07 apr 00:03olke

Adil Məmmədov peşman deyil

Adil Məmmədov peşman deyil
“Rəhbərlikdən heç kim indiyədək mənimlə maraqlanmayıb”
Ömrünü ölkə futboluna həsr edənlərdən biri də Adil Məmmədovdu. Onun rəhbərlik etdiyi “Xəmsə” fanklubu daim “Kəpəz”i dəstəkləyir, ancaq lazım gələndə qüsurları da gizlətmir. Təxminən bir ildi Məmmədovun səhhətində problem yaranıb. Əməliyyat olunub, müntəzəm müalicə alır. Bununla belə, yenə də soyuq-isti demir, tribunada yerini tutur, Gəncə futboluna xidmətini bu yolla göstərir. Dünən Adil bəylə əlaqə saxlayıb, söhbətləşmək qərarına gəldik.
- Hazırda durumunuz necədi? Özünüzü yaxşı hiss edirsiz?
- Düz bir il öncə məndə bu xəstəlik baş qaldırdı. Müayinə etdirdim, daha sonra əməliyyat olundum. Şüa terapiyanın ardınca 6 kimya terapiyası qəbul etdim. Yaxşıydım, ancaq dünəndən (srağagündən) elə bil özümü bir qədər narahat hiss edirəm. Həkimə getməmişəm, ancaq müəyyən qədər narahatam. Yenidən həkimə getməliyəm, görək necə olacaq.
- Klubdan maraqlanan var?
- Futbolçular o vaxt gəlmişdilər. Mən ilk kimya terapiyasını qəbul edəndən sonra təşrif buyurmuşdular. Həm maddi, həm də mənəvi yardım etdilər. Səhv etmirəmsə, 5 nəfər idilər. Ancaq rəhbərlikdən gələn yox idi. Ümumiyyətlə, rəhbərlikdən heç kim indiyədək mənimlə maraqlanmayıb. Sadəcə, görüşəndə “salam-sağ ol”, “necəsən”, vəssalam. Komanda Bakıda məşq edəndə baş məşqçi Yunis Hüseynovla görüşmüşəm, bir az söhbətləşmişik.
- Ancaq sırf səhhətinizlə bağlı gələn, maraqlanan olmayıb?
- Xeyr-xeyr. Rəhbərlikdən nə maddi, nə də mənəvi yardım, dəstək görmüşəm.
- Yəqin ki, inciklik var.
- İncimək deyəndə ki... Özləri bilər, Allahları bilər. Mən pis gündə də, yaxşı gündə də komandanın yanında olmuşam. “Kəpəz” hələ premyer-liqada olmayanda da daim futbola gedirdim. “Xəmsə”ni yaratdıq, komandanın arxasında olduq. Mətbuat, xüsusən də “Futbol+” bunu yaxşı bilir. Həmişə komandanı dəstəkləmişəm, yaxşı olmasını istəmişəm. Düzdü, tənqid də etmişəm ki, düzəlsinlər. Yaxşı günündə sevinib, pis günündə kədərlənmişəm. Bir sözlə, daim yanlarında olmuşam.
- Yenə də sizi stadionlarda görürük. Həkim buna icazə verir? Çünki tribuna stress, soyuq, əsəb deməkdi ki, bu da sağlamlığınıza təsir edə bilər.
- Məcburiyyət qarşısında gedirəm. “Sumqayıt”la oyunda əməkdaşınız gördü ki, hava necə idi. Yağış, külək... Sadəcə, məcbur idim, getdim. Mənim ora getməyim uşaqlarda ruh yüksəkliyi yaradır. Zəng vurub “dayı, gəlirsən” sualını verirlər və mən də “hə, bajoğlu, gələcəm” deyirəm. Axı, mən də onları nə vaxt hara çağırmışamsa, gəliblər.
- Bəs bu, səhhətiniz üçün problem yaratmır?
- Hava xoş olanda problem olmur. Ancaq “Sumqayıt”la matçdan sonra bir həftə özümə gələ bilmədim. İndiyə qədər də ağrılar qalır. Bəlkə də son günlərdə hiss etdiyim narahatlıq həmin oyundan qaynaqlanır. Bilirsiz ki, boğaz nahiyəmdən əməliyyat olunmuşam. Həmin yerdə problem əmələ gəlib, nə ilə bağlı olduğunu bilmirəm. Dediyim kimi, “Sumqayıt”la oyundan sonra bu yarandı.
- Ara-sıra sosial şəbəkələrdə “atışmalarınıza” rast gəlirik. Bir dəfə ot örtüyü ilə bağlı klubun azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyevlə də sözünüz çəp gəlmişdi...
- Gəncə stadionun qazonunun altında istilik sistemi quraşdırılmayıb. Biz də onu tənqid edirdik. Elmar da şəkil qoyub ki, yaşıllaşıb. Ona görə reaksiya verdik ki, bunu biz də bilirik. Birbaşa bizə ünvanlanan cümlə var idi. Çünki saralmış qaznonun şəkillərini sosial şəbəkəyə mən çıxarmışdım. Guya biz iztəmirik ki, Gəncə stadionunun qazonu yaxşı olsun? Onlardan da çox biz istəyirik. Cavab yazdım ki, qışda görərik. Yenə eyni vəziyyət olacaq. O qədər pul xərclənib, amma istilik sistemi quraşdırılmayıb. Niyə etməyiblər, anlamıram. Həmin sistem olsaydı, bütün fəsillərdə örtük yaşıl olardı.
- Nəticələr sizi komandadan soyudur?
- Heç vaxt klubdan soyumarıq. Həmişə komandanın arxasındayıq və yenə də olacağıq. Lap birinci divizionda oynasa belə, dəstəyimizi əsirgəməyəcəyik. “Xəmsə” yaşayır və yaşayacaq. Mən olsam da, olmasam da.
- Sanki sizə qarşı bir qədər ögey münasibət var.
- Onlarla müqayisədə bizim futbola baxışımız, fanatlığımız qat-qat yüksəkdi. Təsəvvür edin ki, ən savadsızı mənəm. Hətta fanklubumuzun bəzi üzvləri nazirlikdə işləyir, hərbçilər var. Adlarını açıqlamıram, sonra problem olar. Bütün məsuliyyəti üzərimə götürürəm. Kimin nə sözü varsa, gəlsin, söhbət edək. Gücüm də, həvəsim də var. Nəyi istəyirlər, sübut etməyə hazıram. Tənqid eləməsən, düzəlmir. Mən də tənqid edirəm ki, özlərini yığışdırsınlar, düzəltsinlər, savadsızlıq etməsinlər. Bu gün “Kəpəz” – “Keşlə” matçının biletinin şəklini, yəqin ki, sosial şəbəkədə görmüsüz. Düzdü, böyük bir problem deyil. Ancaq olmazdı ki, onu savadlı, məsuliyyətli bir insana verəydilər? “Aprel” əvəzinə “Arel” yazıb. Komandanın rəqibinin adı “Keşlə” yox, “Bakı” göstərib. Nəyə görə belə şey olmalıdı? Hamısı institut bitirib.
- “Kəpəz”in çıxışı haqda nə düşünürsüz? Şahin Diniyevi istəmədiz, gəncəli məşqçi arzuladız, ancaq Hüseynovla da düzələnə oxşamır.
- Şahin müəllim komandaya gələndə, onunla söhbətimiz olmuşdu. Hədəf 2-ci mövsümdən yaxşı komanda yaratmaq idi. O da bunu etdi, gözlədiyimizdən də yaxşı kollektiv formalaşdırdı, Avroliqada da çıxış etdi. Lakin sonradan uğursuz nəticələr fonunda getdi. Ancaq biz heç vaxt onu istefaya səsləməmişik. Yunis müəllimlə də komandanın “sükanı arxasına” keçəndən bir neçə gün sonra görüşdük. İki saatdan artıq söhbət etdik. O da mövsümün qalan hissəsində dəyişiklik edəcəyini, ancaq yüksək yerlərə oynamağın mümkünsüzlüyünü bildirdi. Biz də onu başa düşdük, qəbul etdik. Yalnız növbəti mövsüm komanda qış fasiləsinə gedərkən, durumun necə olacağını gözləyirik. Baxacağıq ki, Hüseynov dediyi sözün arxasında durub, ya yox.
- Komanda bu mövsüm elitadan düşsə, necə olacaq?
- Vallah, onu deyə bilmərəm. Onda lap betərindən olacaq.
- İllərinizi, səhhətinizi Gəncə futboluna verdiz. Buna görə peşman olmusuz?
- Xeyr. İlk addımı atanda hər şeyi fikirləşməlisən. Mən də bütün bunları düşünmüşəm. Heç vaxt peşman olmamışam. Nə etmişəmsə, Gəncə, “Kəpəz” üçün etmişəm. Keçirdiyim 8-9 ili havaya sovurmamışam. Biz olmasaydıq, “Kəpəz” də olmazdı. Yadınızdadısa, birinci divizionda da bayraqla daim komandanın yanındaydıq. Dəstək vermişik, kampaniyalar keçirmişik. Şad xəbər də almışam ki, bu yaxınlarda Gəncədə futbol akademiyası açılacaq. Tənqid etmişik ki, nələrsə yaradılıb. Fəaliyyətimizdən xəbərdar olan hamı bilir ki, “Xəmsə”nin “Kəpəz” üçün etdiyini heç bir fanklub etməyib. Nə qədər ki, canımda can var, komandanın arxasında olacam, dəstəkləyəcəm. Sevinclərinə sevinib, kədərlərinə ortaq olacam. Pis işlərini də açıb üzlərinə deyəcəm.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar