05 apr 21:40olke

Rövşən Hüseynlinin “ad günü müsahibəsi”

Rövşən Hüseynlinin “ad günü müsahibəsi”
“Subaylığın daşını atmaq, valideyinlərimi sevindirmək istəyirəm”
Aprelin 3-də futzal millimizin və “Araz”ın qapıçısı Rövşən Hüseynlinin ad günü idi. İstedadlı qolkiper 27 yaşını qeyd etdi. Hazırda Türk Universiadasına hazırlaşan millinin “1 nömrə”si Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə müsahibə verib. O, karyerasına nəzər salıb, arzularını dilə gətirib, şəxsi həyatından danışıb.
- 27 yaşında özünü necə hiss edirsən?
- (gülür) Hələ də 27 yaşımda olduğuma inanmağım gəlmir. Özümü çox yaxşı, gümrah hiss edirəm. Artıq təbrikləri, hədiyyələri qəbul edirəm. Karyera baxımından fikirləşəndə üzülürəm. Çünki 27 yaşım var, hələ də böyük uğur qazanmamışam.
- İnsan var ki, yaşının üstünə yaş gələndə kövrəlir. Bir qrup isə tez yaşlanmaq istəyir. Səni hansı kateqoriyaya daxil edək?
- Razıyam, hər iki kateqoriyaya aid insanlar var. Hərdən özümü qınayıram ki, niyə bəzi şeyləri vaxtında etmədim, gecikdirib bu yaşıma saxladım? Nə illərin sürətlə keçməsini, nə də ötən günlərin yenidən yaşanmasını azulayıram. Yaşadıqlarıma görə xoşbəxtəm, amma karyeramı tez bitirməyi də arzulamıram. Yaş üstə yaş gəldikcə, insan dolğunlaşır.
- Şəxsi həyatında və karyeranda qazancın nə olub?
- Şəxsi həyatımda hamıya arzulayacağım qədər xoşbəxtəm. Möhkəm, əvəzolunmaz dost qazanmışam, özümə dayaq hiss edəcəyim etibarlı insan qismətim olub. Ailəmin dəstəyini də hər zaman hiss edirəm, onların varlığı uğurlarımın bir parçasıdı. Karyerama gəlincə, son 4-5 ildə yüksəliş yaşandı. “Araz”la ardıcıl çempionluq qazandım, milliyə yüksəldim, dəfələrlə Avropa çempionatının final mərhələsində iştirak etdim. Bundan başqa, dünya çempionatı kimi yarışda çıxış etmək qismət oldu. Bu qədər yarışda iştirak etmək böyük uğurdu. Az da olsa, komandamıza kömək etdim, diqqət mərkəzinə düşdüm. Ancaq bunlarla qane olmaq istəmirəm. Avropanın ən yaxşı qapıçısı olmaq və qitə birinciliyinin kubokunu ölkəmizə gətirmək istərdim.
- Təbrikini gözlədiyin kimsə varmı?
- Əlbəttə, elə insan var. Sevgilimdən gələn təbrik özəl oldu. Xüsusi təbrik isə adını çəkmək istəmədiyim, mənim üçün çox hörmətli birindən gəldi. Dəyərli və diqqətli olmaq gözəldi.
- Subaylıq sultanlıqdı?
- Nişanlıyam. Subaylıq sayılsa da, sultanlıq deyil (gülür). Hörmət, dəyər və istək hər şeydən önəmlidi.
- Təbrik üçün hədiyyə mütləqdi, yoxsa quru sözlə də kifayətlənmək olar?
- Yalan danışmayacam, bəzi insanlar var ki, onlardan hədiyyə qəbul etməyi xoşlayıram və hər zaman gözləyirəm. Ancaq şablon olmayan və ürəkdən gələn hər bir təbrik sevindiricidi və cavabsız qalmır.
- Ad günlərini xüsusi qeyd etməyi xoşlayırsan?
- Çox xoşlayıram. Ad günü məclislərim, adətən, 3-4 gün davam edir.
- Ad gününü 3-4 gün qeyd edən Rövşən yəqin 7 gün, 7 gecə toy çaldıracaq...
- Toyun bu qədər davam edəcəyini deyə bilmərəm. Çünki qohum-əqrəbanı ancaq bir günlük bir yerə yığa bilərəm. Ancaq ad günü məclisi yığcam olur. Hər dəfə fərqli məclis qururuq.
- Heç ad gününü səfərdə qeyd etmisən?
- Səfərdə yox, təlim-məşq toplanışlarında qeyd etmişəm. Ancaq 2-3 saatlıq icazə alıb özümü evə çatdırmışam. Açığı, 27 ildə cəmi 8-9 dəfə ad günümü dəqiq tarixdə qeyd etmişəm. Qalan vaxtlarda məcburiyyətdən ya əvvələ çəkmişəm, ya da sonraya keçirmişəm. 14 ildi futboldayam, bunun baş verməsi təbiidi.
- Karyeranla bağlı arzularını çatdırdın. Niyəsə bizim idmançılar şəxsi həyatları ilə bağlı danışmağı sevmirlər. Bəlkə ənənəni pozasan?
- Hər bir insanın iş, karyera ilə yanaşı, şəxsi həyatına dair də arzuları var. Şəxsi həyat və ailə hər şeydən önəmlidi. Xoşbəx olmasan, karyeranda yüksəliş yaşaya bilməzsən. Bu gün irəliyə addım atmışamsa, bu, xoşbəxtliyimin göstəricisidi. Şəxsi həyatımla bağlı arzum, istəyim çoxdu. Ən əsası, subaylığın daşını atmaq, valideyinlərimizi sevindirmək istəyirəm.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar