01 apr 15:03olke

“Neftçi” “Yasamal”dan aralandı, FK.İD-ə çatdı

“Neftçi” “Yasamal”dan aralandı, FK.İD-ə çatdı
Dünən futzal üzrə yüksək liqada startı martın 28-də verilən 22-ci turun daha bir oyunu keçirildi. Bakı İdman Sarayında “Yasamal”la “Neftçi” üz-üzə gəldi. Arxada qalan hər iki oyunda qalib gələn “Neftçi” üstünlüyünü davam etdirmək, “Yasamal” isə uğursuz seriyanı dayandırmaq istəyirdi. Ancaq hər iki komanda meydana itkilərlə çıxmışdı. “Yasamal”dan Məhəmməd Şahsavari, Rəsul Əkbəri və Mohsan Binari viza problemi ilə bağlı İranda olduqlarından komanda 7 futzalçının ümidinə qalmışdı. “Neftçi”də isə Mehram Eybeli zədəli olduğuna görə meydana çıxa bilmirdisə, Mehran Əxbəri, Məhəmməd Beyralı və Məhəmməd Ruhi isə komandaya lazım olmadıqlarına görə vətənlərinə yola salınmışdılar.
Oyunda hesab ilk hücumda açıla bilərdi. Di gəl ki, Cahandost topu irəli çıxan Elnurun başı üzərindən hədəfə yönləndirə bilmədi. Bununla belə, “Yasamal” istəyinə çatdı. 2-ci dəqiqədə Vorobyov baxımlı qol vurmaqla hesabı açdı. Ancaq bu üstünlük 1 dəqiqə çəkdi. Balakişiyev “gəmi”ni xilas etməyi bacardı. Rəqib kapitanın cavab həmləsi də təhlükəli alındı. Amma bu dəfə dirək xilaskar rolunu oynadı. Bundan sonra “Neftçi” ardıcıl 2 qol vurdu. Vüsal İsayev və Vahib Xocayev adını tabloya yazdırdı. Oyun zamanı tez-tez sabiq “Neftçi”li Sadiq Cavidlə əvvəlki komanda yoldaşları arasında mübahisə də yaşanırdı. Hesab növbəti dəfə hissənin sonlarına yaxın dəyişdi. Mortoza Cahandost penalti zərbəsi ilə fərqi minimuma endirdi. Ardınca isə “Neftçi” rəqibin passivində 5 cərimə olduğuna görə 10 metrlik zərbə vurmaq hüququ qazandı. Bu dəfə Rüfət Balakişiyev qapıçını məğlub edə bilmədi. Birinci hissənin bu hesabla başa çatacağı gözlənilirdi ki, “Neftçi” sona 2 saniyə qalmış fərqi 2 topa çatdırdı. Oruc rəqib qapısına yol tapdı – 4:2.
İkinci hissədə ilk real qol epizodunu əvvəlcə Cahandost boşa verdi. Vüsal da rəqibindən geri qalmadı. Hücumların birində Omidin zərbəsi dirəyin yanından keçdi. Fərq standart vəziyyət zamanı dəyişdi. Rüfətin dirəyin dibinə göndərdiyi topa toxunan Tural Qurbanov komandasının 5-ci qolunu vurdu. Növbəti epizodda kapitan özü fərqlənməklə dublunu rəsmiləşdirdi. Oyunun sonuna yaxın əsəblər tarıma çəkildi ki, nəticədə Cahandost ikinci sarı, Mehtiyev isə birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk etməli oldular.
Yasamal – Neftçi 2:6 (2:4)
Yasamal: 1. Məhəmməd Roştani, 80. Omid Oraz, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid; 6. Xəyal Quliyev, 14. Cavid Taleb.
Rəhbər: Orxan Allahverdiyev.
Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 94. Oruc Baxşəli, 6. Məhəmməd Katebi; 1. Samir Mehtiyev, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Vüsal İsayev.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: V.Vorobyov, 2 (1:0). R.Balakişiyev, 3 (1:1). V.İsayev, 6 (1:2). V.Xocayev, 8 (1:3). M.Cahandost, 18-p. (2:3). O.Baxşəli, 20 (2:4). T.Qurbanov, 28 (2:5). R.Balakişiyev, 29 (2:6).
Vərəqələr: S.Cavid, 9. M.Cahandost, 14. X.Quliyev, 23. O.Baxşəli, 30. T.Qurbanov, 38. V.Vorobyov, 38. V.İsayev, 38 - sarı. M.Cahandost, 38 (ikinci sarı). S.Mehtiyev, 38 – qırmızı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev.
Hakim-inspektor: Əli Məmmədov.
30 mart. Bakı İdman Sarayı.
1. Araz 19 18 1 0 125-24 55
2. Marafon 18 12 1 5 69-37 37
3. Ekol 19 10 2 7 82-56 32
4. FK.İD 17 6 4 7 72-61 22
5. Neftçi 17 6 4 7 46-44 22
6. Yasamal 18 4 0 14 56-119 12
7. Xəmsə 18 0 2 16 42-151 2
Bombardir: Tyaqo (Araz) – 30.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 01:45 Şəhriyar Dinq Lirenə məğlubiyyəti unuda bilmir Dünən, 01:43 Valideynləri Mahir Mədətovla bağlı danışmaq istəmədi Dünən, 01:42 Ceyhun Sultanov Portuqaliyaya getdi və qayıtdı Dünən, 01:41 Qazaxıstanla Qırğızıstan öndə, Latviya geridə Dünən, 01:40 İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü! Dünən, 01:38 “Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı” Dünən, 01:37 Təbrizlilər ÇL-lə qələbəsiz vidalaşdı Dünən, 01:36 Əliyar Ağayev MS - “Barsa” oyununu idarə edəcək Dünən, 01:34 “Araz” debütantla bacarmadı Dünən, 01:33 “Zirə”nin 5 oyunda haqqı yeyilib Dünən, 01:22 Zaur Axundov mövsümün sonunu işarə verdi Dünən, 01:20 “Keşlə” Sumqayıtı şoka saldı Dünən, 01:18 Karlsen Məmmədyarovu əsas rəqib sayır Dünən, 01:16 Xatirə turnirini bu dəfə SOCAR təşkil edib Dünən, 01:14 AFFA-nın səhvi narazılıq doğurdu Dünən, 01:14 İki komanda yarımfinalda Dünən, 01:12 “Qaradağ Lökbatan” üçün “əcəl zəngi” Dünən, 01:11 İkisi köhnə, biri təzə Dünən, 01:09 Kubokun qalibləri sırasına yeni ad düşəcək Dünən, 01:08 “Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi 18-04-2018, 20:17 “Lokomotiv” və “Sərhədçi” finalda 18-04-2018, 20:16 Yığma sabah toplanışa başlayır 18-04-2018, 19:58 Yığmanın növbəti rəqibi Qazaxıstan oldu 18-04-2018, 19:57 “Qarabağ” kubokuna nə vaxt qovuşacaq? 18-04-2018, 19:56 Cavid Hüseynov kubokun qazanılmamasını faciə sayacaq 18-04-2018, 19:53 Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub 18-04-2018, 19:51 “Zirə”nin sadiq azarkeşi Ayxan Abbasovda günah görmür 18-04-2018, 19:49 Muradov darmadağına sevindi 18-04-2018, 19:48 Mətbuat katibləri 3 xalı 3 qolla qazandı 18-04-2018, 19:47 “İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı 18-04-2018, 19:45 Final yolunda son savaş 18-04-2018, 19:44 Turdan məqamlar 18-04-2018, 19:42 Turun statistikası 18-04-2018, 19:40 Turun məşqçisi 18-04-2018, 19:39 Hakimlərin turu: 3 penalti, 2 qırmızı 18-04-2018, 19:37 Turun oyunçusu 18-04-2018, 19:36 Turun sitatı 18-04-2018, 19:35 Hakimlərin mühakiməsi 18-04-2018, 19:33 Tura çempion start verəcək 18-04-2018, 19:30 İzləyicisindən liderə şok: fərq 3-ə endi 18-04-2018, 19:29 Quba Olimpiya Kompleksinin direktoru AFFA-dan kömək istəyir 17-04-2018, 15:43 Günay Məmmədzadə AÇ-də ilk “10-luq”dadı 17-04-2018, 15:41 Atıcımız gerilədi 17-04-2018, 15:40 Polina Türkiyə üçüncüsü oldu 17-04-2018, 15:38 Kramnik şahmatçımızın kumirinə çevrilib 17-04-2018, 15:31 “Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər! 17-04-2018, 15:30 Abasovun əvəzetmələri işə yaradı 17-04-2018, 15:27 “Qəbələ”, 1:1-lərlə hara belə? 17-04-2018, 15:24 Çempion "Kəpəz”lə bacarmadı 17-04-2018, 15:21 Fikrət Orman Bakıya gəlir 17-04-2018, 15:16 Cüdoçular Rusiyada üçüncü oldu 17-04-2018, 15:15 “Azərreyl” yenilgisiz bitirə bilmədi 17-04-2018, 15:13 Tural Hümbətovun Monteneqroda debütü uğursuz alındı 17-04-2018, 15:12 “İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı 17-04-2018, 15:11 “Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri? 17-04-2018, 15:08 “Kəpəz”də biletlə bağlı növbəti biabırçı səhv 17-04-2018, 15:06 “Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı Bütün xəbərlər
Ən çox oxunanlar