15 apr 12:15olke

“Neftçi” “feyr-pley”in sayəsində debütantın öhdəsindən gəldi

“Neftçi” “feyr-pley”in sayəsində debütantın öhdəsindən gəldi
Dünən futzal üzrə yüksək liqanın 24-cü turu çərçivəsində iki oyun keçirildi. Turun açılış qarşılaşmasında turnir cədvəlinin qonşu pillələrində yer alan və hesabında eyni sayda xal olan komandalar – FK.İD ilə “Neftçi” qarşılaşdı. “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanan matçın ilk yarısında sükut pozulmadı. Hərçənd hər iki komandanın fərqlənmək üçün imkanları var idi. İkinci hissədə ilk təhlükəli vəziyyəti “Neftçi” yaratdı. Oruc ardıcıl 2 cəhddə Ramili məğlub edə bilmədi. Onun bu uğursuz cəhdləri komanda yoldaşlarının da narazılığına səbəb oldu. Ancaq 23-cü dəqiqədə kapitan Rüfət Balakişiyev özü də fərqlənə bilmədi. Nəhayət, sükut 27-ci dəqiqədə pozuldu. FK.İD-dən Elşən İbrahimxəlilov qapıçıdan qayıdan topu tora qovuşdurmaqla komandasını hesabda önə keçirdi. Bununla da, demək olar, oyun yenidən başladı. Debütantın üstünlüyü uzun çəkmədi və cəmi 2 dəqiqə sonra tablodakı rəqəmlər eyniləşdi. Bu dəfə Məhəmməd Katebi fərdi bacarığını işə saldı və bir neçə rəqibi aldadıb qapının uzaq küncünü dəqiq nişan aldı. Vahib Xocayev 34-cü dəqiqədə “Neftçi”ni hesabda önə keçirdi. 38-ci dəqiqədə meydanda xoşagəlməz hadisə yaşandı. “Neftçi”nin oyunçuları zədəli futzalçı olduğuna görə topu meydandan çıxardı. Bunu unudan rəqib autdan topu oyuna daxil edib qol vurdu. Lakin “feyr-pley”in pozulduğunu anlayan debutant səhvini dərhal düzəltdi. Belə ki, meydanın mərkəzində topa ikinci toxunuş edən Rüfət Balakişiyev qapıçının da kənara çəkildiyi boş qapını nişan aldı və 1 topluq fərq bərpa olundu. Sona 15 saniyə qalmış Tural Qurbanovun zərbəsi dirəkdən döndü. Beləliklə, gərgin keçən qarşılaşmada “Neftçi” qalib gəldi. Bu, “Neftçi”nin cari mövsümdə debutant üzərində ilk qələbəsidi. Belə ki, birinci dövrədəki oyunda “İtaldizayn” 5:2 hesabı ilə qalib gəlmiş, ikinci dövrədə 3:3 qeydə alınmışdı. Qış fasiləsindən sonrakı ilk duel isə təxirə salınıb.
Günün ikinci oyununda da “qonşular” üz-üzə gəldi. “Yasamal” “Xəmsə” ilə qarşılaşmanın 16-cı dəqiqəsində hesabda geri düşdü. Rüfət Cəlilov Toğrul İsmayılzadənin ötürməsini qapıdan keçirməklə hesabı açdı. Fasiləyə autsayderin üstün yollanmasında qapıçının əməyi danılmazdı. İkinci hissəyə də “Xəmsə” qolla başladı. Toğrul bu dəfə özü rəqib qapısına yol tapdı. Ancaq toparlanan “Yasamal” 2 topluq geriliyi aradan qaldırmağa, qələbə qazanmağa nail oldu. Əvvəlcə Mortoza qüvvətli zərbə ilə qapının uzaq küncünü dəqiq nişan alaraq, fərqi minimuma endirdi. 35-ci dəqiqədə Omid Oraz hesaba tarazlıq gətirdi. Növbəti hücum zamanı isə “Yasamal” oyunda ilk dəfə hesabı öz xeyrinə dəyişdi. Sadiq Cavid Rəşadla dueldən qalib ayrıldı. Bir dəqiqə sonra Şamo cərimə meydançası daxilində topun qarşısını əli ilə kəsdiyinə görə hakim penalti təyin etdi. Di gəl ki, Mortoza 6 metrlik məsafədən topu tirə vurdu. Əvəzində “Xəmsə” əks-hücum zamanı hesabı bərabərləşdirdi. Ancaq sona cəmi 8 saniyə qalmış qələbə topunu vuran “Yasamal” sensasiyaya imkan vermədi. Yenə Omid fərqlənməklə qələbəni təmin etdi.
24-cü tur
FK.İD – Neftçi 2:3 (0:0)
FK.İD: 12. Ramil Həsənzadə (k), 4. Elvin Quliyev, 9. Elşən İbrahimxəlilov, 13. Ağatahir Əzimov, 10. Faiq Əliyev; 1. Ümid Paşayev, 5. Ruzigar İbrahimzadə, 6. Anar Ağayev, 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov.
Baş məşqçi: Rafail Ağayev.
Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 6. Məhəmməd Katebi, 8. Vahib Xocayev; 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 13. Əjdər Əjdərov, 94. Oruc Baxşəli.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: E.İbrahimxəlilov, 27 (1:0). M.Katebi, 30 (1:1). V.Xocayev, 34 (1:2). E.İbrahimxəlilov, 38 (2:2). R.Balakişiyev, 38 (2:3).
Vərəqələr: A.Ağayev, 17. F.Əliyev, 27. R.Fərəczadə, 34 – sarı.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Hakim-inspektor: Arif Ağayev.
13 aprel. Bakı İdman Sarayı.
Yasamal – Xəmsə 4:3 (0:1)
Yasamal: 1. Məhəmməd Roştani, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 9. Vladislav Vorobyov, 80. Omid Oraz; 47. Rəsul Əkbəri, 5. Məhəmməd Vəfa, 8. Rza Mahdavi.
Rəhbər: Orxan Allahverdiyev.
Xəmsə: 1. Rəşad Zeynallı, 12. Ceyhun Yusifov, 9. Samir Əmirov, 10. Əli Həsənov (k), 11. Rüfət Cəlilov; 19. Samir Əlizadə, 2. Talıb Talıbzadə, 4. Elçin Zeynalov, 6. Şamo Talıbov, 8. Toğrul İsmayılzadə.
Baş məşqçi: Arif Vəliyev.
Qollar: R.Cəlilov, 16 (0:1). T.İsmayılzadə, 22 (0:2). M.Cahandost, 23 (1:2). O.Oraz, 35 (2:2). S.Cavid, 36 (3:2). Ə.Həsənov, 37 (3:3). O.Oraz, 40 (4:3).
Vərəqələr: R.Əkbəri, 31. Ş.Talıbov, 37 – sarı.
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Kənan Məlikov.
Hakim-inspektor: Ələkbər Məmmədov.
13 aprel. Bakı İdman Sarayı.
1. Araz 20 19 1 0 131-25 58
2. Marafon 19 13 1 5 80-37 40
3. Ekol 20 11 2 7 87-59 35
4. Neftçi 18 7 4 7 49-46 25
5. FK.İD 19 6 4 9 77-69 22
6. Yasamal 20 5 0 15 61-128 15
7. Xəmsə 20 0 2 18 45-166 2
Bombardir: Tyaqo (Araz) – 30.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar