30 mar 03:02olke

“Araz” çempionluğu rəsmiləşdirdi

“Araz” çempionluğu rəsmiləşdirdi
Dünən futzal üzrə yüksək liqada sonuncu - dördüncü dövrəyə start verildi. 22-ci turun açılış oyununda "Araz"la "Ekol" qarşı-qarşıya gəldi. Oyun naxçıvanlılar üçün xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, Joze Alesio da Silvanın yetirmələri qələbə qazanacağı təqdirdə ən yaxın izləyicisi ilə xal fərqini 18-ə çatdıracaqdı ki, bu da “Araz”a çempionluğunu erkən rəsmiləşdirməsi üçün yetəcəkdi. Çünki “Marafon”la arxada qalan hər üç oyunda qələbə qazandığına görə mümkün xal bərabərliyində üstünlük “Araz”ın tərəfində olacaq.
Oyuna "Ekol" fəal başladı. Hətta dəqiqənin tamamında künc nöqtəsindən ötürməni qapıdan keçirmək üçün Namiq Məmmədkərimova topa toxunmaq lazım idi ki, kapitan bunu edə bilmədi. Lider isə əks-hücumda az qala hesabı açacaqdı. Eduardonun ötürməsindən sonra Tyaqonun sevinməsinə Kürdov mane oldu. Buna baxmayaraq, hesabı lider açdı. Qallo qüvvətli zərbə ilə yaxın küncü dəqiq nişan aldı. Ancaq “Araz”ın üstünlüyü 1 dəqiqə çəkmədi. Atakişiyev qarşılıq verərək tablodakı rəqəmləri eyniləşdirdi. "Ekol" sonrakı dəqiqələrdə də təzyiqi davam etdirdi. Komanda sanki arxada qalan 3 dövrədəki yenilgilərin əvəzini çıxmağa çalışırdı. 8-ci dəqiqədə Xətai topu boş qapıdan çıxarmaqla rəqibin hesabda önə keçməsinə imkan vermədi. Ardınca Namiq dirəyi nişan almaqla son çempionu bir qədər də həyəcanlandırdı ki, nəticədə Alesio “time out” hüququndan istifadə etməli oldu. 10-cu dəqiqədə nəzarətsiz qalan Rizvanın zərbəsini Emin əla reaksiya nümayiş etdirərək kornerə çıxardı. Sərxanın toru silkələməsinə isə Rövşən topa barmaqlarının ucu ilə toxunmaqla mane oldu. Məstiyevin növbəti zərbəsi isə qapı çatına dəyib geri qayıtdı. Növbəti dəfə sükutu Tyaqo pozdu. Çempionatın hazırkı bombardiri rəqib müdafiəçilərinin səhvindən maksimum istifadə etdi və hesabı komandasının xeyrinə dəyişdi. Ancaq Atakişiyev bu dəfə də sevincin uzun çəkməsinə imkan vermədi və yenidən tarazlığı bərpa etdi. Hissənin başa çatmasına 3 dəqiqə qalmış Xətainin effektli zərbəsini son anda Emin kornerə çıxardı.
İkinci yarıda da ilk qolu “Araz” vurdu. Tyaqo adını tabloya yazdırmaqla mövsümdəki qollarının sayını 29-a çatdırdı. Son turlarda yaxşı formada olan və vurduğu qollarla diqqəti cəlb edən Oktay Rüstəmli 25-ci dəqiqədə komandasının üstünlüyünü 2 topa çatdırdı. O, qapıçının qaytardığı topu tora qovuşdurdu. Çovdarovun 30-cu dəqiqədə toru silkələməsinə tir mane oldu. "Ekol" cavab həmləsində əlverişli qol imkanını qaçırdı. Həmzəyev Rövşənlə üzbəüz qaldığı epizodda qol vurmaq əvəzinə ötürmə etdi. Halbuki özü qapını nişan almalı idi. Sonrakı dəqiqələrdə oyunda gərginlik artdı, həttə futzalçılar bir-birinə qarşı aşkar kobudluq etməkdən belə çəkinmədilər ki, referi tərəfləri sarı vərəqə ilə sakitləşdirməyi lazım bildi. "Ekol" fərqi azaltmağa çalışdığı bir vaxtda Tyaqo 5-ci qolu vurdu. O, Qallonun zərbəsindən sonra başla topu tora qovuşdurmaqla fərqi artırdı. Beləliklə, “Araz” sona 6 tur qalmış çempionluğu rəsmiləşdirdi.
Araz – Ekol 5:2 (2:2)
Araz: 1. Rövşən Hüseynli, 6. Eduardo, 13. Qallo, 17. İsa Atayev, 3. Tyaqo; 19. Anar Məmmədov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 10. Rza Toloyi, 11. Xətai Bağırov, 18. Adil İsmayılov.
Baş məşqçi: Joze Alesio da Silva.
Ekol: 99. Emin Kürdov, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev; 1. İntiqam Babayev (k), 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: Qallo, 3 (1:0). F.Atakişiyev, 4 (1:1). Tyaqo, 14 (2:1). F.Atakişiyev, 15 (2:2). Tyaqo, 23 (3:2). O.Rüstəmli, 25 (4:2). Tyaqo, 36 (5:2).
Vərəqələr: İ.Atayev, 13. Tyaqo, 18. X.Bağırov, 30. N.Məmmədkərimov, 30 - sarı.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Anar Fərəcov.
Hakim-inspektor: Aslan Həsənov.
28 mart. Bakı İdman Sarayı.
Qeyd edək ki, turun daha bir oyunu - “Neftçi”– “Yasamal” qarşılaşması martın 30-da keçiriləcək. Matç "Olimpik Star"da reallaşacaq və saat 16.00-da başlayacaq. FK.İD – “Marafon” qarşılaşması isə ikincilərin xahişinə əsasən qeyri-müəyyən vaxta təxirə salınıb.
1. Araz 19 18 1 0 125-24 55
2. Marafon 18 12 1 5 69-37 37
3. Ekol 19 10 2 7 82-56 32
4. FK.İD 17 6 4 7 72-61 22
5. Neftçi 16 5 4 7 40-42 19
6. Yasamal 17 4 0 13 54-113 12
7. Xəmsə 18 0 2 16 42-151 2
Bombardir: Tyaqo (Araz) – 30.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar