05 fev 23:35olke

Azərbaycanlı mütəxəssis Hindistan Futbol Federasiyasının iradları ilə razılaşmır

Azərbaycanlı mütəxəssis Hindistan Futbol Federasiyasının iradları ilə razılaşmır
“Nəticəni İngiltərə, Fransa kimi yığmalarla dərhal qazana bilərsən”
Hindistanda çalışan azərbaycanlı mütəxəssis Etibar İbrahimov Asiya ölkəsindəki işindən ayrıla bilər. Bu haqda Hindistan mətbuatı xəbər yayıb. Əcnəbi həmkarlarımızın fikrincə, yerli futbol federasiyası Nikolay Adamın başçılıq etdiyi məşqçilər korpusunu 17 yaşadək futbolçulardan ibarət millidən istefaya göndərməyə hazırlaşır.
Xəbəri Almaniyada mütəxəssisin köməkçisi işləyən gəncəli məşqçi ilə dəqiqləşdirməyə çalışdıq. Vizasının müddətini artırmaq üçün vətəndə olan İbrahimov başverənlərdən Adamın vasitəsi ilə xəbər tutduğunu bildirdi: “Nikolay Adam mənimlə əlaqə saxlayıb yaşananlar barədə məlumat verdi. Onun sözlərinə görə, yerli federasiya çalışdırdığımız yığmanın Sankt-Peterburqda təşkil olunan Valentin Qranatkinin xatirə turnirində zəif təsir bağışlamasından narazı qalıb. Adam da “bizimlə əməkdaşlığı davam etdirmək istəmirsizsə, fəaliyyətimizə son qoya bilərik” söyləyib. Ola bilər ki, belə də olsun. Amma hələ ki rəsmi qərar yoxdu, ortada yalnız söz-söhbət var. Yaxın günlərdə hər şey bilinəcək”.
Xatırladaq ki, Peterburq turnirində Hindistanın U-17 millisi sonuncu yeri tutub. Komanda 5 oyunda uduzaraq, yalnız Belarusu məğlub etməyi bacarıb. Yığmanın zəif nəticəsi əcnəbi məşqçilərin istefaya göndərilməsinə zəmin yaradıb. Ancaq Etibar bəy Hindistan Futbol Federasiyasının iradları ilə razılaşmadı: “Ola bilər ki, bu nəticə federasiyanı qane etmir. Başa düşmək olar ki, nəticə də önəmlidi. Nəticəni İngiltərə, Fransa kimi yığmalarla dərhal qazana bilərsən. Amma Hindistanla mümkün deyil, biz sehrbaz deyilik. Komandanın yaxşı çıxış etməsi üçün əlimizdən gələni edirik, amma bu birdən-birə baş vermir”.
İdman aləmində, xüsusən də futbolda məşhur bir deyim var: məşqçinin çantası həmişə yanında hazır olmalıdı. Uğur qazanmadısa, çantasını götürüb getməlidi. Gəncəli mütəxəssis də Hindistan yığmasından ayrılmağın dünyanın sonu olmadığını söylədi: “İş bu gün var, sabah yoxdu. Dünyanın ən güclü məşqçiləri belə halla dəfələrlə üzləşiblər. Alnıaçıq postundan gedib sonra yenidən işlərini davam etdiriblər. Təbii ki, biz təkliflərə açığıq. Üç ay öncə Nikolay Adama Çindən təklif gəlmişdi. Fikirləşmək olar. Gələcəkdə biz Adamla birgə çalışacağıq, ya yox, onu bilmirəm. Amma həyat davam edir”.
Sonda qeyd edək ki, İbrahimov 2015-ci ilin aprelindən alman məşqçi ilə birlikdə Hindistanda işləməyə başlayıb. Onların qarşısına qoyulan məqsəd komandanı 17 yaşlılar arasında ilin sonunda bu ölkədə keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlamaq olub.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ”nin 8 oyunluq qələbə seriyası qırıldı 17:44Çempionat darmadağınla başladı 17:44Biro Jade təcrübəli futzalçılara güvənir 17:42İddialılar darmadağına sevindi 17:40Elita klubları statistikaya maraq göstərmir 17:38“İmarət” Qəbələdən xoş təəssüratla ayrılmayıb 17:37Vəli Qasımovun səsi çıxdı: “mənimlə it kimi davrandılar” 17:35Elbrus Məmmədov Ukraynada çox şey öyrənib 17:31“Şəmkir”in prezidenti Kvaratsxeliyanı gözləyir 17:28“Mehdi Hüseynzadə”nin girişinə dirəklər basdırılır 17:26Diviziona yeni komanda gəlir 17:24Fariz Yusifov derbi üçün köməkçilərini özü seçib 17:22Samir Məsimov AZAL-da oynayacaq 17:20“Telekom” bacarmadı, ümid “Azərreyl”ədi 17:18Mariya Stadnik ABŞ kazinosunda pul udub 17:13Şaban Donatın oğulları yığmamıza kömək edib 17:12Şəhriyar şərikli liderdi 17:10Kamran derbidə də olmayacaq 17:08Fariz Yusifovdan maraqlı açıqlamalar 22:25“Bütün bunlar vəhdət halına gələndə nəticə özünü çox gözlətmir” 14:51TURUN SİTATI 14:48“Turan Tovuz”la “Səbail”in qərb səfəri 14:45Şaban Şirdanov: “Əslində “Turan Tovuz” uduzmalıydı” 14:43Rəşad Sadiqov “Qarabağ” üzərində qələbənin sirrini söylədi 14:42“Qarabağ”lılar məyus olsalar da, ruhdan düşməyiblər 14:40Rüsvayçılıq: yığma məşqçilərindən Qəbələyə gedən olmayıb 14:38Jurnalistlərin çoxluğu Qəbələdə problem yaradıb 14:33Futbol bayramı baş tutdu! 14:31Şəhriyar “Qran-pri”də yenilgisiz irəliləyir 14:27“Telekom” yenə Polşadan qələbəylə qayıdacaqmı? 14:26Avropa çempionatı İslamiadaya qurban veriləcək 14:19Azərbaycan “Qran-pri”si üçün akkreditasiya başladı 14:14Liderlər “nəhsə düşmədi” 14:10Qəhrəman Əliyev “Bakı”ya qayıtdı 14:06“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49 Bütün xəbərlər
Ən çox oxunanlar