20 apr 01:34olke

“Araz” debütantla bacarmadı

“Araz” debütantla bacarmadı
Çərşənbə axşamı futzal üzrə yüksək liqada 25-ci turun oyunları keçirildi. Turun açılış matçında iki həftə öncə çempionluğu təmin edən “Araz” debütant FK.İD ilə qarşılaşdı. Bəribaşdan qeyd edək ki, hər iki komanda meydana itkilərlə çıxmışdı. Çempionatın bombardiri Tyaqo cəzalı, Ramiz Çovdarov isə icazəli olduğuna görə oyunda iştirak edə bilmirdi. “İtaldizayn”da Anar Ağayevlə Rəcəb Fərəczadə cəza üzündən turu buraxırdı. Hesab erkən açıldı. 2-ci dəqiqədə Eduardonun zərbəsi qarşısıalınmaz oldu. Sonrakı dəqiqələrdə də üstünlük çempionda oldu. Bununla belə, fasiləyə qədər hesab dəyişmədi. İkinci hissə “Araz” üçün “sürpriz”lə başladı. Debütant 1 dəqiqə ərzində iki qol vurmaqla hesabı öz xeyrinə dəyişdi. Elvinin zərbəsindən sonra top yolüstü Eduardoya dəyib toru silkələdi. Ardınca təcrübəli Ağatahir Əzimov sabiq komandasını məyus etdi. Di gəl ki, debütantın üstünlüyü 1 dəqiqə çəkdi. Xətai “status-kvo”nu bərpa etdi. Sonrakı dəqiqələrdə hər iki komandanın hesabı dəyişmək üçün şansları oldu. Son 3 dəqiqəni isə “Araz” 5 meydan oyunçusu ilə keçirdi. Ancaq ya tələskənlik, ya da qeyri-dəqiqlik hesabın dəyişməsinə imkan vermədi. Beləliklə, Naxçıvan təmsilçisi 2018-ci ildə ilk dəfə, cari mövsümdə ikinci dəfə meydanı qələbəsiz tərk etdi. Maraqlıdı ki, ötən il noyabrın 8-nə təsadüf edən 6-cı turun “Neftçi” ilə oyununda da 2:2 hesabı qeydə alınmışdı. Sonrakı 15 oyunun hamısında qalib gələn Alesionun yetirmələrinin uğurlu seriyası 16-da dayandı.
Günün ikinci oyunu da maraqlı alındı. Üçüncü dövrədə “Yasamal”ın “Marafon”u son saniyədə vurduğu qol sayəsində yenməsi matça marağı bir qədər də artırmışdı. “Yasamal” bu dəfə startda iddialı rəqibini həyəcanlandırdı. İlk dəqiqə tamam olmamış, daha doğrusu, hakimin start fitindən 22 saniyə sonra Sadiq Cavid komandasına üstünlük qazandırdı. Ancaq elə növbəti hücumda Sadiqin rəqib komandadakı həmyerlisi Elyas Barati “status-kvo”nu bərpa etdi. “Yasamal” sonrakı dəqiqələrdə rəqibin fərqi artırmasına mane ola bilmədi. Hətta sona 2 dəqiqə qalmış “Yasamal” əsas oyunçularından Omid Orazı itirdi. O, boş qapıya gedən topun qarşısını əli ilə kəsdiyinə görə qırmızı vərəqəylə cəzalandı, üstəlik, 6 metrlik cərimə zərbəsinə səbəb oldu ki, Majid standart vəziyyətdən sonra het-trikini rəsmiləşdirdi. Beləliklə, “Marafon” 7:1 hesablı qələbə sayəsində “Araz”la xal fərqini 16-ya endirdi. Debütantın 1 oyun az keçirdiyini də əlavə edək.
Günün son oyununda da hesab erkən açıldı. “Neftçi” ilk hücumda autsayder “Xəmsə”ni cəzalandırmağı bacardı. Ümumiyyətlə, paytaxt təmsilçisi rəqibini fasiləyə qədər 5, oyun ərzində 13 dəfə meydanın mərkəzinə dəvət etdi ki, qollardan 4-nə Tural İsmayılov imza atdı. Bununla da gənc futbolçu komanda yoldaşlarının da köməyi ilə ad günündə özü özünə hədiyyə etdi. Yeri gəlmişkən, oyundan əvvəl “Neftçi” kollektivi onu doğum günü münasibəti ilə təbrik etdi.
25-ci tur
Araz – FK.İD 2:2 (1:0)
Araz: 1. Rövşən Hüseynli, 4. Qallo, 6. Eduardo, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov; 19. Anar Məmmədov, 2. Adil İsmayılov, 5. İsa Atayev, 14. Oqtay Rüstəmli, 15. Reza Toloyi.
Baş məşqçi: Joze Alesio da Silva
FK.İD: 12. Ramil Həsənzadə (k), 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev, 4. Elvin Quliyev, 13. Ağatahir Əzimov; 1. Ümid Paşayev, 5. Ruzigar İbrahimzadə, 8. Nihad İsmayılov.
Baş məşqçi: Rafail Abdulov.
Qollar: Eduardo, 2 (1:0). E.Quliyev, 22 (1:1). A.Əzimov, 22 (1:2). X.Bağırov, 23 (2:2).
Vərəqələr: R.Hüseynli, 40. F.Əliyev, 40 – sarı.
Hakimlər: Yusif Nurullayev, Azad Hüseynov, Kənan Məlikov.
Hakim-inspektor: Şahin Cəfərov.
17 aprel. Bakı İdman Sarayı.

Yasamal – Marafon 1:7 (1:4)
Yasamal: 1. Məhəmməd Roştani, 80. Omid Oraz, 47. Rəsul Əkbəri, 9. Vladislav Vorobyov, 12. Sadiq Cavid; 33. Sultan Sadiqov, 4. Məhəmməd Şahsuvari, 5. Məhəmməd Vəfa, 6. Xəyal Quliyev, 10. Mortoza Cahandost (k), 14. Omid Məhəmmədnecat.
Rəhbər: Orxan Allahverdiyev.
Marafon: 12. Kəsra Mehdipur, 7. İlkin Hacıyev, 10. Seymur Məmmədov (k), 20. Elyas Barati, 99. Rüstəm Bağırzadə; 2. Kamran Hacıyev, 9. Omid Talebi, 11. Hamed Xodaçi, 13. Majid Morovati, 22. Tofiq Əliyev, 77. Said Çodarzi.
Baş məşqçi: Elşad Quliyev.
Qollar: S.Cavid, 1 (1:0). E.Barati, 2 (1:1). S.Məmmədov, 7 (1:2). M.Morovati, 12 (1:3). M.Morovati, 20 (1:4). S.Məmmədov, 21 (1:5). O.Talebi, 36 (1:6). M.Morovati, 36-p. (1:7).
Vərəqələr: H.Xodaçi, 12. İ.Hacıyev, 12. M.Şahsuvari, 13. M.Cahandost, 20. R.Əkbəri, 37 – sarı. O.Oraz, 36 – qırmızı.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
17 aprel. Bakı İdman Sarayı.

Xəmsə – Neftçi 3:13 (0:5)
Xəmsə: 1. Rəşad Zeynallı, 2. Bəxtiyar İsgəndərov, 12. Ceyhun Yusifov, 10. Əli Həsənov (k), 8. Elçin Əliyev; 6. Şamo Talıbov, 7. Elçin Zeynalov, 9. Samir Əmirov.
Baş məşqçi: Novruz İbrahimov.
Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 6. Məhəmməd Katebi, 94. Oruc Baxşəli; 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Vüsal İsayev.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: R.Balakişiyev, 1 (0:1). T.Qurbanov, 9 (0:2). Ə.Əjdərov, 12 (0:3). T.Qurbanov, 18 (0:4). V.Xocayev, 18 (0:5). T.İsmayılov, 26 (0:6). C.Yusifov, 28 (1:6). T.İsmayılov, 28 (1:7). T.Qurbanov, 29 (1:8). R.Balakişiyev, 30 (1:9). O.Baxşəli, 32 (1:10). T.İsmayılov, 34 (1:11). T.İsmayılov, 35 (1:12). C.Yusifov, 35 (2:12). V.İsayev, 36 (2:13). S.Əmirov, 38 (3:13).
Vərəqə: yoxdu.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Aslan Həsənov.
17 aprel. Bakı İdman Sarayı.
1. Araz 21 19 2 0 133-27 59
2. Marafon 20 14 1 5 87-38 43
3. Ekol 20 11 2 7 87-59 35
4. Neftçi 19 8 4 7 62-49 28
5. FK.İD İ 20 6 5 9 79-71 23
6. Yasamal 21 5 0 16 62-135 15
7. Xəmsə 21 0 2 19 48-179 2
Bombardir: Tyaqo (Araz) – 30.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar