17 apr 14:28olke

Şimal zonasının pley-off matçlarında qeyri-adi mənzərələr

Şimal zonasının pley-off matçlarında qeyri-adi mənzərələr
Rahid Əmirquliyev doğma kəndini unudub
Yolboyu yağan yağış Qubaya çatanda daha da möhkəmləndi. Sanki göydən yerə el dili ilə desək, vedrə ilə su tökürdülər. Ölkənin şimal paytaxtı yaz yağışının əsirinə çevrilmişdi. Soyuq və yağışlı havanı görüb “çətin ki, belə vəziyyətdə oyunlar keçirilər” düşüncəsi ilə Quba Olimpiya Kompleksinin darvazasından içəri keçərkən stadion tərəfdən gələn səslər məni bir qədər ümidləndirdi. Pilləkənləri saya-saya bir qədər arenaya yaxınlaşanda, artıq komandaların meydanda mübarizə apardığını gördüm ki, bu da məni sevindirdi. Deməli, yaz yağışının altında AFFA-nın müxtəlif yaş qrupları üçün təşkil etdiyi çempionatın şimal zonası üzrə pley-off matçlarını izləyə biləcəm.
Yanacaqdoldurma məntəqəsi kimi istifadə olunan meydan
Yuxarıda qeyd etdiyim kimi, mən artıq “hadisə yerinə” çatanda U-11 liqası çərçivəsində iki matçın start fiti səslənmişdi. İki yerə bölünən meydanın bir hissəsində yerli komanda ilə Sumqayıtın “Uğur”, o biri yarısında isə Qusarın Şivanovka kəndinin komandası ilə “Sumqayıtspor” qalibi müəyyənləşdirməyə çalışırdı. Saat 11.00-da başlayan hər iki qarşılaşmanı yetərincə azarkeş izləyirdi ki, bu da sevindirici hal idi. Bəribaşdan qeyd edək ki, güclü yağış uşaqların meydanda normal hərəkət etməsinə mane olurdu. Ot örtüyünün bərbad (bundan ağır söz tapsaydım, onu yazardım) durumda olması onların işini bir qədər də çətinləşdirmişdi. Kənardan yaşıl görünən meydana bir qədər diqqətlə baxmaq kifayət edirdi ki, azyaşlıların ot örtüyü yox, palçıq üzərində top qovduğunu görəsən. Meydanın kələ-kötür olması isə daha dəhşətli mənzərə idi. Belə ağır şəraitdə futbol oynayan uşağın matçı ağır zədəsiz başa vurması belə böyük qəhrəmanlıq sayıla bilər. Qələbə qazanan komanda isə ikiqat qəhrəmanlıq nümayiş etdirmiş olur. 11 yaşılıların palçıqda top qovması və məktəb vaxtı oxuduğum Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından olan “Kərpickəsən qocanın hekayəti”ni yadıma saldı. Orda palçıqdan kərpic kəsən qoca cavan oğlana halal zəhmətin nə olduğunu anlatmağa çalışır. Bəs görəsən, AFFA rəhbərliyi futbolda yeni-yeni addım atan uşaqları palçıqlı meydanda top qovmağa məcbur etməklə nəyi başa salmaq istəyir? Mən şəxsən bunu başa düşmədim...
Nəticədən söz düşmüşkən, “Sumqayıtspor” “Şirvanovka”nı çətinlik çəkmədən böyük hesabla yenməyi bacardı. Yerli komanda ilə “Uğur”un görüşü isə çox dramatik alındı. Son saniyələrə qədər hesab 2:2 olsa da, meydan sahibləri qapıçının səhvindən qapısında 3-cü qolu gördü və meydanı məyus tərk etdi. Meydanın ağır olması həm məşqçiləri, həm də valideynləri narazı salmışdı. Oğlunun oyununu izləmək üçün Qusardan gələn atanın “helikopter düşən meydan bundan artıq olmaz ki” deməsi diqqətimdən yayınmadı və ona yaxınlaşıb söylədiklərinə aydınlıq gətirməsini xahiş etdim. Söhbət əsnasında məlum oldu ki, bir neçə ay öncə Xinalıq istiqamətində itkin düşən alpinistlərin axtarışına cəlb olunan helikopter yanacaq doldurmaq üçün bu meydana eniş edirmiş. “Dəmir quşu” yanacaqla təmin edən ağır tonnajlı avtomobillər də bu üzdən meydana girmək məcburiyyətində qalıb. Sən demə, kələ-kötürün səbəbi də bu imiş.
Yubanan polislər
“Şahdağ” – “Uğur” görüşü gərgin idman mübarizəsi şəraitində keçdi. Meydanda yaşananlar azarkeşlərə, daha dəqiq desək, hər iki komandanın üzvlərinin valideynlərinə də sirayət etmişdi. Bəzən hakimin qərarından narazı qalanlar ədalət təmsilçilərinin ünvanına qeyri-etik ifadələr işlədir, narazılıqlarını çox sərt formada bildirirdilər. Belə məqamda asayiş keşikçiləri ortaya çıxıb onları sakitləşdirməyə borclu idilər. Təəssüf ki, həmin an stadionda bir nəfər də polis yox idi. Matçda hər hansı xoşagəlməz insident yaşansaydı, onun qarşısını heç kim ala bilməyəcəkdi. Asayiş keşikçiləri arenaya gələndə isə artıq saat 12-ni keçmişdi.
Uşaqları çaşbaş qoyan məşqçilər, topsuz komandalar
U-11-in matçları başa çatandan sonra estafet U-12 liqasının komandalarına verildi. Bu liqada Sumqayıt OEUGİM-i ilə Siyəzəni təmsil edən “Neftçi” İK və Quba “Şahdağ”ı ilə Xaçmaz UGİM-i qalibi müəyyənləşdirməli idi. Lakin hər iki görüş qosuz ”sülh”lə başa çatdı. Növbəti mərhələyə adlayacaq komandanın adına cavab oyunlarından sonra aydınlıq gələcək. U-12 liqası çərçivəsində baş tutan oyunlarda qollar vurulmasa da, məşqçilərin uşaqlarla davaranışına xüsusi toxunmaq istərdim. Xaçmaz komandasını meydana iki məşqçi çıxarmışdı. Meydanın müxtəf yerlərində dayanan məşqçilər uşaqlara başqa-başqa tapşırıqlar verirdilər. Biri komandanın hücuma atılmasını tələb edirdisə, o birisi böyük qəzəblə “hara gedirsiz, indi gəlib vuracaqlar” söyləyib, yetirmələrinin müdafiədə “oturmasını” istəyirdi. Yazıq uşaqlar da bilmirdilər, kimə qulaq assınlar, hansı məşqçinin tapşırığına əməl etsinlər. Ümumiyyətlə, Qubada əksər uşaq məşqçilərinin azyaşlılarla danışıq qabiliyyətinin olmadığını gördüm. Bəzən bütün çərçivələri aşaraq “qoyun oğlu, qoyun” deyib uşağı təhqir edənlər də oldu. Onlar elə fikirləşirlər ki, həmin uşaq meydanda olduğundan dillərinə gətirdikləri təhqiramiz ifadələri eşitmir. Bəs ehtiyat oyunçular skamyasında oturanlar (əslində skamya olmadığından heç kim oturmamışdı. Ehtiyatda qalanlar yağışın altında islanmaq məcburiyyətində idi)? Yaxşı olardı ki, uşaqlarla işləyən məşqçilər sabah hansısa valideynlə yumruq davasına çıxmamaq üçün bu məsələdə xüsusilə diqqətli olsunlar.
Günün son oyunu isə U-14 liqasında çıxış edən “Şirvanovka” ilə “Neftçi” İK arasında keçirildi. Onu da qeyd edək ki, bu yaş qrupunda çıxış edən komandalar “böyük futbol”un qaydaları çərçivəsində oynayırlar. Yəni bütün meydan və 11 futbolçu. Lakin matçdan əvvəl gördüyümüz mənzərə bizi məyus etdi. Hər iki komanda Qubaya top gətirmədiyindən futbolçular topsuz çalışmağa məcbur oldular. Qusarlıların baş məşqçisi, veteran futbolçu Kamran Nurəhmədov top olmadığından meydanda taktiki dərs verməyi lazım bildi. Onun rəqib komandadakı həmkarı isə oyunçularına bir yerdə durmamağı, üşüməmək üçün meydanboyu qaçmağı məsləhət gördü. İndi özünüz düşünün, belə məsuliyyətsiz məşqçilərin əlinin altında hansı istedadlı futbolçu yetişər?
Azərbaycanı addım-addım gəzən “Qəbələ” rəsmisi
Qubada keçirilən oyunları izləyənlər arasında “Qəbələ” Futbol Akdemiyasında seleksiya qrupuna rəhbərlik edən Böyükağa Ağayevi görmək çox xoş idi. Böyükağa bəy bütün oyunları diqqətlə izləyir, komandaların heyətində az-çox fərqlənən uşaqların adlarını dəftərçəsinə qeyd edirdi. “Qırmızı-qaralar”ın şimal zonası üzrə seleksiyaçı-məşqçisi Azər Mehdiyev də onunla birgə idi. Söhbət zamanı onu da bildik ki, ötən həftə Ağayev Gəncədə olub, qərb bölgəsində mübarizə aparan komandaları izləyib.
Kamran Nurəhmədovun ümidinə qalan “Şirvanovka”
Matçlar başa çatandan sonra AFFA-nın nümayəndəsi İlkin Mustafayevə yaxınlaşıb, fikirlərini öyrəndik: “Pley-off mərhələsində oyunlar “ev-səfər” prinsipi ilə keçirilir. Sadəcə, əksər komandaların normal meydanı olmadığından məcbur olub hər iki görüşü Quba Olimpiya Kompleksinin meydanında keçiririk. Yalnız Sumqayıt komandaları bu məsələdə istisnadı. Düzdü, Siyəzəndə də stadion var. Ancaq orda oyun keçirmək üçün AFFA ödəniş etməlidi ki, bu da əlavə xərc deməkdi. İlk oyunlarda polisin olmamasına gəlincə, biz bununla bağlı məktubu Olimpiya Kompleksinin rəhbərliyinə göndəririk. Onlar da məktub əsasında həkim və polis dəvət edir. Əvvəlki matçlarda hər iki xidmətin əməkdaşları vaxtında iş başında olublar. Ancaq bu dəfə nədənsə polis bir qədər yubandı. Əvvəlki illərdə oyuna gələn komandalar yeməklə təmin olunurdular. Ancaq artıq iki ildi bu yoxdu. Səbəbini bilmirəm, yaxşı olardı ki, bu məsələyə rəhbərlikdən münasibət öyrənəsiz. Əvəzində komandaların yol xərcini AFFA qarşılayır”.
“Şirvanovka”nın çalışdırıcısı Kamran Nurəhmədov isə bunları söylədi: “Hazırda bizim kənddə 3 yaş qrupu üzrə komanda var. Hər üçünü də mən çalışdırıram. Kənardan heç bir kömək yoxdu, uşaq futboluna maliyyə ayrılmır. Əvvəllər AFFA bizi top və inventarla təmin edirdi. İndi bu da yoxdu. Hər üç yaş qrupu mənim sayəmdə ayaqüstədi. Şirvanovkadan çox futbolçu çıxıb. Aralarında premyer-liqada oynayan, millinin şərəfini qoruyan da var. Ancaq nə kılublarda top qovanlar, nə də milli üzvü olan Rahid Əmirquliyev kəndin uşaq futboluna yardım edir. Meydança ilə bağlı problemimiz yoxdu. Kənddə məşq etməyə şəraitimiz var. Bu gün səviyyəcə aşağı ola bilərik. Ancaq məşq etdirdiyim uşaqlar arasında istedadlılar var. Şərait olsa, onlar gələcəkdə ölkə futbolunda adlarından söz etdirə bilərlər. Bir də belə yerdə (əli ilə meydanı göstərir) futbol oynamaq olar?”
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar