərə şans verməyə başlayıb. Xüsusilə xeyli vaxtdı səni oynatmadığına görə indi daha çox tənqid olunur. Əvvəlki iki oyunda verdiyin qol ötürmələri ukraynalı mütəxəssis üçün gözdağı olmalıdı.
- Qriqorçukla problemim olmayıb. Yadınıza gəlirsə, komandaya yeni cəlb olunanda mənə güvənirdi. Daim əsas heyətdə yer alırdım. Lakin sonradan ciddi zədələnməyim həm onun, həm də mənim planlarımı pozdu. Uzun müddət müalicə olundum. Zədədən qayıdan kimi birbaşa əsas heyətdə yer almağım isə riskli olardı. Özü də “vaxtını gözlə, oynayacaqsan” deyirdi. Hər halda, bildiyi nəsə vardı. Görünür, indiki məqamı nəzərdə tuturmuş. Baş məşqçi şans verir, mən də ümidləri doğrultmağa çalışıram.
- Belə başa düşdüm ki, neçə vaxtdı ehtiyatda qalmağından narazı deyilsən.
- İlk gəldiyim gündən mənə şans verməsəydi, yaxud formada olduğum dönəmdə ehtiyatda saxlasaydı, sizinlə razılaşardım. Amma Qriqorçukun mənimlə ədavəti yoxdu. Əksinə, daim soruşur, maraqlanır. Ona görə də nədənsə narazı ola bilmərəm.
- Mayda və iyunda yığmanın yoldaşlıq görüşləri baş tutacaq. Öz oyununla vaxtilə “Qarabağ”da rəhbərliyi altında çıxış etdiyin Qurban Qurbanova mesaj göndərməyin vaxtıdı?
- Milli haqda çox danışmışam. Nədənsə, hər dəfə bu haqda suallar verilir. Qısaca onu deyə bilərəm ki, bu dəqiqə əsas məqsədim yaxşı oyunla “Qəbələ”yə kömək etməkdi. Sonrası necə olacaq, bunu zaman göstərəcək. Mənim vəzifəm futbol oynamaq, meydanda işimi görməkdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar