Yazarlar
Amal
Təşəkkürlər, RaufHəbib
46 yaşınız mübarək!
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya

Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?

“Qəbələ” radikal islahatlara hazırlaşır

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”

Mehman Allahverdiyev ilyarımlıq susqunluğu pozdu

Butragenyo Romada Asif Əsgərovla zarafat edib

PFL divizionla bağlı inqilabi dəyişikliklərə hazırlaşır

Elvin Yunuszadənin dayısı Qurban Qurbanova haqq qazandırdı

Amil Yunanov bombardir olmaq istəyir

Rauf Əliyev “Qəbələ”də!

İrəli, Şah, Azərbaycan uğrunda...
29 mar 22:36olke
Elxan Abdullayev “Sumqayıt” variantını təkzib etmədi

Ötən sayımızda “Neftçi”nin baş məşqçisi postundan ayrılandan sonra işsiz qalan Elxan Abdullayevin “Sumqayıt”da çalışmaq perspektivinin olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, “kimyaçılar”ın yeni prezidenti Riad Rəfiyev köhnə dostunu rəhbərlik etdiyi kluba aparmaq fikrindədi. Düzdü, “ağ-göylər”in baş məşqçisi Samir Abasov qəzetimizə açıqlamasında bu məsələdən xəbərsiz olduğunu bildirdi və onu da əlavə etdi ki, rəhbərliyə yeni köməkçiyə ehtiyacının olmasıyla bağlı müraciət etməyib. Ancaq söylənilənlərə inansaq, artıq bu məsələ həll olunub və yaxın zamanda Elxan bəy “gənclik şəhəri” təmsilçisində işə başlayacaq.
Məsələ ilə bağlı Elxan Abdullayevin fikirlərini öyrəndik. Hazırda Xaçmazdakı evində istirahətdə olduğunu bildirən mütəxəssisin reaksiyası belə oldu: “Riad Rəfiyevlə münasibətlərim çox yaxşıdı. Ancaq “Sumqayıt”a prezident təyin olunandan sonra onunla görüşməmişəm. İndi desəm ki, bu söz-söhbət yalandı və nə vaxtsa “Sumqayıt”da işləyəsi olsam, deyəcəksiz ki, Abdullayev yalançıdı, məsələdən xəbərdar ola-ola bizə düzgün məlumat vermədi. Mən həmişə “heç vaxt “heç vaxt” demə” prinsipi ilə yaşamışam. Və hər zaman iş təklifinə açığam. Mən indi hardan bilim ki, klub prezidentinin gələcəklə bağlı hansı fikirləri var? Bəlkə doğrudan da məni rəhbərlik etdiyi komandada görmək istəyir?! Ancaq yenə deyirəm, hələ ki mənə təklif gəlməyib. Samir Abasov bu gün çox gözəl komanda formalaşdırıb və “Sumqayıt” avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Mən məşqçi kimi U-21, əsas yığma və “İnter”də çalışdığım dönəmdə o futbolçu idi və münasibətlərimiz yüksək səviyyədə olub. Ümid edirəm ki, Abasov klubdakı missiyasını uğurlu sonluğa çatdıra biləcək”.
RƏŞAD
Şərh yaz