13 apr 23:01olke

“Sumqayıt” da uduzarmış...

“Sumqayıt” da uduzarmış...
Diktor funksiyasını “Keşlə”nin mətbuat katibi yerinə yetirdi
Keşlə – Sumqayıt 1:0 (0:0)

Keşlə: 15. Orxan Sadıqlı, 4. Slavik Alxasov (40. Nemanya Stoyanoviç, 56), 33. Tərlan Quliyev, 27. Adrian Skarlatake, 3. Denis Silva, 2. Sərtan Taşkın, 24. Fuad Bayramov, 90. Ebrima Sohna, 7. Vaqif Cavadov (k) (21. Herve Tçami, 81), 10. Sezar Meza Kolli, 9. Pərdis Fərcad-Azad.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 16. Şahin Zəkiyev, 14. Andre Klennon, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 80. Rəfael Məhərrəmli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov.
Sumqayıt: 1. Fərhad Vəliyev (k), 19. Azər Salahlı, 13. Bəhlul Mustafazadə, 2. Rail Məlikov, 18. Tural Axundov, 5. Vüqar Bəybalayev (17. Nicat Qurbanov, 65), 97. Xəyal Nəcəfov (6. Kamal Mirzəyev, 46), 7. Cavid Tağıyev, 32. Rəşad Eyyubov, 11. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov (10. Cavid İmamverdiyev, 55).
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev.
Baş məşqçi: Samir Abasov.
Qol: S.Meza Kolli, 90+2.
Vərəqələr: V.Bəybalayev, 20 (qeyri-idman hərəkəti). V.Cavadov, 58 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 85 (hakimin qərarına etiraz)– sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
12 aprel. Bakı. İnter Arena. 800 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Çempionatda yer tutaraq avrokuboklara vəsiqə qazanmaq şansını əldən verən meydan sahibləri gözünü kuboka dikdiyi halda, qonaqların düşərgəsində fərqli ab-hava hökm sürürdü. “Kimyaçılar”ın mövsümü 3-cü yerdə başa vurmaq imkanı öz əlindədi. Kubokun finalına yüksəlmək, ən yaxşı halda qəniməti baş üzərinə qaldırmaq isə əlavə üstünlük sayılacaq. Odu ki, “Sumqayıt”la yarımfinal oyunları Yuri Maksimov və yetirmələri üçün son şans sayılır.
Bəxtiyar Həsənalızadə və Vurğun Hüseynov kimi mərkəz müdafiəçilərin yoxluğunda Samir Abasov 5-4-1 yox, 4-5-1 taktiki sxeminə güvənmək məcburiyyətində qalmışdı. Üstəgəl, zədəli Cavid İmamverdiyev növbəti oyunlar üçün qorunurdu. Bu itkilərin fonunda “kimyaçılar”ın çətinlik çəkəcəyi şübhə doğurmurdu. Xüsusilə “dirijor” İmamverdiyevin yoxluğu sözünü deyəcəkdi, dedi də.
Oyuna gəlincə, yarımfinal adına yaraşmayan tamaşaya şahidlik etdik. İlk görüşün yaratdığı qorxu və həyəcan azmış kimi, yararsız süni örtükdə zədələnmək riski futbolçuları ehtiyatlı davranmağa məcbur edirdi. “Sumqayıt”ın əsas məqsədi səfərdə qol buraxmamaq, imkan düşdükcə əks-hücumlarda bəxtini sınamaq idi. “Keşlə” isə əksinə, hücum etməyə çalışırdı. Di gəl ki, qol buraxmaq qorxusu onlara da rahat hərəkət etmək imkanı vermirdi. İkinci yarı ilə müqayisədə ilk hissənin nisbətən maraqlı keçdiyini deməliyik. Bir epizodda Fərhadın cəldliyi, digər iki vəziyyətdə isə Orxanın soyuqqanlı davranışı hesabın açılmasını əngəllədi.
Oyuna sonradan qoşulan Nicat Qurbanov Qəbələdə olduğu kimi, bu dəfə də xilaskar rolunu oynaya bilərdi. Lakin onun asmayabənzər zərbəsindən sonra top tirə tuş gəldi. “Keşlə” axtardığı qolu uzatma dəqiqəsində tapdı. Sezar Meza Kolli cərimə zərbəsindən solaxay zərbə ilə yaxın küncü dəqiq nişan aldı kı, 38 yaşlı Fərhadın səhvi həlledici oldu. Bərabərsəviyyəli oyunda bakılıların qələbəsi heç kimi təəccübləndirmədi. “Sumqayıt”ın dağınıq oyunu fonunda rəqibi zəfəri bayram etməliydi.
Çempionatda sonuncu dəfə noyabrın 11-də, yəni 12-ci turda “Qarabağ”a uduzan “Sumqayıt” kubokun 1/4 finalının ilk görüşündə də çempiona boyun əymişdi. Həmin tarix isə dekabrın 11-i idi. Bu isə o deməkdi ki, mövsümün sürpriz komandası 4 aydan sonra uduzdu.

Gözdən qaçmadı
* Oyundan təxminən 15 dəqiqə əvvəl paltardəyişmə otaqlarına gedən dəhlizdə matçın AFFA nümayəndəsi Maşallah Əhmədov hansısa məqamla bağlı polis çavuşuna narazılığını bildirirdi. Hər halda, “belə də olmaz” iradından bunu anlamaq çətin deyildi.
* “Keşlə”nin mətbuat katibi Səbuhi Məmmədov stadionun diktoru funksiyasını yerinə yetirirdi.
* Hakimin final fitindən əvvəl “Sumqayıt”lı azarkeşlər “ən böyük kapitan bizim kapitan” şüarını səsləndirincə, Vurğun Hüseynov ehtiyat oyunçular skamyasından ayağa qalxıb tərəfdarlara alqışla qarşılıq verdi.
* “Kəpəz” “Qarabağ”la oyuna hazırlığı Gəncədə davam etdirsə də, “sarı-göylər”in müdafiəçisi Dedimar Fereyra “İnter Arena”da idi.
* İkinci hissənin gedişində qonaqların baş məşqçisi Samir Abasov baş hakimə, ardınca dördüncü hakimə narazılığını kobud şəkildə bildirincə, Rəhim Həsənov köməkçisi Ömər Paşayevin tapşırığından sonra “Sumqayıt”ın çalışdırıcısını tribunaya göndərdi. Qərarla razılaşmayan Abasov heç cür yerini tərk etmək istəmir, qovulmasının səbəbini aydınlaşdırırdı. İş o yerə çatdı ki, kapitan Vurğun Hüseynov da hadisə yerinə yaxınlaşıb baş məşqçisini sakitləşdirməyə çalışdı. Təxminən 2 dəqiqəlik çək-çevirdən sonra Samir bəyi texniki zonadan uzaqlaşdırmaq mümkün oldu.
* Oyunboyu yetirmələrinə tapşırıqlarını verən Yuri Maksimovun sona yaxın gücü tükənmişdi. Deməyə söz tapmayan ukraynalı çalışdırıcı Nemanyaya göstərişini əmr yox, xahiş formasında verdi ki, futbolda nadir hadisələrdən idi: “otkroysya, pojalusta” (xahiş edirəm, “açıl”).
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar