13 apr 22:58olke

Əhmədov: “Cavab matçında daha aqressiv oynayacağıq”

Əhmədov: “Cavab matçında daha aqressiv oynayacağıq”
Qriqorçuk: “Faciəvi bir şey baş verməyib”
Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransına əvvəlcə Tərlan Əhmədov gəldi və bunları dedi:
- Kubok oyunu həmişə ağır olur. Bu gün də ağır keçəcəyini bilirdik. Görüşə həddən artıq köklənmişdik. Çalışırdıq ki, ilk qarşılaşmada cütün taleyini həll edək. Bu gün əla və hücum futbolu oynadıq. Fanatlarımıza təşəkkür edirəm ki, 200 km yolu qət edib, bizə dəstək verdilər. İki gündən sonra süni örtükdə “Zirə” ilə ağır matça çıxacağıq. Təbii qazondan süniyə keçid hər zaman çətin olur.
- Özünüzü finala nə dərəcədə yaxın sayırsız?
- Hesab 2:0 olanda vəzifəni yerinə yetirdiyimizi düşünürdüm. Ancaq hətta 3 top fərqinin də cavab oyununda yetərsiz qaldığını Çempionlar Liqasında da gördük. Bütün məsələlər cavab görüşündə həll olunacaq. Rəqibin gücünə bələdik. Cavab matçında daha aqressiv oynayacağıq.
- “Zirə” ilə oyundan sonra kubokun cavab görüşünə çıxacaqsız. Qısa intervalla matçlara çıxmaq rotasiyaları labüd edir?
- Yetərincə futbolçumuz var. Ruslanın olmaması bizi narahat edir. Abışov “Zirə” ilə oyunda da bizə kömək edə bilməyəcək. Peşəkarlıqdan, avrokuboklarda oynamaqdan danışırıqsa, futbolçu 3 gündən bir oyuna çıxmağa hazır olmalıdı.
- Bu gün “Qəbələ” zəif oynadı, yoxsa siz güclü çıxış etdiz?
- Mən komandama baxıram. Biz sürətli oyun sərgilədik. Hər iki komandanın ifasında baxımlı mübarizə izlədik. Bura gələndən hücum və gözəl futbol oynamalı olduğumuzu söyləmişəm. Komanda qol buraxa da bilər. Mənim üçün müdafiədə oturmaq yaddı.
- Mirabdulla və Eminə əsas heyətdə şans verməməyiniz nə ilə bağlı idi?
- İki gündən sonra oyunumuz var. Rotasiyalar etməliyik. Mirabdulla və Emin neçə tur idi əsas heyətdə oynayırdı və ona görə bu dəfə onlara dincəlmək imkanı verdim. Lukasa çoxdan şans verməmişdik, bu gün yüksək səviyyədə çıxış etdi.
- Mustivar ilk dəfə 90 dəqiqə oynadı və qol ötürməsi verdi. Artıq tam formaya düşdüyünü deyə bilərik?
- Məndə əsas və ehtiyat heyət yoxdu. Məşqlərdə kim özünü yaxşı tərəfdən göstərirsə, o da şans qazanır. Bu gün Mustivar da çox yüksək səviyyədə oynadı. Heyətə düşmək hər futbolçunun öz əlindədi. Bunun üçün məşqlərdə özlərini yüksək səviyyədə göstərməlidilər.
Daha sonra Roman Qriqorçuk jurnalistlər qarşısına çıxdı:
- İndi geniş təhlil vermək fikrində deyiləm. Heç bir oyunçuma mənfi bir şey deyə bilmərəm. Futbolçularımız motivasiyalı idi. Kritik vəziyyət deyil. Oyuna çox yaxşı başladıq. Çox təəssüf ki, ələ düşən imkanlardan yararlana bilmədik. Əvəzində rəqibə qol hədiyyə etdik. Bizim üçün ən pis ssenari oldu. Ancaq cavab oyununda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Bu gün futbolçularda yetərincə məsuliyyət hissi görmədik. Bu fikirlə razısız?
- Yox, heç bir halda. Bu gün onlar əllərindən gələni etdilər.
- Ancaq Cavid Hüseynov oyunu bərbad keçirdi. Qismət Alıyevin yetərincə səhvləri oldu. Meydanda hansı canqoymadan söhbət gedə bilər?
- Futbolçu hücumu tamamlaya bilmirsə, deməli, onda bir qədər ustalıq çatışmır. Gənc futbolçular belə səhvlərə yol verə bilər. Buna görə oyunçularımı qınaya bilmərəm.
- Bu nəticədən sonra cavab oyunu üçün nə deyə bilərsiz?
- Hər hansı proqnoz verə bilmərəm. Yenə deyirəm, faciəvi bir şey baş verməyib. Bu gün şanslarımızın olduğunu görürəm. Əlimizdən gələni edəcəyik ki, daha səviyyəli oynayaq və Bakıda minimum 2 qol vuraq. Sadəcə, hücumları tamamlamaq üçün ustalığımızı artırmalıyıq.
- Rasim Ramaldanovda nə çatmır ki, əsas heyətdə yer almır?
- Mən başa düşmürəm, niyə məhz Rasimi qeyd edirsiz? Bu gün 7 nəfər oynamayıb.
- Məsələ burasındadı ki, bu futbolçu stopper olsa da, cinah müdafiəçisini onun mövqeyində oynadırsız...
- Məşqçilərlə çox şeyi müzakirə edirik. Kimin oynamağa hazır və layiq olduğunu görürüksə, ona şans veririk. Rasim bu gün oynamasa da, sabah meydana çıxa bilər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar