Yazarlar
Amal
Təşəkkürlər, RaufHəbib
46 yaşınız mübarək!
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya

Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?

“Qəbələ” radikal islahatlara hazırlaşır

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”

Mehman Allahverdiyev ilyarımlıq susqunluğu pozdu

Butragenyo Romada Asif Əsgərovla zarafat edib

PFL divizionla bağlı inqilabi dəyişikliklərə hazırlaşır

Elvin Yunuszadənin dayısı Qurban Qurbanova haqq qazandırdı

Amil Yunanov bombardir olmaq istəyir

Rauf Əliyev “Qəbələ”də!

İrəli, Şah, Azərbaycan uğrunda...
13 apr 23:16olke
“Kəpəz”də növbəti maaş üsyanı

AFFA-dan Gəncə rəhbərliyinə mesaj: “biz olmasaq, batarsız”
Yunis Hüseynovun dərdi təkcə “Kəpəz”i sonuncu pillədən çıxarmaq olsaydı, nə vardı? Təcrübəli çalışdırıcı bilmir rəqibləri təhlil etsin, məşqi Gəncədə, yoxsa Bakıda keçsin, ya da futbolçuları oyuna kökləsin. Hamısı bir-birinə qarışıb.
İş burasındadı ki, qərb təmsilçisinin daxilində yenə narazılıqlar baş qaldırıb. Problem həmişəki kimi puldu. Yalnız yanvarın əməkhaqqına sahib çıxan komanda üzvləri avans şəklində fevralın maaşının müəyyən hissəsinə yiyələniblər. Aprelin ortasıdı və ayyarımlıq borc qalmaqdadı. Nə dəqiq söz deyən var, nə də pul paylayan. Hamı da sualı Yunis Hüseynova verir. O da çarəsiz şəkildə vəziyyətin düzələcəyinə dair söz verməkdən çəkinmir. Başqa əlacı yoxdu. Qarşıda “Qarabağ”la oyun olduğunu nəzərə alsaq, futbolçuların bu görüşə necə hazırlaşacaqları şübhə doğurur. Hətta bəzi legionerlərin kirayə qaldıqları evin pulu belə verilməyib. Mənbəmizin dediklərinə inansaq, durum yaxşıya doğru dəyişməsə, əcnəbilər mövsümün sonunu gözləmədən AFFA-ya və UEFA-ya şikayət edəcək.
Halbuki “Kəpəz”də buna qədər pulla bağlı problem olmurdu. Payızda AFFA-nın klubdakı nümayəndəsi Mikayıl Nərimanoğlunun fırıldaqlarının üstünün açılması Gəncə şəhərinin rəhbərliyinin “dilinin uzanmasına” gətirib çıxardı. Ona görə də indi bir çox səlahiyyətlər şəhər merindədi. Hətta AFFA-nın istəyi ilə baş məşqçi postuna əyləşdirilən Şahin Diniyevin göndərilib, yerinə gəncəli Yunis Hüseynovun təyin olunması da başçının və ətrafındakıların göstərişindən sonra baş tutmuşdu. Ona görə də belə durum yaranıb. AFFA kluba verilməli olan pulu gecikdirməklə bir növ Gəncə rəhbərliyinə “biz olmasaq, batarsız” mesajını göndərir. Belə olmasaydı, “Keşlə”dəkilərin maaşları da gecikdirilər, səs-sorağı çıxardı.
Həqiqətən çətin durumdu. Çox güman, hansısa məqamda “partlayış” olacaq. Bax, onda hər şey üzə çıxacaq. Gözləyək, görək...
HƏBİB
Şərh yaz