18 apr 19:44olke

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...sayı...

Bu azarkeş sayı ilə bağlı problem nə mərəzdisə, canımıza hopub, çıxmaq bilmir. İllərdi çempionat oyunlarında tamaşaçı sayı ilə bağlı nöqsanı qabardırıq, çıxış yolları axtarırıq, düzəlmir ki düzəlmir. Bilet satışı yoxdu deyə klub rəsmiləri oyunun AFFA nümayəndəsinə, nə bilim hakimə ağlına gələn rəqəmi deyir, o da ağına-bozuna baxmadan yazır.
Məsələn, hansısa matçı 1000 azarkeş izlədiyi halda, klub rəsmisi 3000 deyə bilər. Protokolu dolduran adamın da nə vecinə, ona deyiləni sənədə yazır. Halbuki stadionun azarkeş tutumuna baxıb, gözəyarı rəqəmlə yekun nəticə hasil etmək mümkündü. Qoy olsun cüzi səhv, daha minlərlə yox da.
Srağagün “Kapital Bank Arena”da keçirilən “Sumqayıt” – “Keşlə” oyununa böyük azarkeş marağı vardı. Hər halda, başqa matçlarla müqayisədə, bu görüşü çox sayda tərəfdar izləyirdi. Amma tribunalar heç də tam dolmamışdı. Oyunun sonlarına yaxın tribunalara göz gəzdirəndə, təxminən 100-200 oturacağın boş qaldığını görmək mümkün idi. Yəni qonaqlar üçün ayrılmış sektorda seyrəklik gözə çarpırdı. Stadionun azarkeş tutumunun 1326 olduğunu və müəyyən sayda tamaşaçının qarşılaşmanı ayaqüstə izlədiyini nəzərə alsaq, say 1500-ə çatmazdı. Lap olsun, 1600, deyək ki, 1700. Amma protokola 2500 yazılıb. Real rəqəmdən təxminən 1000 nəfər çox. Niyə? Hansı əsasla? Kimin ağlının məhsuludu? “Qarabağ”la matçda bəli, o sayda azarkeş var idi. Amma bazar günü maksimum 1500 nəfər olardı. Sualı “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədova ünvanlayanda, aldığımız cavab belə oldu: “Stadionda 2500 azarkeşin olduğunu AFFA nümayəndəsinə nə mən demişəm, nə klubun meneceri, nə də stadionun direktoru. Nəyə əsasən belə yazıblar, deyə bilmərəm. Özlərindən soruşsaz, yaxşıdı”.
Ardınca matçın dördüncü hakimi Ramil Diniyevi aradıq: “Mənim işim protokolu doldurmaqdı. Soruşanda mənə 2500 yazmağı dedilər. Kimdən soruşublar, kim nə deyib, onu bilmirəm”.
...təəccübü...
Razılaşa da bilərsiz, razılaşmaya da. Amma faktdı ki, bu gün premyer-liqa təmsilçiləri arasında çılğınlığı və bacarığı ilə ad çıxaran iki fanklub var: biri “Forza Neftçi”di, o biri “İmarət”. Təkcə “Qarabağ” – “Neftçi” oyunlarında tribunalara baxmaq kifayət edir ki, faktla razılaşasız.
“Neftçi”nin sadiq azarkeşlərindən sayılan “forzalılar” üçün nə hava şəraiti önəm daşıyır, nə səfər oyunu, nə də rəqibin kimliyi. Bakılı fanatlar istənilən halda tribunadakı yerini tutub, sevimli komandalarının yanında olduğunu göstərir. Lazım olanda məşqçi və futbolçuları təzyiq altında saxlamağı da bacarırlar, dəstək verməyi də. Aprelin 12-də Qəbələdə yerli komanda ilə “Neftçi” arasında baş tutan kubokun ilk yarımfinal oyununda “Forza Neftçi”nin dəstəyini gördüz? Görməyə dəyərdi. Özlərini meydan sahibi komandanın tərəfdarları kimi aparan qonaq fanklubun üzvləri 90 dəqiqə boyunca susmaq bilmədi. Düşünmək olardı ki, Qəbələdəki uğurlu nəticədən sonra Zirədə həngamə qoparacaqlar. Həm say, həm də dəstək baxımından. Lakin tam əksini gördük. “Zirə” – “Neftçi” qarşılaşmasında sayları 30-dan çox olmayan “forzalılar” bacardıqları qədər dəstək verməyə çalışsalar da, seyrəklik diqqətimizi çəkməyə bilməzdi. Bakıdan Qəbələyə olan 210 km yolu qət edənlərin paytaxtın mərkəzindən Zirəyə qədər olan 40 km məsafəyə görə canlarına əziyyət verməməsi təəccüblü göründü.
Sən demə, bunun da səbəbi varmış. Fanklubun rəhbəri Sübhan Əliyevi dinləyək: “Açığı, “Zirə”ylə oyunda say Qəbələdəkindən iki dəfə artıq olmalıydı. Sadəcə, kubok matçından sonra uşaqların başı qələbəni qeyd etməyə qarışmışdı deyə sağlamlıqları yaddan çıxmışdı. Qəbələdə yarıçılpaq halda komandanı dəstəklədilər. Sonra tərli-tərli avtobusa mindilər. Yolda yenə çay içmək üçün düşdülər. Ağılları Bakının havasına getmişdi. Özünüz də bilirsiz ki, Qəbələ zonasında axşam saatlarında soyuq olur. Ona görə də çoxu xəstələnmişdi. Belədə Zirəyə getməmələri məqsədəuyğun sayıldı. Çünki qarşıda daha vacib oyunlar var. Onlar olmasa da, 30 nəfərlə uşaqlar bacardıqları qədər dəstək verməyə çalışdılar. Say az olsa da, fikrimcə, keyfiyyət baxımından vəziyyət ürəkaçan idi”.
...hədiyyəsi
Yaranışının birilliyini ötən ay qeyd edən sport24.az saytının rəhbərləri Ceyhun Əliyevlə Mehman Süleymanov sabiq “Futbol+”çilərdi. Çiyinlərində illərin təcrübəsini gəzdirən həmkarlarımız çempionatın bütün oyunlarında iştirak edir, maraqlı müsahibə və reportajlarla oxucularını “qidalandırmağa” çalışırlar. Qısa müddət keçməsinə baxmayaraq, artıq sayt bazarında özlərinə yer etməyi bacarıblar.
Hesabat turunda cütlük ölkə futbolunda yeniliyə imza atdı. Belə ki, “Qəbələ” – “Səbail” oyunundan sonrakı mətbuat konfransında Mehman Süleymanov qonaqların baş məşqçisi Samir Əliyevə xüsusi hazırlanmış tort hədiyyə etdi. Səbəb isə oyundan bir gün əvvəl Əliyevin 39 yaşının tamam olmasıydı. Düzdü, həmkarımızın addımı birmənalı qarşılanmadı. Qınayanlar da oldu, haqq verənlər də. Bu öz yerində. Toxunmaq istədiyimiz məqam başqadı.
Belə ki, aprelin 13-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüydü. Ertəsi isə ağdamlılar səfərdə “Kəpəz”in qonağıydı. Və həmin görüşü işıqlandıranlar arasında sport24.az saytının əməkdaşı Əkbər Ağazadə vardı. Yəni Əkbər həmin tortdan Qurbanova da verə bilərdi. Amma verilmədi, belə bir hal yaşanmadı. Səbəbini Ceyhun Əliyev belə izah etdi: “Bu addımı “Qarabağ”dan, dolayı yolla Qurban Qurbanovdan başlasaydıq, nəinki media, ümumi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacaqdı. Konkret “bunlar yaltaqlanırlar” deyəcəkdilər. Nə var ki, yığmanın baş məşqçisidi, illərdi çempion olan və növbəti dəfə bu uğuru qazanmağa yaxın olan komandanın çalışdırıcısıdı. Samir Əliyevin çalışdığı klub isə bu gün heç bir mətbu orqanla reklam əməkdaşlığı etmir, bu və başqa yollarla jurnalistlərə dəstək vermir. Belə deyim, premyer-liqada ən kasıb komandanın baş məşqçisidi. Sırf dedi-qodudan, şayiələrdən uzaq durmaq üçün davam edəcək ənənənin kökünü Samir Əliyevin ad günündə qoyduq. Bunu etməklə klubların da medianın diqqət mərkəzində olduğunu göstərməyə çalışdıq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar