20 apr 01:08olke

“Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi

“Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi
Bakılıları Dabo və …Ruslan Abışov “dəfn etdi”
Neftçi (Bakı) – Qəbələ 1:3 (1:2)
Neftçi: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 2. İlkin Qırtımov (22. Mirabdulla Abbasov, 68), 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov (17. Rəhman Hacıyev, 62), 10. Derlis Meza Kolli (8. Emin Mahmudov, 83), 93. Soni Mustivar, 11. İqnasio Errera, 7. Namiq Ələsgərov, 9. Lukas Qomes.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 97. Elnur Cəfərov, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç (5. Rasim Ramaldanov, 17), 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k) (4. Elvin Camalov, 90), 18. İlqar Qurbanov (10. Ruslan Qurbanov, 90+2), 19. Filip Ozobiç, 28. Stiven Jozef-Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 16. Omar Malone, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Qollar: S.Mustivar, 9 (1:0). B.Dabo, 20 (1:1). B.Dabo, 30 (1:2). C.Hüseynov, 60–p. (1:3).
S.Jozef-Monroz 84-cü dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: Ü.Abbasov, 38 (bilərəkdən əllə oynadığına görə). S.Jozef-Monroz, 41 (qeyri-idman hərəkəti). R.Qurbanov, 45 (texniki zonada hakim qərarına etiraz ). D.Meza Kolli, 46 (qeyri-idman hərəkəti). R.Abışov, 59 (qeyri-idman hərəkəti). İ.Errera, 84 (qeyri-idman hərəkəti). R.Ramaldanov, 88 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Namiq Məstanov (Bakı).
18 aprel. Bakı. Baksel Arena. 6000 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
İlk oyun - 2:1.
Aprelin 12-dəki yarımfinalın ilk oyunlarından sonra çempionat görüşləri kənarda qalmışdı, hamı kubokdan danışırdı. “Sumqayıt”ın “Keşlə”ni evdə asanlıqla məğlub edəcəi deyilirdisə, “Neftçi” – “Qəbələ” dueli haqda fikir yürütmək istənilən halda çətin idi. Səfər qələbəsi qazanan “ağ-qaralar” hər nə qədər şanslı görünsələr də, mövsümü titulsuz başa vurmağın hansı fəsadlara yol açacağını Roman Qriqorçukla yetirmələri yaxşı bilirdi.
Zədə səbəbindən ilk oyunda iştirak etməyən Dabo ilə Bezotosnının adını “11-lik”də görənlər “Neftçi”nin işinin çətin olacağını deyirdi ki, bu da yekunda özünü göstərdi. Tərlan Əhmədov isə Mirabdulla Abbasovu, Rəhman Hacıyevi, Məhəmməd Mirzəbəyovu və Emin Mahmudovu ehtiyatda saxlamaqda sanki ukraynalı həmkarına tələ qurmuşdu. 90 dəqiqənin tamamında quyuya düşən Əhmədov özü və komandası oldu.
Əslində oyun meydan sahibləri üçün yaxşı başlamışdı. Rəqibin təzyiqinə baxmayaraq, 9-cu dəqiqədə künc zərbəsindən sonra “Neftçi”də qol hesabını açan Mustivarın komandasını hesabda önə çıxarmağı bacarması həm də rəqibi əsəbləşdirməsi demək idi. Məhz bu qoldan sonra meydanda “at oynadan” qonaqlar bakılılara nəfəs almaq imkanı vermirdi. İlkin Qırtımovun cinahını “su yoluna” döndərən Jozef-Monrozla Dabo istədiyini edirdi. Petrov hər nə qədər İlkinin səhvlərini “sığortalamağı” bacarsa da, 20-ci dəqiqədə o da çarəsiz idi. Stivenin qapı qarşısına havalandırdığı topu Abışovun nəzarətindən yayınan Dabo başla qapıdan keçirməyə müvəffəq oldu. “Neftçi” özünə gəlməmiş Dabo növbəti dəfə torun bərkliyinə əmin oldu. “9 nömrə” yenə Ruslandan sıyrılıb qapıya zərbə endirincə, Əzizlinin də kobud səhvə yol verməsi bölgə təmsilçisinin hesabda önə keçməsinə şərait yaratdı. Artıq əsəblər gərilib, oyun intizamı pozulub, futbolçular amansız mübarizədən çəkinmirdilər. Oyunun “ipini” əlindən buraxmayan Rauf Cabbarov ilk hissəni ciddi münaqişə yaşanmadan başa vurmağı bacardı.
Fasilədən sonra Əhmədovun dəyişikliklərə əl atacağı gözlənilsə də, meydana çıxan yenə həmin “11-lik” idi. Bunun nəticəsi kimi də qonaqlar meydanda istədiyini edirdi. Sanki qol “Neftçi”yə yox, “Qəbələ”yə lazım idi. Üç qaradərilini – Dabo, Jozef-Monroz və Koneni, üstəlik Ozobiçi saxlamaq bakılılar üçün mümkünsüzə çevrilmişdi. Dabonun het-trik etməsinə qeyri-dəqiqliyi imkan verməsə də, qəbələlilərə bu sevinci Abışov bəxş etdi. Lazımsız anda topu Ozobiçə verən, daha sonra arxasınca düşüb cərimə meydançasında rəqibi yerə sərən kapitan penaltiyə səbəbkar oldu. “Nöqtə”yə yaxınlaşan Cavid uzun fasilədən sonra “Qəbələ” formasında qol vurmağa nail oldu. Hesab 1:3 olandan sonra azarkeşlər yetərincə maraqlı oyuna şahidlik etdi. “Ağ-qaralar” müdafiəni unudub, yalnız və yalnız qol vurmaq haqda düşünürdü. Bu və digər qapı qarşısında təhlükəli vəziyyətlər bir-birini əvəz etsə də, hesab dəyişmirdi. Tərlan Əhmədov bütün mümkün əvəzetmələrdən istifadə edəndən sonra komandasının rəqibin cərimə meydançasında “oturmasına” baxmayaraq, qol vurmaq mümkünsüzə çevrilmişdi. Belədə “Qəbələ” növbəti qol fürsətini qazandı və boşa verdi. Erreranın cərimə meydançasında Koneyə qarşı kobudluğundan sonra heç kimin gözləmədiyi halda “nöqtə”yə yaxınlaşan Jozef-Monroz topu kənara vurdu. Matçın son dəqiqələri hər nə qədər gərgin keçsə də, hesab dəyişmədi və “Qəbələ” finala adladı.
Roman Qriqorçukun futbolçularını oyuna kökləməsi, ayrı-ayrı fərdlərin ustalıq səviyyəsi, Tərlan Əhmədovun yanlış “11-lik” seçimi, yetirmələrini vaxtında “ayılda” bilməməsi – bütün bunlar öz yerində. Alqışlanası məqam Azərbaycanda bu cür oyunun baş tutması və azarkeşlərin zövq almasıydı. Hər dəfə belə oyunlar olsa, azarkeş sayının azlığından gileylənməyə ehtiyac olmaz.
HƏBİB

Maraqlıdı…
* Oyunun əhəmiyyətini nəzərə alan “Neftçi” rəhbərliyi azarkeşlərin stadiona pulsuz girişini təmin etmişdi. Daha bir maraqlı məqam oyundan bir neçə dəqiqə əvvəl diktorun verdiyi elan idi. Belə ki, şəklini çəkib “instaqram” səhifəsində paylaşan azarkeşlərin şəkli stadionun monitorunda göstərilməliydi. Nədənsə buna rast gəlmədik.
* Arenanın giriş qapıları önündə qələbəlik idi. Qrup-qrup toplaşan yaşlı azarkeşlər özlərini stadiona ilk dəfə gəibmiş kimi göstərirdi. Çox keçmədən məsələ aydın oldu. Yanımdakılardan birinin digərinə “bizim sexin uşaqları harda yığışırlar” sualından sonra “Neftçi”yə dəstək vermək üçün stadiona gətirilənlərin SOCAR-ın işçiləri olduğu üzə çıxdı.
* Fasilədə “Kəpəz”in iki legionerinin – Sergey Litovçenko ilə Qiuli Mancqaladzenin çıxış qapılarının yanında kimisə axtarması diqqətdən yayınmadı.
* Ruslan Abışov penaltiyə səbəbkar olandan sonra göz yaşlarını saxlaya bilmədi. Bununla yanaşı, Tərlan Əhmədovdan əvəzlənməsini xahiş etdi ki, baş məşqçi buna məhəl qoymadı.
* Matçın sonlarına yaxın “Forza Neftçi”lilər özündən çıxdı. Onların “oyunu satanın anasını …” söyüşünün kimə ünvanlandığını anlamaq mümkün olmadı.
* Hakimin final fitindən sonra öncə “forzalılar”la polislər arasında münaqişə yaşandı. Asayiş keşikçiləri özündən çıxan fanatları heç cür sakitləşdirə, tribunadan uzaqlaşdıra bilmirdilər. Deyilənə görə, bir neçə nəfər polis bölməsinə aparılıb. Bölməyə aparılan təkcə meydan sahiblərinin azarkeşləri deyildi. Belə ki, “Red Black Army”nin iki üzvü də polislərin xidməti maşınında əyləşməyə məcbur edildi.

Belə dedilər…
Roman Qriqorçuk: “Bu elə andı ki, nə qədər xoş söz desəm, azdı. İnanılmaz hadisə baş verib, əla imkan yaranıb. Ən sevindirici hal hadisənin məhz bu vaxta təsadüf etməsidi. Bu qələbəyə ehtiyacımız vardı. Hədsiz sevincli olduğumuzu deməliyəm. Bu da başadüşüləndi. Neçə vaxtdı burdayam, indiyə qədər titul qazanmamışıq. Hazırda titul uğrunda mübarizə aparırıq və bunun biraddımlığındayıq. Bu komandayla titul qazanmaq üçün çox şeyi qurban vermişəm. Bu gün məni sevindirən finala çıxmaqdan daha çox futbolçularımın oynadığı futbol və əldə etdiyi nəticədi. Çətin dönəmdə son şansdan maksimum yararlanıb ən yaxşısını etdilər. Üzləşdiyimiz problemlərlə başqa komandalar 20 oyundan 1-də rastlaşa bilərlər. Ancaq biz az qala hər dəfə eyni çətinlikdən əziyyət çəkirik. Hər oyunda məcburi əvəzetmələrə əl atmalı oluruq. Görün, son vaxtlar neçə aparıcı futbolçunun xidmətindən məhrum idik. Ona görə də Voislavın zədələnməsinə təəccüblənmədim. Artıq buna öyrəşmişəm. Bütün çətinliklərə birgə sinə gərmişik, bundan sonra də belə olacaq. Cavid Hüseynov həlledici məqamda topu götürüb, penalti nöqtəsinə yaxınlaşır. Bu bir daha birlikdə güclü olduğumuzu göstərir…. Maksimovun finalda “Qəbələ” ilə qarşılaşacaqlarına və finalda mənimlə rəqib olacağına sevinəcəyi ilə bağlı dediklərinə, açığı, təəccübləndim. Bəli, Ukraynada bir-birimizə rəqib olmuşuq. Amma heç vaxt aramızda münaqişə olmayıb. Mən də “Keşlə”nin finala çıxmasına sevinirəm və onlara uğurlar arzulayıram. Maksimova hörmətim sonsuzdu. Finalda “Keşlə”ylə oynamaq yaxşıdı, nəinki “Qarabağ”la. Ümumiyyətlə, “Qarabağ”la oynamaq istəmirik (gülür). Hələ fikrimiz var ki, dördüncü dövrədəki matçda meydana çıxmaqdan imtina edək. “Qarabağ” bu gün çempionatdakı bütün komandalardan güclüdü. Öz adımızdan deyə bilərəm ki, onlara çatmağımıza çox var. Düzdü, mübarizə aparırıq, ancaq uzun marafonda onları geridə qoymaq çox çətindi… Bu gün nəyimiz vardısa, ortaya qoyduq. Finala bir aydan çox vaxt var. Görək o vaxta qədər nələr tapıb çıxaracağıq”.
Tərlan Əhmədov: “Elə oyun idi ki, daha çox səhv edən kənarda qalacaqdı. Səfərdə qələbə qazanmağımız, hesabı açmağımız istər-istəməz futbolçularda arxayınlıq yaratdı. Bunun da nəticəsi sıralanan səhvlər oldu. Son 10 dəqiqəni çıxsaq, mən istəyən futbolu sərgiləmədilər. Bundan sonra fikrimizi çempionata yönəltməliyik. Bu gün komanda oyunu görmədim. Cinah oyunçuları hücumlara kömək etmirdilər. Oyundan əvvəl arxayınlıq yox idi. Sadəcə, hesabı erkən açmağımız rahatlıq yaratdı. Bu məğlubiyyətin çempionat görüşlərinə necə təsir edəcəyini indidən deyə bilmərəm. Çünki münəccim deyiləm. Futbolçular özləri də bilir ki, şansımız qalmaqdadı. Bildiyiniz kimi, qış fasiləsindən əvvəl də, sonra da komandada ruh düşkünlüyü var idi. Lakin biz onu tədricən aradan qaldıra bilmişdik. Fikrimcə, oyunlara köklənmək baxımından problem olmayacaq. Ruslan penaltiyə səbəbkar olandan sonra əvəzlənməsini istəsə də, məhəl vermədim. Elə məqamda lider oyunçularından birini, ham də kapitanı əvəzləmək düzgün olmazdı. Səhv hamıda olur. Ən vacib məqam belə durumda ona dəstək olmaqdı. “Neftçi” Avroliqaya vəsiqə qazanmasa, hər halda, istefa verəcəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar