05 apr 22:02olke

Rauf Əliyevin Zaur Axundova cavabı gecikmədi

Rauf Əliyevin Zaur Axundova cavabı gecikmədi
“İki variant vardı – biri Taylanddan, o biri İndoneziyadan”
“Qəbələ” – “Sumqayıt” qarşılaşmasını izləyənlər arasında bölgə təmsilçisinin yeni transferi Rauf Əliyev də vardı. Mövsümün sonuna qədər premyer-liqada çıxış edə bilməyəcəyini bilə-bilə “qırmızı-qaralar”la anlaşan təcrübəli hücumçu artıq yeni komandası ilə məşqlərə başladığından, oyun günü Qəbələdə olması təəccüblü deyildi.
Fasilədə fürsətdən istifadə edib sport24.az saytının əməkdaşı Mehman Süleymanovla birgə Əliyevə yaxınlaşıb, aktual suallara cavab tapmaq istəyirdik. Lakin üzbəüz söhbət o qədər uzandı ki, müsahibə geniş və maraqlı alındı.
“Bu durumda Asiflə nömrə söhbəti etmərəm”
- İlk yarıda yeni komandanın oyunu kənardan necə təsir bağışlayır?
- Komandada dəyişikliklər var. Ola bilər, son turlarda nəticələr baxımından eniş var. Nəticə yaxşı olanda, futbolçuların özünəinamı daha yüksək olur. Qələbələr gələndə, bunun müsbət mənada təsiri olacaq. Ümümilikdə bərabərsəviyyəli oyun izləyirik.
- "Qəbələ" sürətli hücumları ilə seçilən komanda olsa da, bunu görə bilmirik...
- Ola bilər. Hər iki komanda ehtiyatla oyuna üstünlük verir. "Qəbələ" son oyunlarda xal itirdiyindən ehtiyat edir. "Sumqayıt" da beş müdafiəçi ilə oynayır. Buna görə sürətli oyun izləmirik.
- Artıq karyeranda yeni dönəm başladı. "Qəbələ"də özünü necə hiss edirsən?
- Müqavilə imzalayan gündən komandanın düşərgəsindəyəm. Hazırlıqda iştirak edirəm. Özüm fərdi məşqlər də edirəm. İndiki vəziyyətda dayanmadan məşq etməliyəm.
- Roman Qriqorçuk sənə indiki vəziyyətində nə məsləhət görür? Əlavə hazırlıq proqramı verib?
- Geniş söhbətimiz olmayıb. Sadəcə, qısa danışıq olub. O da ilk növbədə çox məşq etməyi tövsiyə edir.
- "Qəbələ"də hansı nömrə altında çıxış edəcəksən? Karyeranboyu daşıdığın “9” və “11” məşğuldu...
- Oynamadığıma görə nömrənin üstündə dayanmamışam. "Qəbələ"də hələ yeni mövsümdən çıxış edəcəm.
- Asif Məmmədov "11"i verər?
- Bu durumda Asiflə nömrə söhbəti etmərəm. Görək də, xeyirlisi.
- Yəni xüsusi nömrə istəyin yoxdu?
- Açığı, indiki vaxtda hansı nömrədə oynamağımı heç fikirləşmirəm də. Əsas odu, qayıdıb oynayım.
- “Qəbələ”də Baqali Dabo var, cari çempionatın bombardiridi. Onu əsas heyətdən sıxışdırıb çıxarmaq çətin olacaq.
- Hara getmisəm, ididalı klublarda oynamışam. Komandada 2-3, bəzən 4 hücumçu olub, rəqabət görmüşəm. Düzünü desəm, belə vəziyyətə öyrəşmişəm. Buna görə də rəqabət mənim üçün yaxşı olar.
“Son üç ayda məhəllədə oynanılan "dır-dır" oynamışam”
- Ola bilər ki, heç Qriqorçukla işləməyəsən. Çünki ukraynalı mütəxəssis yayda "Qəbələ"dən gedə bilər...
- Mən elə şeylərə qarışa bilmərəm. Yalnız məşqimi edib vaxtımı gözləməliyəm.
- Hazırkı fiziki durumunu necə dəyərləndirirsən?
- Açığı, yaxşı vəziyyətdə deyiləm. Bu da məlum məsələdi. Çünki son üç ayda məhəllədə oynanılan "dır-dır" oynamışam. Özümün də səhlənkəranlığım olub, üzərimdə az işləmişəm.
- Niyə belə səhlənkarlıq? Həmişə iddialı klublarda, uzun müddət millidə oynamış peşəkar futbolçusan.
- Çalışmışam çox futbol oynayım. Ancaq fiziki hazırlığımı artırmaq üçün lazım olan trenajorlardakı məşqlərə çox səhlənkar yanaşıram. Bunun çətinliyi var. Ancaq belə götürəndə, tələsməyə ehtiyac yoxdu. Vaxt var, şükür Allaha, bir neçə gündü "Qəbələ"ylə məşq edirəm və görürəm ki, xeyri var. Artıq ilk gündən fərqi hiss edirəm.
- Adi insan da uzun müddət işləməyəndə tonusdan düşür, rejimdən kənarda qalır və bir növ tənbəlləşir...
- Həm tənbəllik olur, həm də komanda belə vəziyyətə düşəndə adamın beyni yorulur. Mən də bu durumdaydım. Ona görə məşq etməyə həvəssiz yanaşırdım. Bu cür problemlər məni geri saldı.
- Karyeranın belə məcraya gəlməsində özünün də səhlənkarlığın olub ki, mövsümün ən qızğın vaxtında oynaya bilmirsən…
- Əlbəttə. Futboldan kənarda qalmaq çox çətindi. Hardasa şanssızlıq oldu. Albaniyada vəziyyət daha yaxşı olsaydı, əlbəttə, indi qalıb oynayardım. Bəlkə də sonrakı müddətdə Azərbaycana qayıdardım, güclü kluba keçərdim. Ancaq belə oldu, "Kukesi"də çox çətinliklər vardı. İndiki vəziyyətdə mövcud durumla barışmalıyam. Başqa şeylər, peşmanlıq olmamalıdı.
- Albaniyada ilk vaxtlar işlərin yaxşı gedirdi. Sonra nə problemlər oldu? Əsas narazılığın nə idi?
- Çox narahat klub idi. Həm şərait, həm də klub rəhbərliyi baxımından. Albaniya futbolundan söz düşəndə, çox adam deyir ki, belə çətinliklərdən az-çox məlumatımız var. Bəlkə də oranın ən problemli klubudu.
- Maraqlıdı, sabiq komanda yoldaşlarınla əlaqən var? İndiki durumunla maraqlanırlar?
- Bəli. Sağ olsunlar, komanda yoldaşlarımdan mənimlə maraqlananlar olub. "Qəbələ"yə keçəndə məni təbrik də etdilər. Bunlar həm futbolçular, həm də köməkçi məşqçilərdi.
- Ancaq baş məşqçi, klub rəhbərliyindən yox. Belə çıxır ki, əsas narazılığın onlarla olub...
- Narazılıq deyəndə, gördüm ki, orda qalmaq heç alınmır. Yaxşı klublarda oynamışdım, yaxşı şərait görmüşdüm. Gedib ordakıları gördüm, elə bil başqa dünyaya düşdüm. Çox çətin idi.
- Bu da var ki, səni Albaniyaya heç kim məcbur yollamamışdı...
- Əlbəttə, ora getmək öz seçimim idi. Azərbaycanda qalıb daha yaxşı kluba keçə bilərdim. Çünki ötən çempionatın bombardiri olmuşdum. Vətəndə qalıb yaxşı klubda oynaya bilərdim. Ancaq istədim ki, özümü xaricdə sınayım. Bizdə deyirlər, filankəs qorxur kənara çıxmağa. Mən qorxmadım, risk etdim. Amma bəlkə də bəxtim gətirmədi. Yaxşı kluba getsəydim, daha yaxşı olardı. Problemli kluba düşdüm.
“Bir mövsümdə üçüncü klubda oynaya bilməyəcəyimdən xəbərsiz idim”
- Müqaviləni pozandan sonra üçüncü kluba keçə bilməyəcəyin, bundan necə xəbərsiz olmağın böyük müzakirə obyektinə çevrildi. Doğrudanmı beynəlxalq qaydalardan məlumatın yox idi?
- İnanırsız, elə bir vəziyyətdə idim ki, üçüncü klub məsələsi gözümə görünmürdü. Yenə də çıxardım. Açığı, bir mövsümdə üçüncü klubda oynaya bilməyəcəyimdən xəbərsiz idim. Çıxandan, klubdan transfer vərəqəmi alandan sonra belə bir şeyin olduğunu bildim.
- Ancaq bu addımına görə peşman deyilsən...
- Xeyr, qətiyyən. Qaydaları bilsəydim belə, müqaviləni pozacaqdım, orda qalmaq istəmirdim.
- O dərəcədə bezmişdin?
- O vəziyyətdə Albaniyada qalmaq istəmirdim. Elə bir vəziyyət idi... Deməyə söz tapmıram. Komandanın adi oyun formasından ikincisi yox idi.
- Yəni eyni rəngdə ikinci forma?
- Bəli. Qırmızı formada oynayırdıq. Hərəmizdə yalnız bir dəst vardı.
- Bəs cırılsa, necə olacaqdı?
- Problem yoxdu, bir təhər düzüb-qoşub, elə həmin formada da oynamalıydıq.
- Deməli, formanı azarkeşə hədiyyə etmək də mümkün deyildi...
- (gülür) Bir forma götürmüşdüm ki, Albaniyadan yadigar qalsın. Hər halda, "Kukesi" karyeramda legioner olduğum ilk klubdu. Təsəvvür edin, evə kimi gəlib o formanı da əlimdən aldılar.
- "Kukesi"yə əcnəbi agentin vasitəsilə getmişdin?
- Bəli. Həmin meneceri müqavilədən sonra tapa bilmədim. Onunla əlaqəm olmayıb.
- Hardan tapmışdın o meneceri?
- Bakıda bir tanış var, o məni tanış etmişdi. Agent makedon idi, daha doğrusu, Makedoniyada yaşayır. Neçə dəfə çağırdım ki, bəlkə "Kukesi"ylə danışasan, gəlmədi. Müqavilə bağlayanda komisyon haqqını alıb getdi. Adını da qoydu ki, rəhbərliklə bir az pul problemimiz olub, onlarla dalaşmışam, ora qayıda bilmərəm.
- Bu transferin yarımçıq qalmasında öz günahın nədi? Çox klubun üstünə gedirik, meneceri günahlandırırıq....
- Öz günahım bu idi ki, bəlkə də getməməliydim.
- Yəni tələsik addım idi?
- Bəli. Orayla tam tanış olduqdan sonra yollanmalıydım. "Kukesi"yə keçməyi 3 günə qərara aldım. Burda vəziyyət elə idi ki, "İnter"də sabahımızın necə olacağı bilinmirdi. Çempionat qurtarırdı, deyirdilər ki, komanda qalacaq, qalmayacaq. Dedim ki, xaricə getməklə bağlı belə bir şans varsa, istifadə edim. Ancaq dərin fikirləşmədim ki, klubun vəziyyəti necədi. Bir-iki nəfər dedi ki, prezidenti problemli adamdı. Buna da məhəl qoymadım, birtəhər yola gedə biləcəyimi düşünürdüm.
“Gürcüstandan təklif oldu, o cür şərt mənə sərf etmirdi”
- Üçüncü klub məsələsində istisna olaraq müəyyən ölkələrə gedib oynaya bilərdin. Niyə bunu etmədin? Təkliflər yox idi, yoxsa...
- Asiyadan təkliflər var idi.
- Real idi?
- Bəli. Başqa menecerlər var idi ki, Albaniyada oynayarkən onlarla münasibətim yaranmışdı. Onlar tərəfindən real təkliflər ortaya çıxmışdı. Bir az uzaqlığına görə "yox" dedim.
- Çoxmu uzaq idi? Ölkələrinin adını açıqlasaydın, bilərdik.
- İki variant vardı – biri Taylanddan, o biri İndoneziyadan. "Kukesi"dəki komanda yoldaşım İndoneziyaya getmişdi. O da mənimlə əlaqə saxladı ki, burda oynaya bilərsən, gəl. Məsafəyə görə getmək istəmədiyimi bildirdim, uzaq ölkədi.
- Üstəlik, ingilis dilini də bilmirsən.
- Elədi. Belə çətinliklər vardı. Ailə problemləri də yaranır.
- Bəs postsovet məkanından - Belarusdan, Qazaxıstandan?
- Bəlkə belə ölkələr olsaydı, gedərdim. Qazaxıstanda bir söhbət oldu, real olmadı. Danışıqlar real müstəviyə keçmədi deyə dalınca düşmədim.
- Bəlkə problem təklif olunan məbləğin aşağı olmasında idi? Çünki onlar sənin məcburiyyətdən ora getməli olduğunu bilirdilər və qəsdən cüzi məbləğ təklif edirdilər...
- Gürcüstandan təklif oldu, müqaviləni uzunmüddətli imzalamağı təklif etdilər. Onlarda çempionat martda başlayır. İlin sonunadək - qışadək anlaşmağımı istəyirdilər. Bu cür şərt də mənə sərf etmirdi.
- Karyerasında ildən-ilə eniş olan Rauf Əliyev özündə güc taparaq yenidən həminki formada ola, milliyə qayıda biləcəkmi?
- Fikrimcə, keçən il mənim üçün yaxşı oldu. "İnter"lə çempionatın bombardiri oldum, hətta milliyə qayıtdım. Baş məşqçi Robert Prosineçkiylə mübarizəm olsa da, yenə ara-sıra dəvət alırdım. İşlərim o qədər də pis getmirdi. Penaltidən qol vurmadığımdan məni çempionatın bombardiri saymaq olardı. Bir sözlə, 2017l mənim üçün yaxşı keçdi, karyeramda eniş olduğunu deməzdim. Albaniyada da yaxşı başlamışdım, sonra çətinliklər oldu.
- Prosineçkiylə mübarizən nə ilə bağlı idi? O, səni ötən ilin martında Qətərlə yoldaşlıq görüşünə aparsa da, qayıdandan sonra Almaniya ilə rəsmi oyuna hazırlıqdan kənarda qoydu...
- Prosineçki məni sevmirdi də. Hər bir baş məşqçiyə kənardan təzyiq olanda ki, filan oyunçunu çağırmalısan, ona xoş olmur. Özünü "sınmış" kimi hiss edirdi, əksinə gedirdi.
- Yeri gəlmişkən, “Keşlə”nin prezidenti Zaur Axundov “Futbol+”ə açıqlamasında “Rauf 3-4 aylıq yola vermək üçün gəlmək istəyirdi, ona görə də razılaşmadım” sözlərini dilinə gətirmişdi.
- (gülümsəyir) Məni tanıyanlar bilir ki, heç vaxt yola verən futbolçu olmamışam. Harda oynamağımdan, komandanın hansı durumda olmasından asılı olmayaraq, meydanda can qoymuşam. Sadəcə, yaya qədər müqavilə bağlamaq istəyirdim ki, görüm hadisələrin sonrakı axarı nə göstərir. Kim bilir, bəlkə karyeramı “Keşlə”də davam etdirməkdə özüm maraqlı olacaqdım.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar