20 apr 01:40olke

İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü!

İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü!
Çərşənbə axşamı AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Komitə üzvləri Topaz premyer-liqası, əvəzedicilərin çempionatı və birinci divizionda 23-cü turda, həmçinin ötən həftə keçirilən kubokun ilk yarımfinal oyunlarında yaşanan qayda pozuntularını müzakirə edib, hüquqi qiymət veriblər.
Kubok
“Qəbələ” ilə “Neftçi” arasında baş tutan ilk oyunda hər iki komandanı azarkeşləri ziyana salıb. Matçın 68-ci dəqiqəsində yerli, 71-ci dəqiqədə isə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə edib ki, bu da hərəyə 800 manat cərimə deməkdi.
“Keşlə” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində qonaqların baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib. Gənc mütəxəssisin cəzasını dünən baş tutan cavab qarşılaşmasında çəkdiyini əlavə edək.
Premyer-liqa
Çempionatın son turunda da “Sumqayıt”la qarşılaşan “Keşlə”ni 81-ci dəqiqədə ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan Məqsəd İsayev ziyana salıb - 1 oyun cəza, 200 manat cərimə.
“Qəbələ”, “Neftçi” və “Kəpəz” sarı vərəqələrin bolluğuna görə hərəyə 800 manat “tərləyib”. Ancaq sonuncuların cəzası təkcə bununla bitmir. “Qarabağ”la oyunun 37-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən meydana kənar əşyaların atıldığını və onlardan birinin Geryenin başına dəydiyini xəbər vermişdik. Komitə Gəncə klubunu 1600 manat cərimələyib. Son turda “Neftçi” ilə qarşılaşan “Zirə”nin cəzası isə daha ağır olub. Oyunun 51-ci dəqiqəsinə təsadüf edən Yani Urdinovun “qırmızı”sı ona 1 oyun, klubuna 200 manat bahasına başa gəlib. 85-ci dəqiqədə texniki zonadan kənarlaşdırılan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov da bu davranışına görə minimum cəza (1 oyun və 800 manat) ilə canını qurtara bilərdi. Ancaq məlum olduğu kimi, gənc mütəxəssis İntizam Komitəsinin fevralın 21-nə təsadüf edən iclasında 5 oyunluq cəza almış, bunun 3-ü şərti olaraq tətbiq edilmişdi. Qeyd olunmuşdu ki, 6 ay sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalanacağı halda sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. Başqa sözlə, Abbasov 4 tur “dincələcək”.
Əvəzedicilər
Ehtiyat komandaların yarışında son turda cəmi 1 oyunda - “Zirə” – “Neftçi” matçında qayda pozuntusu baş verib. İK-nın cəzaları birtərəfli olub. Beş futbolçusu sarı vərəqə ilə cəzalanan “Zirə” buna görə 400 manat ödəyəcək. Üstəlik, oyuna əlavə olunmuş dəqiqələrdə Samir Məmmədzadə “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, bu da 1 oyun, 100 manat cərimə deməkdi.
Divizion
Birinci divizionda ağır cəzalar qeydə alınıb. Sözsüz ki, ilk növbədə “Binə” rəsmilərinin diskvalifikasiya olunduğunu qeyd edək. “Şüvəlan”la matçdan sonra klubun rəsmi şəxslərindən Rəhman Cəfərov, Süphan Əliyev və Сavid Tanrıverdiyev meydana daxil olaraq, hakimlər briqadasını təhqir ediblər. Komitə onların hər birini 5 oyunluq uzaqlaşdırıb. Kluba isə ümumilikdə 1200 manat cərimə kəsilib. “Ağsu” – “Mil-Muğan” matçında qonaq komandanın 4 futbolçusu sarı, 1-i qırmızı vərəqə alıb. “Sarı”ların qiyməti 80 manat olub. Oyunun 57-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan Samir Babayev isə 2 oyunluq cəzalanıb, klub 160 manat cərimələnib. “Zaqatala”nı isə Nicat Muxtarov “tərlədib”. “Qaradağ Lökbatan”la matçın 43-cü dəqiqəsində ikinci sarı vərəqə, avtomatik “qırmızı” alıb komandasını azlıqda qoyan futbolçu 1 oyun və 20 manat cərimə ilə canını qurtaracaq.
Beləliklə, son turda klublara 9160 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 105660 manata çatıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar