12 apr 15:18olke

“Xəmsə” ilk qələbəsini qazandı

“Xəmsə” ilk qələbəsini qazandı
Geridə qoyduğumuz istirahət günlərində Region Liqasında 9-cu turun oyunları keçirilib. Cənub zonasında bir matç baş tutub ki, “Ümid” öz meydanında “Astara”nı məğlub edib. “Alyans” – “Dinamo” matçı isə təxirə salınıb. Meydan sahiblərinin rəhbərliyi prezident seçkisi ilə bağlı təşkilati məsələlərdə problem ola biləcəyini nəzərə alaraq, matçın təxirə salınması üçün müraciət edib. Buna baxmayaraq, “Alyans” qrupda əvvəlki kimi ilk pillədə qərarlaşıb. Mərkəzdə qrupdan çıxmaq vəzifəsini yerinə yetirən “Füzuli” ötən tur olduğu kimi, bu dəfə də xal itirib. “Kürdəmir”lə oyunda qolsuz “sülh” qeydə alınıb. “Neftçala” isə səfərdə “Gəncliy”i minimal hesabla yenməklə ikinci pillədəki yerini qorumağı bacarıb. Paytaxt zonasında “Ümid Masallı” lider “Şağan”ı büdrətməklə qrupda intriqanın ölməsinə imkan verməyib. Ötən tur gözlənilmədən uduzan “Tufan” səfərdə autsayder “Şıxlar”ı meydana çıxmağa peşman edib. Ötən tur “Şağan” Qobustan komandasını 11 dəfə meydanın mərkəzinə dəvət etmişdisə, bu dəfə eyni qəhrəmanlığı “ağ-göylər” təkrarlayıb. Turun maraqla gözlənilən qarşılaşmalarından biri şimal zonasında baş tutub. Qrupun iki iddialısı - Qusar “Şahdağ”ı ilə “Uğur” münasibətlərinə aydınlıq gətirib. Tərəflərin cəhdlərinə baxmayaraq, Qusarda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə yekunklaşıb ki, bu da Sumqayıt komandasına daha çox sərf edib. Bir oyun az keçirən sumqayıtlılar böyük ehtimalla qrup birincisi olacaqlar. Autsayder “Səhliya”lı isə bu dəfə Qubadan əliboş dönüb. Qərb zonasında növbəti dəfə lider dəyişib. Qazaxda yerli komandanı məğlub edən “Energetik” zirvəyə yüksəlib. “Xəmsə” isə mövsümdə ilk qələbəsini bayram etməklə yadda qalıb. Gəncəlilər “Şəmkir”dən üstün olub. Şimal-qərbdə “Ağdaş” “doğma divarlar” arasında qələbə qazanmaqla sonuncu pilləni tərk edib. Qrupun lideri “Şəki”nin budəfəki “qurban”ı “Oğuz” olub. “Halvaçılar” ən yaxın rəqibi ilə aradakı xal fərqini 5-ə çatdırıb.
Region Liqası
7-8 aprel
Mərkəz və cənub regionu, cənub zonası
Ümid (Cəlilabad) - Astara 2:1
1. Alyans 8 6 1 1 17-2 19
2. Ümid 9 4 3 2 13-7 15
3. Astara 9 3 1 5 16-18 10
4. Dinamo 8 1 1 6 6-25 4

Mərkəz və cənub regionu, mərkəz zonası
Kürdəmir - Füzuli 0:0
Gənclik (Sabirabad) - Nefçala 0:1
1. Füzuli 9 7 2 0 16-3 23
2. Neftçala 9 4 0 5 11-11 12
3. Kürdəmir 9 3 1 5 12-18 10
4. Gənclik 9 2 1 6 11-18 7

Paytaxt regionu, paytaxt zonası
Ümid Masallı (Bakı) - Şağan 2:0
Şıxlar (Qobustan) – Tufan (Bakı) 1:11
1. Şağan 9 5 2 2 31-16 17
2. Tufan 9 5 2 2 34-12 17
3. Ümid Masallı 9 5 1 3 22-19 16
4. Şıxlar 9 0 1 8 14-54 1

Paytaxt regionu, şimal zonası
Şahdağ (Qusar) - Uğur (Sumqayıt) 0:0
Şahdağ (Quba) - Səhliyalı (Şabran) 4:2
1. Uğur 8 6 2 0 22-4 20
2. Şahdağ (Qusar) 9 5 3 1 16-3 18
3. Şahdağ (Quba) 9 3 1 5 13-16 10
4. Səhliyalı 8 0 0 8 5-33 0

Şimal-qərb regionu, qərb zonası
Göyəzən (Qazax) - Energetik (Mingəçevir) 0:1
Xəmsə (Gəncə) - Şəmkir 2:1
1. Energetik 8 4 2 2 14-11 14
2. Göyəzən 8 4 2 2 13-6 14
3. Şəmkir 9 4 0 5 14-17 12
4. Xəmsə 9 1 4 4 9-16 7

Şimal-qərb regionu, şimal-qərb zonası
Şirvan (Ağdaş) - Kürmük (Qax) 4:2
Şəki - Oğuz 2:1
1. Şəki 9 4 4 1 17-13 4 16
2. Şirvan 8 3 2 3 14-10 11
3. Oğuz 8 3 1 4 13-20 10
4. Kürmük 9 3 1 5 15-16 10
Bombardirlər: Balazahir Əsədullayev (Şağan) – 11, Musa Rəcəbov (Ümid Masallı ), Mehdixan Ağayev (Şağan) – 8.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar