Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
20 apr 01:09olke
Kubokun qalibləri sırasına yeni ad düşəcək

“Keşlə” və “Qəbələ” bütün finallarda uduzub...
Ölkə kubokunun yarımfinal mərhələsinin dünən keçirilən cavab oyunlardan sonra qənimət uğrunda mübarizə aparacaq komandaların adına aydınlıq gəldi. Aprelin 12-də “İnter Arena”da “Sumqayıt”ı məğlub edən “Keşlə” səfərdə istəyinə çatdı. Hesabı açan Yuri Maksimovun komandası 90 dəqiqənin tamamında heç-heçə ilə kifayətləndi ki, bu da finala adlamaq üçün kifayət etdi. Günün “Bakcell Arena”da baş tutan ikinci oyununda isə proqnozlar alt-üst oldu. Daha dəqiq desək, Qəbələdən sərfəli nəticə ilə dönən “Neftçi” özünə bənzəmədi. Tərlan Əhmədovun yetirmələri hesabı açsa da, sonda meydanı başıaşağı tərk etdi. Bunda müdafiə xətinin, daha dəqiq desək, kapitan Ruslan Abışovun kobud səhvləri həlledici rol oynadı. Beləliklə, mayın 28-də, Qəbələ şəhər stadionunda kuboku başı üzərinə qaldırmaq üçün “Qəbələ” və “Keşlə” münasibətləri aydınlaşdıracaq. Bu komandalarla bağlı çox maraqlı final statistikası var. Belə ki, “Keşlə”nin sələfi “İnter” finalların əbədi uğursuzu sayılır. Baxın, bu komanda 2005, 2008, 2009, 2011-ci illərdə həlledici oyuna çıxıb, iki dəfə “Xəzər Lənkəran”a, bir dəfə “Bakı”ya, bir dəfə də “Qarabağ”a uduzub. “Keşlə”yə baxanda “Qəbələ” şükürlüdü. Belə ki, “qırmızı-qaralar” indiyə qədər iki final oyununa çıxıb və 2014-də “Neftçi”yə, ötən il isə “Qarabağ”a uduzub. Göründüyü kimi, ya “Keşlə” 5-ci, ya da “Qəbələ” 3-cü cəhddə kubok həsrətinə son verəcək.
Ölkə kuboku
yarımfinal, cavab oyunları
18 aprel
Sumqayıt - Keşlə 1:1
İlk oyun – 0:1.
Neftçi – Qəbələ 1:3
İlk oyun – 2:1.
final
28 may
Qəbələ - Keşlə
Şərh yaz