13 apr 22:54olke

Yubiley qolunda iranlı imzası

Yubiley qolunda iranlı imzası
Çərşənbə axşamı futzal üzrə yüksək liqada 23-cü turun oyunları keçirilib. Bakı İdman Sarayında baş tutan turun açılış matçında autsayderlə debütant qarşılaşıb. “Xəmsə”nin qış fasiləsindən sonra heyətlə bağlı problemlərinin olduğu aydın idi. Amma “Marafon” da itkilərdən qaça bilməmişdi. Kapitan Renat Sultanov əməliyyat olunduğuna görə hələ meydana çıxmağa hazır deyilsə, ümidləri doğrultmayan belaruslu legionerlər geri göndərilib. Kəsra Mehdipur və Elyas Barati isə vətənində olduğuna görə komandasına kömək edə bilməyib. Bu itkilər azmış kimi, ötən həftə millinin heyətində Bakıda keçirilən Türk Universiadasında iştirak edən İbrahim Zeynalov da matçın iştirakçısı olmayıb. Əvəzində qış fasiləsinə qədər komandasına kömək edən, ancaq sonradan İrandan dönməyən Səid Çoodarzi bu dəfə köməyə gəlib. Fasiləyə qədər rəqib qapısına 8 cavabsız top vuran “Marafon” üstünlüyünü ikinci hissədə də davam etdirib. Gümüş medallara iddiaçı bu dəfə 3 qol vurmaqla yekun hesabı 11:0-a çatdırıb. Maraqlıdı ki, üç oyunçu - Omid Talebi, Rüstəm Bağırzadə və Tofik Əliyev het-trik edib. Talebinin üçüncü qolu həm də yüksək liqanın cari mövsümündə vurulan yubiley - 500-cü qol olub.
Gözlənildiyi kimi, turun ikinci oyunu daha gərgin keçib. Mükafatlara iddialı iki komandanın duelində hesab 3-cü dəqiqədə açılıb. Künc nöqtəsindən ötürməni Əsgər dəqiq zərbə ilə tamamlayıb. Növbəti dəfə hesab 11-ci dəqiqədə dəyişib. Bu dəfə Fərid Atakişiyevin zərbəsindən sonra top rəqib komandada eyni nömrəni daşıyan Elvinə dəyərək, qapıdan keçib. 16-cı dəqiqədə növbəti avtoqoldan sonra “Ekol”un üstünlüyü 3 topa çatıb. Ancaq bu da fasiləyə qədər vurulan sonuncu qol olmayıb. Fasilə ərəfəsində Fərid rəqib torunu silkələyib – 4:0. Qol vurulan anda hissənin başa çatdığını bildirən qonqun səslənməsi nominal qonaqların etirazına səbəb olsa da, referi qərarını dəyişməyib. İkinci hissəni isə debütant daha yaxşı keçirib və əvvəlcə 24-cü dəqiqədə təcrübəli Ağatahir Əzimovun qolu ilə fərqi 3 topa endirib. Üç dəqiqə sonra növbəti qol vurulub. Bu dəfə Elçin birinci hissədəki avtoqolun əvəzini çıxıb və komandasını ümidləndirib. Yarım dəqiqədən bir qədər çox keçəndən sonra FK.İD fərqi minimuma endirib. Elşən İbrahimxəlilov “çərçivə”ni dəqiq nişan alıb. Rəqibin passivində 5 cərimə olduğunu da nəzərə alan “İtaldizain” 5 oyunçu ilə təzyiqi artırmaq, bərabərlik qolunu vurmaq istəsə də, 38-ci dəqiqədə ötürmədəki səhv Atakişiyevin topu boş qapıya göndərməsinə şərait yaradıb. Bununla da “Ekol” tərəflər arasındakı son 2 oyunda qeydə alınan heç-heçələr seriyasına son qoyub. Maraqlıdı ki, xüsusilə də 3-cü dövrədəki matçın gedişində 5:1 hesabı ilə öndə olan “Ekol” sonda 1 xalla kifayətlənmişdi…
Tura“Araz” - “Yasamal” dueli ilə yekun vurulub. Artıq çempionluğu təmin edən Naxçıvan təmsilçisində ilk dəfə gənc qapıçı Anar Məmmədov start heyətində yer alıb. Hesabı 11-ci dəqiqədə kapitan açıb. Rizvanın fərqlənməsindən sonra İsa dubl edib. Ancaq oyundan qopmayan “Yasamal” fasiləyə qədər qollardan birinin əvəzini çıxa bilib. Bununla belə, “Araz” ikinci hissədə qolları sıralayıb. Oqtay komandasının 4-cü qolunu vurubsa, sonrakı dəqiqlərdə İsa het-trikini rəsmiləşdirib. Matçda ilk qolun müəllifi olan Rizvan son nöqtəni qoyan isim də olub və dublunu gerçəkləşdirib.
23-cü tur
Xəmsə - Marafon 0:11 (0:8)
Xəmsə: 1. Rəşad Zeynallı, 12. Ceyhun Yusifov, 10. Əli Həsənov (k), 11. Rüfət Cəlilov, 9. Samir Əmirov; 6. Şamo Talıbov.
Baş məşqçi: Arif Vəliyev.
Marafon: 2. Kamran Hacıyev, 9. Omid Talebi, 77. Səid Çoodarzi, 10. Seymur Məmmədov (k), 13. Majid Morovati; 22. Tofiq Əliyev, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Qollar: O.Talebi, 2 (0:1). O.Talebi, 3 (0:2). R.Bağırzadə, 3 (0:3). S.Çoodarzi, 4 (0:4). M.Morovati, 6 (0:5). T.Əliyev, 11 (0:6). T.Əliyev, 12 (0:7). O.Talebi, 18 (0:8). T.Əliyev, 24 (0:9). R.Bağırzadə, 33 (0:10). R.Bağırzadə, 38 (0:11).
Vərəqə: yoxdu.
Hakimlər: Elçin Məmmədov, Ramiz Məhərrəmov, Azad Hüseynov.
Hakim-inspektor: Ədilxan Hümbətov.
10 aprel. Bakı İdman Sarayı.
Ekol – FK.İD 5:3 (4:0)
Ekol: 99. Emin Kürdov, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 7. Sərxan Məstiyev; 1. İntiqam Babayev (k), 2. Radik Əhmədov, 10. Samir Həmzəyev,13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
FK. İD: 12. Ramil Həsənzadə (k), 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev; 1. Ümid Paşayev, 3. Ruzigar İbrahimzadə, 4. Elvin Quliyev, 6. Anar Ağayev, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rəfail Adbulov.
Qollar: Ə.Abasov, 3 (1:0). E.Quliyev, 11-öz qapısına (2:0). A.Ağayev, 16-öz qapısına (3:0). F.Ələkbərov, 20 (4:0). A.Əzimov, 24 (4:1). E.Quliyev, 27 (4:2). E.İbrahimxəlilov, 28 (4:3). F.Atakişiyev, 38 (5:3).
Vərəqələr: R.Həsənzadə, 16. F.Atakişiyev, 20. Z.Fərziyev, 36 – sarı.
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Azad Hüseynov.
Hakim-inspektor: Aydın Gözəlov.
10 aprel. Bakı İdman Sarayı.
Araz – Yasamal 6:1 (3:1)
Araz: 19. Anar Məmmədov, 5. İsa Atayev, 6. Eduardo, 8. Rizvan Fərzəliyev (k), 10. Tyaqo; 1. Rövşən Hüseynli, 2. Adil İsmayılov, 4. Qallo, 7. Ramiz Çovdarov, 14. Oqtay Rüstəmli, 15. Rza Toloyi.
Baş məşqçi: Joze Alesio da Silva.
Yasamal: 1. Məhəmməd Roştani, 80. Omid Oraz, 47. Rəsul Əkbəri (k), 9. Vladislav Vorobyov, 12. Sadiq Cavid; 5. Məhəmməd Vəfa, 6. Xəyal Quliyev, 8. Rza Mahdavi.
Rəhbər: Orxan Allahverdiyev.
Qollar: R.Fərzəliyev, 11 (1:0). İ.Atayev, 12 (2:0). İ.Atayev, 12 (3:0). O.Oraz, 13 (3:1). O.Rüstəmli, 24 (4:1). İ.Atayev, 27 (5:1). R.Fərzəliyev, 28 (6:1).
Vərəqələr: Qallo, 14. Tyaqo, 40 – sarı.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Aslan Həsənov.
10 aprel. Bakı İdman Sarayı.
Yeri gəlmişkən, bu gün Bakı İdman Sarayında yüksək liqa çərçivəsində 24-cü turun 2 oyunu keçiriləcək. İkinci yer uğrunda mübarizədə prinsipial sayılan “Marafon” – “Ekol” derbisi gələn həftəsonuna təxirə salınıb. Turun ilk oyunu “CBC Sport” telekanalında canlı yayınlanacaq:
14.30 FK.İD – Neftçi
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Hakim-inspektor: Ələkbər Məmmədov.
16.15 Yasamal – Xəmsə
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Azad Hüseynov.
Hakim-inspektor: Arif Ağayev.
1. Araz 20 19 1 0 131-25 58
2. Marafon 19 13 1 5 80-37 40
3. Ekol 20 11 2 7 87-59 35
4. FK.İD 18 6 4 8 75-66 22
5. Neftçi 17 6 4 7 46-44 22
6. Yasamal 19 4 0 15 57-125 12
7. Xəmsə 19 0 2 17 42-162 2
Bombardir: Tyaqo (Araz) – 30.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar