15 apr 12:13olke

Baş məşqçilər təcrübəsizliyi qabartdı

Baş məşqçilər təcrübəsizliyi qabartdı
Elnur Zeynalov: “Turnirdə ən balacaboy üç komanda var idisə, hər üçü Azərbaycan təmsilçiləriydi”
Bir neçə gün öncə “Neftçi”, “Qəbələ” və “Vətən”in U-12 komandalarının “İzmir Cup” beynəlxalq turnirində iştirak etdiyini xəbər vermişdik. Təəssüf ki, təmsilçiləmiz qardaş ölkədə keçirilən yarışda uğursuz nəticələrlə yadda qaldı. Yalnız “Vətən” bu mənada fərqləndi. Belə ki, 56 komandanın mübarizə apardığı yarışın yekununda “Vətən” 23-cü, “Qəbələ” 44-cü, “Neftçi” isə 49-cu oldu. Halbuki istər “Qəbələ”, istərsə də “Neftçi” aşağı yaş qrupları üzrə liqalarda “at oynadır”. Ancaq xaricə çıxan kimi bizimkilərə real yerlərini göstərirlər. Dünən hər üç komandanın baş məşqçisi ilə danışmaq qərarına gəldik. Ən bərbad nəticə ilə yadda qalan “Neftçi”nin çalışdırıcısı Emin Salmanov çoxsaylı zənglərimizi cavabsız qoydusa, digər iki mütəxəssisin fikirlərini öyrəndik.
Elnur Zeynalov (Vətən): "Bildiyimə görə, ilk dəfə bu turnirdə 56 komanda iştirak edirdi. Ümumilikdə normal çıxış etdik. Açığı, rəqiblər bəlli olanda, çoxları qrupdan çıxacağımıza şübhə ilə yanaşırdı. Ancaq mən komandama inanırdım. Normal kollektivimiz var, uşaqlar topla oynamağı bacarır. Nəticədən də öndə duran əsas məsələ müxtəlif məktəblərin, akademiyaların təmsilçiləri ilə üz-üzə gəlməyimiz idi. Uşaqların təcrübə qazanması üçün bu yarışın həqiqətən bizə çox xeyri oldu. Təşkilatçılıq normal idi, bütün komandalar beşulduzlu oteldə qalırdı. Oyunlara aparılıb-gətirilmə də yüksək səviyyədə idi. Səfər zamanı hər hansı problemimiz olmadı. Təbii, "Neftçi" və "Qəbələ"nin də oyunlarını izlədim. Çünki bu komandalar çempionatda bizim rəqiblərimizdi. Bu üzdən onların xarici kollektivlərlə mübarizəsi maraqlı idi. Əslində onların da qrupuna yaxşı komandalar düşmüşdü. Ola bilər, bizimlə müqayisədə "Neftçi" və "Qəbələ" üçün nəticələr qənaətbəxş olmadı. Lakin onlar üçün də böyük təcrübə idi. Uşaqlarımızın o cür oyunlara çıxması onların özlərinə xeyirdi. Belə turnirlərə nə qədər çox qatılsaq, o qədər faydasını görərik. Biz il ərzində bir-iki dəfə bu cür yarışlarda iştirak ediriksə, Avropa komandları 7-8, hətta 10 belə turnirə qatılır. Kənardan baxanda da hiss olunurdu ki, rəqiblər üçün həyəcan yox idi. Çıxıb rahat oynayırlar, çünki alışıblar. Əksər komandaların oyunlarını izlədik. Həm Skandinaviya ölkələrindən gələnlər, həm də Hollandiya təmsilçiləri fərqlənirdilər. Uşaq olmalarına baxmayaraq, təşkilatlanmış şəkildə mübarizə aparırdılar. Görürdün ki, fərqlənirlər, seçilmiş uşaqlardı. İnanın ki, turnirdə ən balacaboy üç komanda var idisə, hər üçü Azərbaycan təmsilçiləriydi. Ancaq bunlar peşəkar, yığma oyunçuları deyillər ki, hər şey mükəmməl olsun. Sadəcə, daha çox turnirdə iştirak etsək, inkişaf etmək olar. Millilərdə yetirmələrim var, onlarla söhbət edəndə də görürəm ki, xaricdə oynayanda həyəcan keçirirlər. Səbəb isə uşaq futbolunda çıxış edərkən beynəlxalq turnirlərdə iştirak etməmələridi. Avropa komandaları üçün ev-səfər oyunları fərq eləmir. Tutaq ki, "Real" kimi klub səfərdə evdəkindən daha yaxşı oynayır. Bunlar hamısı alışqanlıqdan irəli gəlir. Biz isə evdə özümüzü göstəririk, səfərdə problemlər ortaya çıxır. Bununla belə, "İzmir Cup"da seçilən uşaqlarımız oldu. Özlərini yaxşı tərəfdən göstərdilər, rəqib önündə itib-batmadılar. "Krasnodar"ın rəhbəri yaxınlaşıb komandamız haqda müsbət fikirlər səsləndirdi. Həmçinin "Braqa" tərəfi də çıxışımızı yaxşı qiymətləndirdi. Ardıcıl şəkildə belə turnirlərə qatılsaq, faydasını görərik. O ki qaldı səfərin maliyyə tərəfinə, gedib-gəlmək, orda qalmaq rəhbərliyin hesabına idi. Sadəcə, dəvət etmişdilər və orda oyunlara aparıb-gətirmək təşkilatçılar tərəfindən həyata keçirildi. Bu üzdən rəhbərliyə təşəkkür edirik. Ümumiyyətlə, bizdə komandalar imkan düşdükcə turnirlərə göndərilir. İldə iki dəfə təlim-məşq toplanışımız olur. Rəhbərlik hansısa problemimizin olmamasına çalışır. Rayonlarda seleksiya aparırıq, istedadlı uşaqları gözdən qaçırmamağa çalışırıq. Əsas hədəfimiz də ölkə futboluna xeyir vermək, yığmalar üçün futbolçu yetişdirməkdi".
Şehruz Mustafayev (Qəbələ): “Bir gündə 6 oyun keçirirdik. Bizim uşaqlar da bu cür rejimə alışmayıb. Ancaq təcrübə baxımından qazancımız oldu. “Alkmaar”, “Qalatasaray” kimi rəqiblərlə qarşılaşmaq uşaqlar üçün faydalıdı. Təşkilatçılıq baxımından elə bir problem görmədik. Xırda çatışmazlıqlar isə vardı. Düzdü, hər bir komandaya ayrıca paltardəyişmə otağı ayırmaq mümkünsüz idi. Ancaq bəzən 3 komanda bir otaqdan istifadə edirdi. Tutaq ki, ilk oyunda hər şey qaydasında olurdusa, ikinci dəfə həmin paltardəyişmə otağından istifadə edəndə durum fərqli olurdu. Doğrudu, bunlar kiçik şeylərdi. Lakin oyunlar arasındakı müddət də bəzən narahatlıq yaradırdı. Çünki yemək vaxtı olanda baxırsan ki, növbəti qarşılaşmaya bir saat qalıb, tələm-tələsik toparlanmaq məcburiyyətində qalırsan. Gün ərzində 6 oyun, fikrimcə, bizim uşaqlar üçün normadan artıq idi. Uşaqlar ən böyük yükü oyun zamanı alır. Bizimkilərin təcrübəsizliyi özünü göstərdi. Müəyyən komandaların adına baxıb həyəcan keçirirdilər. Bəzi uşaqlar ilk dəfə belə turnir görürdü. Bizim heyətdəki uşaqlardan dördü 2007 təvəllüdlü idi. O məqamlara toxunmaq istəməsəm də, bəlkə də digər komandalarda yaşı çox olan uşaqlar var idi. Bəziləri mənimlə bir boyda idi ki, onun 2006 təvəllüdlü olmasına inanmaq olmur. Lakin bizə belələri lazım deyildi. Əsas, vacib məsələ təcrübə qazanmaq idi. “Qəbələ”nin liqalarda lider olub, xaricdə bunu ortaya qoya bilməməsinin əsas səbəbi bu cür turnirlərdə müntəzəm iştirak etməməsidi. Bu davamlı olmalıdı. Düzdü, bizdə hər yaş qrupu il ərzində bir-iki turnirə göndərilir. Ancaq 4-5 belə yarış lazımdı. Çempionatımızın səviyyəsi çox aşağıdı. Bunu boynumuza almalıyıq. Biz Qəbələdə zona oyunları keçiririk, Yevlax, Mingəçevir, Ağdaş komandaları ilə qarşılaşırıq. Ordakı nəticələrdən də xəbərdarsız. Burda gəzə-gəzə 10, 20 qol vurursan və gedib birdən-birə “Qalatasaray”, MS kimi rəqiblərlə üz-üzə gəlirsən. Rəhbərlik nəticələri normal qarşıladı. Bununla bağlı bir problem yoxdu. Əsas məsələ uşaqların gücünü görmək, onlara təcrübə qazandırmaqdı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar