Yazarlar
Amal
Təşəkkürlər, RaufHəbib
46 yaşınız mübarək!
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya

Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?

“Qəbələ” radikal islahatlara hazırlaşır

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”

Mehman Allahverdiyev ilyarımlıq susqunluğu pozdu

Butragenyo Romada Asif Əsgərovla zarafat edib

PFL divizionla bağlı inqilabi dəyişikliklərə hazırlaşır

Elvin Yunuszadənin dayısı Qurban Qurbanova haqq qazandırdı

Amil Yunanov bombardir olmaq istəyir

Rauf Əliyev “Qəbələ”də!

İrəli, Şah, Azərbaycan uğrunda...
13 apr 22:55olke
“Neftçi” finalın qapısını araladı

Abışov “Forza Neftçi”yə qoşuldu, Qriqorçuku istefaya səslədilər
Qəbələ - Neftçi (Bakı) 1:2 (0:2)
Qəbələ: 23. Aqil Məmmədov, 33. Təmkin Xəlilzadə (6. Elvin Məmmədov, 46), 3. Voislav Stankoviç, 34. Ürfan Abbasov, 8. Qismət Alıyev (74. Yusif Nəbiyev 90), 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 10. Ruslan Qurbanov (18. İlqar Qurbanov, 54), 19. Filip Ozobiç, 28. Stiven Jozef-Monroz, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 35. Murad Popov, 66. Sərxan Osmanov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 16. Dion Malone, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Neftçi: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 25. Kiril Petrov, 6. Rəşad Sadiqov (k), 2. İlkin Qırtımov, 10. Derlis Meza Kolli (12. Mayk Kampaz, 89), 93. Soni Mustivar, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev (8. Emin Mahmudov, 76), 11. İqnasio Errera, 9. Lukas Qomes (22. Mirabdulla Abbasov, 84).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 3. Fərid Abbaslı, 19. Fransisko Qarsiya, 21. Məhəmməd Mirzəbəyov, 77. Elvin Sərkərov, 97. Elnur Cəfərov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qollar: L.Qomes, 29 (0:1). N.Ələsgərov, 45 (0:2, S.Mustivar). S.Jozef-Monroz, 90+1 (1:2, İ.Qurbanov).
Vərəqələr: F.Ozobiç, 68 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 86 (qeyri-idman hərəkəti). Q.Alıyev, 88 (qeyri-idman hərəkəti). R.Əzizli, 90+3 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
12 aprel. Qəbələ. Şəhər stadionu. 2800 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Bu komandaların indiyədək kubok çərçivəsində keçirdikləri bütün oyunlarda 90 dəqiqə ərzində qalib müəyyənləşməmişdi. “Neftçi” ən azı bu ənənəni davam etdirmək niyyətindəydi. “Qəbələ” isə doğma meydan üstünlüyündən yararlanıb, mütləq qalib gəlməyi hədəfləmişdi. Hərçənd son 6 oyunda uduzmayan bakılıları yenməyin asan olmayacağı bəlli idi. Hər iki komandanın heyətində ciddi dəyişikliklər var idi. Roman Qriqorçuk zədəli Dmitri Bezotosnı, Vitali Vernidub və Baqali Dabonun xidmətindən məhrum idi. Ukraynalı mütəxəssis stopper mövqeyində Rasim Ramaldanova yox, cinah müdafiəçisi olan Ürfan Abbasova şans vermişdi. Hücumda isə Famussa Kone Dabonun yoxluğunu unutdurmalıydı. “Neftçi”də Ruslan Abışov cəzalı olduğundan Kiril Petrovun yanında Rəşad Sadiqov oynayırdı. Emin Mahmudovla Mirabdulla Abbasovun ilk “11-lik”dən kənarda qalması da sürpriz idi.
İlk yarı yetərincə baxımlı alındı. Komandalar istəkli və sürətli oyun sərgiləyirdi. Hərçənd ilk qol vəziyyətini görmək üçün 10 dəqiqə gözləməli olduq. Ozobiçin uzaq küncə ünvanladığı zərbəni Əzizli əla reaksiya ilə dəf etdi. Az sonra Qismətin o qədər də güclü olmayan vuruşunu Rəşad ram etməkdə çətinlik çəkdi. 13-cü dəqiqədə Qomesin baş zərbəsi Məmmədov üçün təhlükəli olmadı. “Qəbələ”nin növbəti iki hücumu qonaqları həyəcanlandırdı. Qurbanovun baş zərbəsi, Ozobiçin isə uzaqdan vuruşu cüzi fərqlə “çərçivə”dən yan keçdi. Tədricən təşəbbüs “Neftçi”nin tərəfinə keçdi. Artıq “ağ-qaralar” topla daha çox oynayan tərəf idi. 24-cü dəqiqədə Rəhman əlverişli mövqedən cərimə zərbəsini boşa versə də, bir qədər sonra bakılılar hesabı açdı. Amma bunun üçün onlar Alıyevə təşəkkür etməlidi. Çünki Qismətin geriyə ötürməsi zəif alındığından topu ələ keçirən Qomes toru silkələdi. Bundan sonra “Qəbələ” bütün qüvvəylə irəli atıldı. Meydan sahibləri əsasən sol cinahdan qapı qarşısına ötürmələrlə fərqlənməyə çalışırdı. Bu mənada əsas yük Təmkinin üzərinə düşürdü. Ancaq Xəlilzadə bəzən qərar verməkdə ləngiyir və nəticədə topu itirirdi. Ruslan isə sağ cinahda işsiz qalmışdı. Yaxşı qapanan “Neftçi” rəqibə boşluq vermirdi. Bu azmış kimi, qonaqlar bir tutarlı əks-hücumla fərqi artırdı. Mustivarın əla ötürməsini Ələsgərov uzaq küncə göndərdi.
Qriqorçukun fasilədə Təmkini Elvinlə əvəzləməsi bir qədər gözlənilməz oldu. Bir qədər sonra Ruslanın yerinə İlqar meydana çıxdı. Belədə Alıyev müdafiənin soluna, Qurbanov isə sağına keçdi… Əvvəlcə Hacıyevin zərbəsi qapıdan yan keçdi. Daha sonra Ələsgərovla Krivotsyuk fərqi 3 topa çatdırmağa yaxın oldu. Sonrakı dəqiqələrdə hakim iki dəfə penalti epizodunu qaçırdı. O, “Qəbələ”nin futbolçusuna qarşı kobudluğa göz yumdusa, Elvinin əllə oyununa məhəl qoymadı.
Bir saatın tamamında Kone meydan sahiblərinin ən real qol vəziyyətini boşa verdi. Hücumçu uzun hava ötürməsindən sonra Əzizlini məyus edə bilmədi. 73-cü dəqiqədə Krivotsyuk reydini zərbəylə tamamlasa da, Məmmədov ayıq-sayıq idi. 82-ci dəqiqədə Derlisin itirdiyi topu Ozobiç ələ keçirib, irəli atılsa da, ötürməsini Jozef-Monroz boşa verdi. Ancaq oyuna artırılmış ilk dəqiqədə İlqarın asmasını dəqiq tamamlamaqla Stiven “günahını yudu”. Bununla belə, məğlubiyyətdən qurtarmaq üçün, demək olar ki, vaxt qalmamışdı. Beləliklə, “Neftçi” səfər qələbəsiylə finalın qapısını araladı.
Maraqlıdı...
* Oyuna maraq çox böyük idi. Bəlkə də bu mövsüm Qəbələ şəhər stadionunun tribunalarında belə anşlaq olmamışdı. Bu görüşü yerli klubun prezidenti Tale Heydərov da canlı izləyirdi. “Forza Neftçi” də tam heyətlə bölgə səfərinə çıxmışdı. Qonaqların ikinci qolundan sonra bəzi qəbələlilər stadionu tərk etdi.
* Komandalar fasiləyə yollanarkən yerli azarkeşlərin bir qismi “istefa” şüarını səsləndirdi. Etirazçıların əksəriyyəti yaşlı nəslin nümayəndələri idi.
* İkinci hissədə Ruslan Abışov oyunu “Forza Neftçi”nin yerləşdiyi sektordan izlədi. Azarkeşlər bir neçə dəfə onun adını hallandırmağı özünə borc bildi. 70-ci dəqiqədə qonaq fanatlar petard yandıraraq ortalığı tüstüyə bürüdü. Bir neçə dəqiqə sonra “Red Black Army” adekvat cavab verdi.
SƏRXAN
Şərh yaz