23 apr 19:57olke

Cavid İmamverdiyev hələ qərar verməyib

Cavid İmamverdiyev hələ qərar verməyib
“Döyüşü uduzsaq da, müharibədə qalib gəlməyə çalışacağıq”
Cari mövsümün uğurlu komandalarından biri “Sumqayıt”dı. Düzdü, “kimyaçılar” “Keşlə”lə səddini aşıb ölkə kubokunun finalına adlaya bilmədi. Buna baxmayaraq, “ağ-göylər” Avropa Liqasına vəsiqə qazanmağa yaxındı. Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “gənclik şəhəri”nin təmsilçisi ən yaxın izləyicisi “Zirə”ni 4 xal qabaqlayır. “Kimyaçılar”ın uğurlu çıxışında əsas pay sahiblərindən biri də Cavid İmamverdiyevdi. “Sumqayıt”a keçəndən sonra yenidən əvvəlki formasını bərpa edən hücumameyilli yarımmüdafiəçinin adı son vaxtlar müxtəlif klublarla yanaşı hallanır. Təbii, yaxşı formada olan yığma üzvünü istənilən komanda heyətində görmək istəyər. Elə son vaxtlar onun adının bəzi klublarla yanaşı hallanması da dediyimizin təsdiqidi. Bəs görəsən, Cavid özü bu haqda nə düşünür? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün İmamverdiyevlə söhbətləşdik.
- Ölkə kubokunda mübarizəni yarımfinalda dayandırdız. “Keşlə” ilə cavab matçından sonra özünü necə hiss edirsən?
- Finala çıxa bilmədiymizə görə təbii ki, çox sarsıldım. Hədəfə bu qədər yaxın olduğumuz halda şansı əldən vermək çox üzücüdü. Ancaq heç də hər şey itirilməyib. Yalnız bir “cəbhə”də mübarizəni dayandırdıq. İndi əsas diqqət premyer-liqaya yönəlməlidi. Çempionatda uğurlu çıxış edib qarşıya qoyulan məqsədə - Avropa Liqasına vəsiqə qazanmaq - çatmalıyıq. Belə deyək, döyüşü uduzsaq da, müharibədə qalib gəlməyə çalışacağıq. Başqa yolumuz yoxdu. Kubok artıq geridə qaldı. Bunu unudub qarşıdakı 5 oyuna köklənməliyik. Əlimizdən gələni edib azarkeşlərimizi sevindirmək istəyirik.
- “Keşlə” ilə iki görüşdə “Sumqayıt” özünə bənzəmədi. Komanda nə sürətli oyun nümayiş etdirdi, nə də kollektivdə əzmkarlıq və istək gözə dəydi. Bunun səbəbini bilmək istərdik.
- Səbəbini mən də bilmirəm. Ancaq komandada bir qədər psixoloji və fiziki yorğunluq hiss olundu. Əlbəttə, bu da bəhanə ola bilməz. Görünür, hər iki qarşılaşmada rəqib daha istəkli idi və buna görə də finala adladılar.
- Baş məşqçiniz Samir Abasovun fikrincə, çempionatdakı uğurlu qrafik bəzi futbolçularda başgicəlləndirmə yaradıb və bu da kubokda özünü göstərdi. Abasovun fikirləri ilə razısan?
- Baş məşqçi elə deyirsə, deməli, bildiyi nəsə var. İnşallah, “Keşlə” ilə oyunlar bizim üçün dərs olar.
- Hazırda düşərgədə ab-hava necədi? Yarımfinaldakı uğursuzluqdan sonra komanda psixoloji cəhətdən özünə gəlib?
- Hamımız peşəkar futbolçularıq və karyeramız ərzində belə hallarla istəsək də, istəməsək də, qarşılaşmalı oluruq. Futbolda sevinc də var, kədər də. Məncə, hər bir peşəkar özündə güc tapıb belə durumdan çıxmağı bacarmalıdı. Yenə deyirəm, hələ heç nə itirilməyib. Çempionatda uğurlu çıxışımızı davam etdirib Avropa Liqasına vəsiqə qazanmalıyıq. Ola bilsin, xarakteri zəif olan oyunçu belə görüşlərdən sonra özünə gələ bilməz, “artıq qatar getdi” deyib, ruhdan düşər. Futbolçular arasında belələri də var. Ancaq şükür Allaha ki, bu gün “Sumqayıt”da top qovanlar arasında beləsi yoxdu. Yarımfinaldakı uğursuzluq əksinə, bizə əlavə motivasiya olacaq.
- Komandanın premyer-liqada sərgilədiyi oyun, turnir cədvəlindəki vəziyyəti “Sumqayıt”ın futbolçularına marağı artırıb. Mövsümün sonu yaxınlaşdıqca, bəzi futbolçuların adı müxtəlif klublarla yanaşı hallanır. Baş məşqçi də hər dəfə açıqlamalarında bu məsələdən narahat olduğunu söyləyir. Komandanın bu gün ilk “üçlük”də qərarlaşmasında sənin də zəhmətin var. “Sumqayıt”ın liderinə də təkliflər var? Varsa, gələcək kareyarsı haqda nə düşünür?
- İlk növbədə onu demək istəyirəm ki, bizim komandada lider söhbəti yoxdu. Məni lider sayanlara təşəkkür edirəm, ancaq “Sumqayıt” kollektiv oyun nümayiş etdirir və bu gün bu səviyyəyə yüksəlməyimizdə hamının – Fərhadın, Railin, Vurğunun, Vüqarın, Amilin, bir sözlə, hər kəsin əziyyəti var. Məhz sağlam və mehriban kollektiv olmağımız sayəsində nəticə qazana bilirik. Çətin anlarda hamımız bir-birimizə dəstək oluruq. Təklifə gəlincə, maya qədər bu haqda düşünmürəm, heç maraqlı da deyil. “Sumqayıt”dakı missiyam hələ başa şatmayıb. İndi bütün fikrim qarşıdakı oyunlara yönəlib və hədəfimiz Avropa Liqasıdı.
- Suala bir qədər də dəqiq cavab verməyini istərdim.“Sumqayıt” Avroliqaya vəsiqə qazanacağı halda İmamverdiyev düşərgədə qalacaq, yoxsa düşünəcək?
- Həyatdı, hər şey ola bilər. Ancaq tam səmimi deyirəm: bu gün üçün “Sumqayıt”dan getmək istəmirəm. Nəsə xüsusi bir hal yaşanmasa, karyeramı indiki klubumda davam etdirib, daha böyük uğurlar qazanmaq niyyətindəyəm. “Sumqayıt”da futbolçu kimi ikinci dəfə həyata gəldim, futbol ictimaiyyəti Cavid İmamverdiyev adlı futbolçunu yenidən yada saldı.
- Hər dəfə açıqlamalarında Avropada legioner həyatı yaşamaq arzusunda olduğunu bildirirsən. Bu yöndə hər hansı yenilik var?
- Mən yenə bu istəyimdə qalıram. Ancaq bunun üçün ilk növbədə ya şərəfini qoruduğun klubla qitəmiqyaslı turnirlərdə, ya da millinin heyətində beynəlxalq oyunlarda özünü göstərməlisən. Bu sözlər bütün azərbaycanlı futbolçulara aiddi. Açıq danışaq, hazırda Avropada Azərbaycan futboluna o qədər də maraq göstərmirlər. İnanmıram ki, tanınmış klubların skautları bizim çempionatı izləsin, azərbaycanlı futbolçuları maraq dairəsində saxlasın. Bunun üçün yol avrokubok və millinin oyunlarından keçir. Ona görə də çalışmalıyıq ki, “Sumqayıt” yayda Avropa Liqasında ölkəmizi təmsil etsin, mən və mənim kimi Avropada legioner həyatı yaşamaq istəyənlər həmin turnirdə özünü göstərsin.
- Məndə olan məlumata görə, Asiyaya yollanmaq şansın var.
- Belə təkliflər hər zaman olur. Ancaq Asiyaya getmək barədə düşünmürəm. Bəlkə də yaşım daha çox olsaydı, bu haqda düşünər, daha yaxşı şərtlər altında bu qitəyə yollanardım. Ancaq bu yaşda əsas istəyim Avropada top qovmaqdı. Bütün dünya Avropa futbolunu izləyir, ondan nümunə götürməyə çalışır. Asiya variantı heç vaxt məni özünə cəlb etməyib. Ümid edirəm ki, belə davam edəcəyim halda tezliklə “köhnə qitə”yə yollana biləcəm. Sonda fürsətdən istifadə edib sumqayıtlı azarkeşlərə müraciət etmək istəyirəm. Bu mövsüm onlar hər zaman bizim yanımızda olublar, pis və yaxşı günlərdə komandaya dəstək veriblər. Qarşıdakı həlledici 5 görüşdə də bizimlə olsunlar və “Sumqayıt”ı tək buraxmasınlar. Onlar bizim üçün “12-ci oyunçu”du.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar